Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № 2(076)-77/2024 29.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmənin hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(076)-1805/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bundan sonra qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermiş, lakin məhkəmənin 18 iyul 2023-cü il tarixli qərardadı ilə şikayət cavabdehə geri qaytarılmışdır. Cavabdeh məhkəmənin həmin qərardadından şikayət vermiş və məhkəmənin 07 avqust 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Bundan sonra mülki iş şikayətlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qərardadı ilə cavabdehin şikayəti təmin edilməmiş və mülki iş 24 oktyabr 2023-cü il tarixdə Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir. 26 oktyabr 2023-cü il tarixdə isə iş üzrə icra vərəqəsi verilmişdir. Lakin müəyyən edilmişdir ki, “Elektron Məhkəmə” İnformasiya Sistemində həmin mülki işə texniki olaraq səhvən icraatın dayandırılması nəticəsi vurulmuş, bu səbəbdən iş yeni ilə keçirilərək 2(076)-77/2024 saylı nömrə verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunan xüsusatlardan görünür ki, iddia ərizəsi üzrə yekun məhkəmə aktı qəbul edilmiş və qətnamə qanuni qüvvəsini aldığından icraya yönəldilmişdir. Lakin işə mahiyyəti üzrə baxılıb qurtaran zaman “Elektron Məhkəmə” İnformasiya Sistemində həmin mülki işə texniki olaraq səhvən icraatın dayandırılması nəticəsi vurulmuş, bu səbəbdən iş yeni ilə keçirilərək 2(076)-77/2024 saylı nömrə verilmişdir. Bu səbəbdən mülki işə mülki məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261, 262, 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №2(076)-77/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №2(076)-77/2024
29.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver