Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-791/2024 06.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən cavabdehdən 9500 manat pul və ödədiyi 115 manat dğvlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh bir nəfər şəxs vasitəsi iiə tanımışdır. O, "X4 Nur" MMC-də rəis müavini işləyir. Aralarında olan razılığa əsasən iddiaçı üçün Qazax rayonun Xanlıqlar kəndində su quyusu qazmalı idi. Həmin quyunun qazılmasını Cavabdeh 10.000 manat pula razılaşmışdır. Həmin pulu 5000 manatını 2022ci ilin mart ayında, 5000 manatını isə 2022-ci ilin aprel ayında Cavabdeh vermişdir. Pul ödəndikdən sonra Cavabdeh su quyusunu qazmalı idi. Lakin həmin vaxtdan bu günədək artezan quyusu qazılmamışdır. Ona ödədiyin pulu qaytarmasını tələb etdikdə isə 10.000 manat puldan 500 manat pul qaytarmışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq ona ödədiyim 9500 manat pulu mənə qaytarmaqdan boyun qaçırmışdır. Bununla bağlı onun istifadəsində olan ***-***-**-** mobil nömrə ilə əlaqə saxlayaraq pulunu tələb etmişdir. Bununla bağlı iddiaçı Şəmkir rayon polis şöbəsiə müraciət etmiş, lakin cavabdehin əməlində cinayətin tərkibi olmadığında cinayət işinin başlanması rədd edilmiş və mülki xarakterli olduğunda məhkəməyə müraciət etməyi tövsiyə edilmişdir. Sözügedən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardadan görünür ki, cavabdeh iddiaçıya 9500 manat pul borclu olduğunu etiraf etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, bütün sübutların onun tərəfindən təqdim edildiyini və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materiallarına əlavə edilmişxx.xx.2023-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 115 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardadn görünür ki, Cavabdeh 10 000 manat puldan 500 manatını Elşada geri qaytarmış, qalan 9500 manat pulu qaytarmadığını, hətta 9500 manat pulun ondan tutulması ilə bağlı məhkəməyə müraciət etmiş, lakin sonradan iddianın baxılmamış saxlandığını bildirmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında olan razılaşma üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı verdiyi pulu tələb etməkdə haqlıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əsasən vəzifəsini isə icra etməyərək, öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı 9500 manat məbləğində pul vəsaitini cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddia iş materiallarına əlavə olunmuş qərardakı cavabdehin izahatı ilə etiraf edildiyindən təmin edilməlidir Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdehin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardakı izahatı ilə təsdiq olunduğundan, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəfə aid edilməli olduğundan, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 115 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 9500 (doqquz min beş yüz) manat pul və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 115 (yüz on beş) manat müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-791/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-791/2024
06.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver