Məhkəmə qərarları › İş №2(076)-792/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-792/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-792/2023 07.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər X4 qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc üzrə 946,37 ABŞ dolları, faiz borcu üzrə 305,92 ABŞ dolları və cərimə üzrə 174,2 ABŞ dolları olmaqla, cəmi 1426,49 ABŞ dolları məbləğində kredit borcunun və 20 manat dövlət rüsumunun LPO İddiaçı ASC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2015-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 26 faizlə 18 ay müddətinə 1500 ABŞ Dolları kredit götürmüşdür. Borcun təminatı olaraq X6 ilə xx.xx.2015-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2015-ci il tarixli əlavə sazişə əsasən kreditin müddəti xx.xx.2017 tarixinə təyin olunmuşdur. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 04 aprel 2017-dək Cavabdeh banka xx.xx.2015-cü il tarixli kredit müqaviləsi üzrə 946.37 ABŞ Dolları əsas borc, 305.92 ABŞ Dolları faiz borcu və 174.2 ABŞ Dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 1426.49 ABŞ Dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Mülki iş məhkəmənin icraatına daxil olduqdan sonra Cavabdeh xx.xx.2016-cı il tarixdə öldüyü müəyyən edildiyindən, Şəmkir Rayon Məhkəməsinin 2(076)-792/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh və X4 qarşı borcun tutulması tələbi barədə iddiasına dair mülki iş üzrə icraata Cavabdeh aid hissədə, yəni borcun Cavabdeh tutulması hissəsində xitam verilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, borclu Cavabdeh xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanına əsasən qeyd olunan kredit üzrə faiz borcu silinmiş, bundan əlavə Fərmana əsasən borcluya ödənilmiş kompensasiya hazırki kredit üzrə borcdan silinmiş və nəticədə kredit üzrə cəmi 668.56 (altı yüz altmış səkkiz manat əlli altı qəpik) manat borc qalmışdır. Cavabdeh X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlmədiklərindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsindən görünür ki, LPO İddiaçı ASC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 26% olmaqla 18 ay müddətinə 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 460005195/ZM nömrəli zaminlik müqaviləsindən görünür ki, LPO İddiaçı ASC (Bank) ilə X6 (zamin) xx.xx.2015-ci il tarixli, 460005195/ZM nömrəli zaminlik müqaviləsi bağlamış və müqavilənin şərtlərinə əsasən zamin, LPO İddiaçı ASC ilə Cavabdeh (borcalan) arasında 18 ay müddətinə bağlanan kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsinə əlavə sazişə əsasən xx.xx.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləği 1335,09 ABŞ dolları müəyyən edilmiş, həmin məbləğin xx.xx.2017-ci il tarixədək qaytarılması tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan zaminlik müqaviləsinə əlavə sazişdən görünrü ki, LPO İddiaçı ASC (Bank) ilə X6 (zamin) xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsinə əlavə saziş bağlamış və müqavilənin şərtlərinə əsasən zamin, LPO İddiaçı ASC ilə Cavabdeh (borcalan) arasında xx.xx.2017-ci il tarixədək bağlanan kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə LPO İddiaçı ASC-ə olan borcu 946.37 ABŞ dolları, faiz üzrə 305.92 ABŞ dolları, cərimə üzrə 174.2 ABŞ dolları olmaqla, cəmi 1426.49 ABŞ dolları təşkil edir. Həmçinin, iş materiallarında olan iddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclasında təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Problemli Kreditlərin Kompensasiya” haqqında çıxarışdan görünür ki, Cavabdeh cəmi hesablanmış 940.27 manat kompensasiya LPO İddiaçı ASC-də olan kreditinə yönəldilmiş, həmin kredit üzrə 668.56 (altı yüz altmış səkkiz manat əlli altı qəpik) manat qalıq borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, LPO İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə ********* saylı kredit müqaviləsi bağlanılmış, daha sonra həmin kredit müqaviləsi üzrə qalıq məbləği xx.xx.2015-ci il tarixli Saziş əsasında restrukturizasiya olunaraq borcun 1335.09 ABŞ dolları qalıq hissəsinin müddəti xx.xx.2017-ci il tarixə qədər uzadılmışdır. Cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi yaranmışdır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq etdiyindən, iddiaçı verdiyi kreditin məbləğinin qaytarılmasını tələb etməkdə haqlı olmuşdur. Lakin, borclu Cavabdeh mülki işin məhkəməyə təqdim edilməmişdən əvvəl öldüyü müəyyən edildiyindən ona aid hissədə mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, cavabdeh X3 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onlar LPO İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, əsas borclu – mərhum Cavabdeh kredit müqaviləsi üzrə iddiaçıya olan borcunu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, cavabdeh Amin Alıyev kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, o Cavabdeh iddiaçı qarşısında olan pul öhdəliyini üzərinə götürmüşdür. Cavabdeh zaminliklə təmin edilmiş pul öhdəliyini icra etmədiyindən, öhdəliyin icrası müddəti xx.xx.2017-ci il tarixdə başa çatdığına görə iddia ərizəsinin məhkəməyə verildiyi tarixdə (xx.xx.2017) zaminliyin müddəti keçmədiyindən, cavabdeh Amin Alıyev onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Odur ki, xx.xx.2015-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə yaranmış 668.56 (altı yüz altmış səkkiz manat əlli altı qəpik) manat məbləğində əsas borc məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı cavabdeh X2 iddianın qalan hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanın 1, 2 və 6.2-ci bəndinə əsasən Cavabdeh ödəniləcək 940.27 manat kompensasiya LPO İddiaçı ASC-də olan kreditə yönləndirilmiş və nəticədə Cavabdeh LPO İddiaçı ASC-yə 668.56 (altı yüz altmış səkkiz manat əlli altı qəpik) manat borcu qalmışdır. Məhkəmə, eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. X2 xx.xx.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsi üzrə yaranmış 668.56 (altı yüz altmış səkkiz manat əlli altı qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat pul alınaraq LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətina ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar