Məhkəmə qərarları › İş №2(076)-790/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-790/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-790/2024 05.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 500 (beş yüz) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə arasında olan razılaşmaya əsasən o, ondan 500 (beş yüz) manat məbləğində borc almışdır. Dəfələrlə cavabdehdən ona olan borcu borcunun qaytarılması tələb etsə də, o müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, Cavabdeh hüquqi yardımla bağlı müraciət etmiş, məhkəməyə müraciət etməsi üçün ona köməklik göstərməsini xahiş etmişdir. Hüquqi yardımın mahiyyəti məhkəməyə müraciət etmək üçün ərizə yazılması, məhkəməyə verilməsi və məhkəmədə onun əvəzindən nümayəndə kimi iştirak etməkdən ibarət olmuşdur. Cavabdeh iddia ərizəsini hazırlayaraq sənədlərlə birlikdə məhkəməyə müraciət etsə də nümayəndə kimi məhkəmədə iştirak etməmişdir. Onun özü məhkəmədə iştirak etmiş, həmin iddia da rədd edilmişdir. Bundan sonra o dəfələrlə Cavabdeh iddiası rədd olunduğu və onun əvəzindən nümayəndə qismində məhkəmədə iştirak etmədiyindən verdiyi pulu istəmiş, lakin Cavabdeh pulu ona geri qaytarmaqdan imtina etmişdir. Qeyd edilənlərə əsasən iddianın tam təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh nümayəndəsi X3 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək, bildirdi ki, cavabdeh onun oğludur. Təxminən 2018-ci ildə oğlu hüquqi yardım fəaliyyəti ilə məşğul olmuşdur. Həmin illərdə oğlu Bəxtiyar iddiaçı ilə yalnız ərizənin hazırlanıb məhkəməyə verilməsi üçün razılaşmış və bu səbəbdən də iddiaçıdan pul almış, lakin həmin pulun məbləği barədə atası kimi məlumatsızdır. Oğlu Cavabdeh 2018-ci ilin avqust ayının 07 tarixində pulu alıb, dərhal da, yəni xx.xx.2018-ci il tarixdə iddiaçı ilə razılaşdığı kimi məhkəməyə müraciət etmişdir. 2018-ci il tarixdə nümayəndəlik institutu ləğv olunmuşdur artıq, oğlu da vəkil olmadığı üçün onun əvəzindən məhkəmədə iştirak edə bilməzdi. Bu səbəbdən oğlu ilə iddiaçı arasındakı razılaşma yalnız iddianın hazırlanıb məhkəməyə verilməsindən ibarət olmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Şəmkir Rayon Məhkəməsinin 2(076)-3289/2018 nömrəli xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X1 qarşı pul tələbinə dair iddiası təmin edilməmiş, mülki işə İddiaçı iştirakı ilə baxılmışdır. (iddia ərizəsi məhkəməyə xx.xx.2018-ci il tarixdə daxil olmuşdur) İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli qəbzdən görünür ki, qəbzdə əl yazısı ilə “Mən İddiaçı 500 manat aldım” sözləri qeyd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin faktiki hallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilmiş sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 777.1-ci maddəsinin tələbinə əsasən . Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür; 778.2-ci maddəsinə əsasən Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 783.2-ci maddəsinə əsasən Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından 500 manat məbləğində pulun borc kimi verilməsi halını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə iclasında iddiaçı və cavabdeh 500 manat məbləğində vəsaitin borc kimi deyil, aralarındakı razılığıa əsasən hüquqi yardım göstərilməsi üçün verilməsini qeyd etmişlər. Məhkəmə baxışında müəyyən edildi ki, İddiaçı Məhəmmədli qızı ilə Cavabdeh 500 manat müqabilində hüquqi yardımla bağlı razılığa gəlmiş, iddiaçı qeyd edilən 500 manat məbləğində pulu cavabdehə vermişdir. İddiaçı 500 manat məbləğində pulu cavabdehə həm ərizə yazılıb məhkəməyə verilməsi, həm də məhkəmədə hüquqlarının müdafiəsi üçün onun adından nümayəndə kimi iştirak etmək məqsədilə verdiyini, cavabdehin isə yalnız iddia ərizəsinin hazırlanıb məhkəməyə verilməsi hissəsində icra etməsini bildirsə də cavabdeh qeyd edilən məbləği yalnız iddia ərizəsinin hazırlanıb məhkəməyə verilməsi üçün aldığını qeyd etmişdir. Eyni zamanda məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2018-ci il tarixdə “İddiaçı cavabdeh X1 qarşı pul tələbi ilə bağlı iddia ərizəsi” daxil olmuş, iddia tələbi rədd edilmişdir. Həmin iddia ərizəsi üzrə 2(076)-3289/2018 nömrəli mülki iş materialları araşdırılarkən iddiaçının qeyd etdiyi kimi iddiaçı tərəfindən cavabdehə verilmiş hər hansı etibarnamə aşkar edilməmişdir. İddiaçı M. Namazova 500 manat məbləğində pulun cavabdehə məhkəmədə nümayəndə kimi onun əvəzindən iştirak etməsi üçün verilməsi halını sübut edəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Eyni zamanda İddiaçı iddia ərizəsində qeyd etdiyi cavabdehlə aralarında borc münasibətlərinin olmasını sübuta yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPM-nin 76.1.və 76.2. maddələri). Məhkəmə qeyd edir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin, məhkəmə baxışı zamanı iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini yerinə yetirə bilməmiş və cavabdehə 500 manat pulu cavabdehin etiraf etdiyi kimi iddia ərizəsinin hazırlanıb məhkəməyə verilməsindən başqa, eyni zamanda məhkəmədə onun adından hüquqularının müdafiəsi üçün verməsini bildirsə də, o hala dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək, İddiaçı 500 manat məbləğində pulu borc deyil, 2018-ci ilin avqust ayında yalnız iddia ərizəsinin yazılıb məhkəməyə təqdim edilməsi üçün aldığını, həmin tapşırığı da şəxsən özü icra etdiyini bildirərək iddianın rədd edilməsini xahiş etmişdir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357- 361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar