Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-80/2023 24.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 2273.65 (iki min iki yüz yetmiş üç manat altımış beş qəpik), 20 manat dövlət rüsumunun, icra ödənişi olaraq 345 manat məbləğində pulun və iddianın verilməsinə görə ödənilmiş 47 manat məbləğində dövlət rüsumunun əvəzinin, cəmi 2685.65 manat məbləğində ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2015-ci il tarixli, SRTQD-0379 saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 29 faiz ödəmək şərtilə 24 ay müddətinə 2900 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin tarixli zaminlik müqaviləsinə əsasən o Cavabdeh öhdəliklərinin icrası üçün zamin olaraq məsuliyyəti öz üzərinə götürmüşdür. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyindən "xxxx" ASC borcun ödənilməsi üçün məhkəmə əmri çıxarılması barədə məhkəməyə müraciət etmiş, Şəmkir rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(076)-1933/2017 saylı məhkəmə əmrinə əsasən, Cavabdeh və ondan müştərək qaydada 2061.93 ABŞ dolları əsas borc, 505.73 ABŞ dolları faiz borcu və 324.03 ABŞ dolları cərimə borcu olmaqla cəmi 2891.69 ABŞ dolları məbləğində borcun və 20 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi əmr edilmişdir. Məhkəmə əmri qanuni qüvvəsini aldıqdan sonra ona aid olan hissədə icra edilməsi üçün Gədəbəy rayon İcra və Probasiya şöbəsinə icra sənədi verilmişdir. Hazırda o, icra sənədi üzrə borcu tam ödəmişdir. Bu barədə "xxxx" ASC tərəfindən Gədəbəy rayon İcra və Probasiya şöbəsinə xx.xx.2022-ci il tarixli, xxxx/1033 nömrəli məktub ünvanlanmış, həmin məktubla icra sənədi üzrə borcun tam ödənildiyi bildirilərək icra tədbirlərinin ləğv edilməsi xahiş olunmuşdur. Bildirmək istəyir ki, o borclu Cavabdeh əvəzinə 1337.44 ABŞ dolları (Azərbaycan manatı ilə 2273.65 manat) məbləğində pul və 20 manat dövlət rüsumu ödəmişdir. Həmçinin, icra sənədinin məcburi icrası ilə əlaqədar ondan yeddi faiz olmaqla 345 mnat məbləğində icra ödənişi ödəmişdir. Bu barədə ödəniş qəbzlərini ərizəsinə əlavə etmişdir. Odur ki, onun həmin pul vəsaitlərini Cavabdeh reqres qaydada tələb etmək hüququ yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 2(076)-1933/2017 nömrəli, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinin surətindən məlum olur ki, xx.xx.1975-ci il tarixdə Azərbaycan Respublikasının Şəmkir rayonunda anadan olmuş, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olan borclu Cavabdeh və xx.xx.1988-ci il tarixdə Azərbaycan Respublikası Gədəbəy rayonun, Parakənd kəndində anadan olmuş, Gədəbəy rayonu, Kiçik Qaramurad kəndində qeydiyyatda olan borclu İddiaçı müştərək qaydada 2061.93 ABŞ dolları əsas borc, 505.73 ABŞ dolları faiz borcu və 324.03 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 2891.69 (iki min səkkiz yüz doxsan bir dollar altımış doqquz sent) ABŞ dolları (əmr icra olunan günə olan Azərbaycan Respublikası manatına Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) məbləğində borc 20 (iyrimi) manat dövlət rüsumu alınaraq Bakı şəhəri, Səbayıl rayonu, B.Sərdarov -1 ünvanında yerləşən kreditor "xxxx" ASC –nin xeyrinə ödənilməsi əmr edilmişdir. İş materiallarından olan "xxxx"ASC-si tərəfindən Şəmkir rayon İcra və Probasiya Şöbəsinə, sürəti Gədəbəy rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış məktubundan görünür ki, icraatında olan Şəmkir rayon Məhkəməsinin "xxxx"ASC-nin, cavabdehlər Cavabdeh və İddiaçı qarşı mülki işlə bağlı çıxarılmış xx.xx.2017-ci tarixli 2(076)1933/2017 saylı icra sənədi vardır. Borclular Cavabdeh və İddiaçı xx.xx.2017-ci il tarixli 2(076)1933/2017 saylı qətnamə üzrə borclarını tam yerinə yetirdiyinə görə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən işə xitam verməynizi (götürülmüş məcburi icra tədbirlərinin ləğv olunmasını) xahiş edilmişdir. İş materiallarından olan Gədəbəy rayon İcra və Probasiya Şöbəsi tərəfindən Gədəbəy rayon İcra Hakimiyyətinə ünvanlanmış məktubundan görünür ki, Şəmkir rayon Məhkəməsi xx.xx.2017-ci il tarixli, 2(076)1933/2017 saylı icra sənədinin icrası ilə bağlı Gədəbəy rayonunun Kiçik Qaramurad kənd sakini İddiaçı "xxxx" ASC-nə olan borcun ödənilməsi üçün Sizə xx.xx.2022-ci il tarixli, 914997/17 saylı məktubla müraciət olunmuşdur. Kredit borcu və icra ödənişi tam ödənildiyi üçün borclu İddiaçı əmək haqqında tutulmaların dayandırılması, əgər tutulub saxlanılan vardırsa onun öz hesabına qaytarılması xahiş olunmuşdur. İş materiallarından olan “Kapitalbank” vasitəsi ilə ödənilmiş qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı 345 manat məbləgində rüsumu Gədəbəy rayon İcra şöbəsinə ödəmişdir. İş materiallarından olan “Kapitalbank” vasitəsi ilə ödənilmiş qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı 48 manat məbləgində rüsumu Şəmkir rayon Məhkəməsinə ödənilmişdir. İş materiallarından olan "xxxx"ASC-yə məxsus xx.xx.2022-ci il tarixli MS163465 nömrəli qəbzdən görünür ki, İddiaçı 20 manat dövlət rüsümu ödəmişdir. xx.xx.2022-ci il tarixli MS12092364 nömrəli qəbzlərdən görünür ki, İddiaçı 1337.44 ABŞ dolları kredit ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, "xxxx" ASC Cavabdeh kredit vermiş, İddiaçı öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında birgə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Borcalan kreditor qarşısında öhdəliklərini yerinə yetirməmiş, kreditor isə borc tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Şəmkir rayon məhkəməsinin 2(076)-1933/2017 nömrəli, xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən ondan, o cümlədən Cavabdeh müştərək qaydada 2061.93 ABŞ dolları əsas borc, 505.73 ABŞ dolları faiz borcu və 324.03 ABŞ dolları cərimə borcu olmaqla , cəmi 2891.69 (iki in səkkiz yüz doxsan bir dollar altımış doqquz sent) ABŞ dolları (əmr icra olunan günə olan Azərbaycan Respublikası manatına Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla) məbləğində borc 20 (iyrimi) manat dövlət rüsumunun tutularaq "xxxx" ASC -yə ödənilməsi əmr edilmişdir. Göründüyü kimi İddiaçı zaminlik öhdəliyini icra etmiş və onun əsas borclu qarşısında tələb hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinin tələbinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Cavabdeh 2273.65 (iki min iki yüz yetmiş üç manat altımış beş qəpik), 20 manat dövlət rüsumunun, icra ödənişi olaraq 345 manat məbləğində pulun və iddianın verilməsinə görə ödənilmiş 47 manat məbləğində dövlət rüsumunun əvəzinin, cəmi 2685.65 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2273.65 (iki min iki yüz yetmiş üç manat altımış beş qəpik), 20 manat dövlət rüsumunun, icra ödənişi olaraq 345 manat məbləğində pulun və iddianın verilməsinə görə ödənilmiş 47 manat məbləğində dövlət rüsumunun əvəzinin, cəmi 2685.65 manat məbləğində pul tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-80/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-80/2023
24.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver