Məhkəmə qərarları › İş №2(076)-803/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-803/2023

09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-803/2023 09.03.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının сядрлийи, X1 катиблийи ilə, X5 оьлуnun барясиндя Азярбайъан Республикасы ИХМ-нин 528.1-ci madдяsиндя нязярдя тутулмуш инзибати хятаны тюрятмясиня dair Şəmkir Rayon İcra və Probasiya Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, мцяййян етди: X2 барясиндя Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci madдяsи ilə инзибати xəta haqqında протокол тяртиб олунараг мящкямяйя верилмишдир она эюря ки, о, Şəmkir Rayon Məhkəməsinin 2(076)-365/2021 saylı 08.12.x2021-ci il tarixli icra sənədi üzrə borcunu ödəməyərək icra sənədinin icrasını yerinə yetirməmişdir. Bununla da, X3 Азярбайъан Республикасы İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, X5 оьлу məhkəmə iclasına gəlmədiyindən məcburi qaydada məhkəmə iclasına gətirilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinə əsasən, inzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Həmin Məcəllənin 104.1.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs qaçıb gizləndikdə və ya digər səbəblərdən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin olduğu yer müəyyən edilmədikdə inzibati xəta haqqında iş üzrə icraat dayandırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 104.2-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında iş üzrə icraatın dayandırılmasına qədər səlahiyyətli vəzifəli şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan həyata keçirilməsi mümkün olan bütün prosessual hərəkətləri aparmalı, bu Məcəllənin 104.1.1 və 104.1.3-cü maddələrində nəzərdə tutulmuş və inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması üçün səbəb olmuş halların aradan qaldırılması üçün bütün tədbirləri görməlidir. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən, bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs, onun qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi və ya şahidlər gətirilə bilərlər. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən, fiziki şəxsin gətirilməsi inzibati xətanın baxıldığı yer üzrə məhkəmənin qərardadı əsasında onun yaşadığı və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Hazırki məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs X2 olduğu yeri müəyyən etmək mümkün olmadığından iş üzrə icraat dayandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Şəmkir rayonu, Varlı-Həyat kəndində yaşayan, barəsində Азярбайъан Республикасы ИХМ-нин 528.1-ci madдяsи ilə inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 məhkəmə iclasına məcburi qaydada gətirilsin. X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci madдяsində nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında iş üzrə icraat dayandırılsın. Qərardadın icrası Şəmkir Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardadın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şəmkir rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Щаким: Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar