Məhkəmə qərarları › İş №2(076)-81/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-81/2023

04.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-81/2023 04.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X6 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddiası üzrə mülki işə Şəmkir Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X3 xx.xx.2022-ci il tarixdə saat təxminən 11:10 radələrində etibarnamə ilə idarə etdiyi “Hyundai Accent” markalı ** SS *** nömrə nişanlı avtomobil ilə Atatürk prospekti istiqamətində hərəkət edən zaman, “X9 11” markalı avtomobil Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti tərəfdən hərəkət edib, Ə.Rəcəbli küçəsi ilə kəsişməsindəki yol ötürücüsünə çatdıqda ona məxsus avtomobili arxa hissəsindən vurmuşdur. Vurmanın təsirindən ona məxsus avtomobil qarşıdakı “Kio Rio” markalı, ** GU *** dövlət nömrə nişanlı avtomobili arxa hissəsinə dəymişdir. Hadisə zamanı avtombilə maddi ziyan dəymişdir. O cavabndehdən dəfələrlə ona dəyən ziyanı ödəməsini tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu ödəməkdən boyun qaçırmışdır. Lakin, cavabdeh bu günədək həmin ziyanı könüllü ödəmək istəmir. Hadisənin baş vermə səbəbi Cavabdeh olmuşdur. Odur ki, Cavabdeh avtomaşınına dəyən ziyanın əvəzi olaraq 5010 manat maddi ziyanın və ödənilmiş 71 manat dövlət rüsumunun onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 11:10 radələrində etibarnamə ilə idarə etdiyi X9 11” markalı OO-257-OX nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə Atatürk prospekti tərəfindən hərəkətdə olarkən, Ə.Rəcəbli küçəsi ilə kəsişməsindəki yol ötürcüsünə çatdıqda onunla eyni istiqamətdə qarşısında hərəkət edən “Hyundai Accent” markalı, **-SS-*** nömrə nişanlı avtomobil gözlənilmədən dayanmışdır. Həmin vaxt o, düzgün ara məsafəsi saxlamadığı üçün “Hyundai Accent” markalı, **-SS-*** nömrə nişanlı avtomobili arxa hissəsindən vurmuşdur. Vurmanın təsirindən həmin avtomobilin qarşısındakı “Kio Rio” markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsinə də ziyan dəymişdir. Hazırda iddiaçı avtomobilinə 5010 manat maddi ziyan dəydiyini iddia edərək ona qarşı hazırki iddianı qaldırmışdır. Hesab edir ki, avtomobilə dəymiş ziyan çox hesablanmışdır. Odur ki, iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılsa da məhkəməyə gəlməmiş və gəlməməsi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sübutları tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: AD seriyalı, 974106 nömrəli «nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi»nin surətindən görünür ki, “Hyundai Accent” markalı, **-SS-*** nömrə nişanlı minik avtomobili İddiaçı mülkiyyətindədir. ƏN-V №460000 nömrəli nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən “Hyundai Accent” markalı, **-SS-*** nömrə nişanlı avtomobili idarə etmək X1 etibar edilmişdir. 13 iyul 2022-ci il tarixli AR-İİ №632030 nömrəli etibarnamənin surətindən görünür ki, X4 onun bütün növ daşınar əmlakını (nəqliyyat vasitəsi, avadanlıq, texnika və s.) idarə etməyi Cavabdeh etibar etmişdir. Bakı şəhər DYPİ YNH üzrə baş inspektoru polis mayoru X8 tərəfindən 07 oktyabr 2022ci il tarixli İXP №4948912 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Ziya Bünyadov prospektində xx.xx.2022-ci il tarixdə saat 11:10 radələrində Cavabdeh idarə etdiyi “X9 11” markalı OO-257-OX nömrə nişanlı avtomobillə yil-nəqliyyat hadisəsi törətmiş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. “Avtoservis 357” Avtomobillərin texniki xidmət mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, yol-nəqliyyat hadisəsi zamanı “Hyundai Accent” markalı, **-SS-*** nömrə nişanlı avtomobilin təmir-bərpası üçün tələb olunan məbləğ ümumilikdə 5010 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/3084 saylı rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avtoservis 357” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı, “Hyundai Accent” markalı, **-SS-*** nömrə nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4278,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə araşdırılması zamanı Cavabdeh idarə etdiyi “X9 11” markalı OO- 257-OX nömrə nişanlı avtomobili ilə inzibati xəta törədərək “Hyundai Accent” markalı, **-SS- *** nömrə nişanlı avtomaşının zədələnməsinə səbəb olduğu, avtomobilin inzibati xəta hadisəsindən əvvəlki vəziyyətinə gətirilməsi üçün 4278,0 manat xərc tələb olunduğu öz təsdiqini tapmışdır. Məhkəmə, ekspert rəyini nəzərə alıb 4278,0 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh yol– nəqliyyat hadisəsi nəticəsində iddiaçıya maddi zərər vurduğuna görə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuşdur. Eləcə də, iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Ona görə də məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən avtomaşına dəymiş maddi zərərə görə 4278.0 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Bundan başqa, MPM-in 107 və 115.0.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Ekspertlərə verilməli olan məbləğlər işə baxılması əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, ödənilmiş dövlət rüsumu 71 manat, ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Məhkəmə MPM-in 119.1-ci maddəsinə istinad edərək belə qənaətə gəlir ki, 50 manat ekspertiza xərcinin 42 manat hissəsi cavabdehdən, 8 manat hissəsi isə iddiaçıdan tutularaq məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməli, iddiaçı tərəfindən ödənilmiş 71 manat dövlət rüsumunun 60 manat hissəsi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh vurulmuş ziyanın əvəzi qismində 4278 (dörd min iki yüz yetmiş səkkiz) manat pul, 60 (altmış) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pulun 42 (qırx iki) manat hissəsi Cavabdeh, 8 (səkkiz) manat hissəsi isə İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar