Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-821/2023 03.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X5, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3020,23 (üç min iyirmi manat 23 qəpik) manat əsas borcun və eyni zamanda məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 51 (əlli bir) manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 3328 (üç min üç yüz iyirmi səkkiz) manat 40 (qırx) qəpik borcunun olduğunu etiraf etmiş və həmin məbləği hər ay tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı MMC-yə yekun olaraq 3020 (üç min iyirmi) manat 23 (iyirmi üç) qəpik borcu qalmaqdadır. Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək heç bir məbləğ ödənilməmişdır və borc məbləği ödənilməmiş qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X9 iddianı müdafiə etdiyini bildirirək qeyd etdi ki, cavabdeh C. Əkbərzadə İddiaçı MMC-də administrator vəzifəsində xx.xx.2022-ci il tarixədək işləmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh C. Əkbərzadə təhvil-təslim aparmadan işi tərk etmiş və xx.xx.2022-ci il tarixədək işdə olmamışdır. İşdə olmadığı ərəfədə mağaza fəaliyyətini dayandırmamış, başqa əməkdaşlar tərəfindən idarə olunmuşdur. xx.xx.2022-ci il tarixdən işə başlamış və xx.xx.2022-ci il tarixdə İddiaçı MMC tərəfindən inventarizasiya aparılmış və akt tərtib edilmişdir. İnventarizasiya aktına əsasən 5340,72 manat əksikgəlmə müəyyən edilmişdir. Sonuncu inventarizasiya xx.xx.2022-ci il tarixdə aparılmış, ondan əvvəlki inventarizasiya isə xx.xx.2022-ci il tarixdə aparılmışdır. xx.xx.2022-ci il-xx.xx.2022-ci il tarix aralığında heç vaxt inventarizasiya aparılmamışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli inventarizasiyanın nəticəsinə uyğun olaraq borcun etirafı və ödəniş qaydası haqqında müqavilə imzalanmışdır. Müqavilənin imzalanması üçün cavabdehə heç bir zorakılıq hədə qorxu edilməmiş, inventarizasiya zamanı əksikgəlmənin etirafı ilə bağlı müqavilə imzalanmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə öz ərizəsi ilə işdən azad olunmuşdur. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, İddiaçı MMC-də administrator vəzifəsində xx.xx.2022-ci il tarixədək işləmişdir. xx.xx.2022-ci il tarixdə səhhətində yaranmış ciddi narahatlığa görə heç bir təhviltəslim apara bilmədən məcbur qalıb işi tərk etmişdir. xx.xx.2022-ci il tarixdə əməliyyat olunmuş və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdə olmamışdır. İşdə olmadığı ərəfədə mağaza fəaliyyətini dayandırmamış, "xxxx" MMC-nin başqa əməkdaşları tərəfindən idarə olunmuşdur. xx.xx.2022-ci il tarixdən işə başlamış və işdən çıxmaq barədə rəhbərliyə məlumat verdikdən sonra xx.xx.2022-ci il tarixdə İddiaçı MMC tərəfindən onun iştirakı olmadan inventarizasiya aktı tərtib edilmiş, inventarizasiya aktına əsasən 5340,72 manat əksikgəlmə müəyyən edilmişdir. Əksikgəlmə müəyyən edildikdən sonra qeyd olunan məbləğlə razılaşmamışdır. Belə ki, onun dövründə hər dəfə inventarizasiya zamanı hər zaman 500-600 manat aralığında əksikgəlməsi olmuş, onun səbəbi isə işçinin az olması, bəzən mağazada təkbaşına nəzarət etməsi olub ki, belə olan halda oğurluq halları baş verirdi. Bu zaman da administrator kimi o cavabdehlik daşıdığından inventarizasiya zamanı olan 500-600 manat əksikgəlməni maaşı ilə qarşılayırdı. Sonuncu inventarizasiya zamanı hesablanmış əksikgəlmə onun işdə olmadığı avqust sentyabr ayları dövrünə təsadüf edir. Belə olan halda öz narazılığını bildirdikdə onun işdən çıxması barədə ərizəsinə baxmayacaqları, əmək kitabçasını tədim etməyəcəklərini, təqdim etsələr də əmək kitabçasında işdəki nöqsanlara görə çıxması barədə qeyd aparacaqları ilə hədələyərək onun borcun etirafı müqaviləsini imzalaması üçün məcbur etmişlər. O yeni işi itirməmək üçün, gələcəkdə əmək kitabçasında işdəki nöqsanlara görə işdən azad olunma barədə qeyd aparılmaması üçün borcun etirafı müqaviləsini hədə təsiri altında imzalamağa məcbur olmuşdur. Bundan başqa o İddiaçı MMC-də aldığı əmək haqqısından (345 manat) 2 dəfəyə yaxın fərqlə (599 manat) əmək haqqı ilə daha yüksək vəzifəyə yeni işə keçməsi üçün tez bir zamanda işdən çıxmalı idi. Bu səbəbdən məcbur qalıb xx.xx.2022-ci il tarixdə borcun etirafı müqaviləsini imzalamışdır. xx.xx.2022-ci il tarixdə isə yeni işə daxil olmuşdur. Qeyd olunanlara əsasən iddianın qismən təmin edilərək 600 manat hissəsində təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilədən görünür ki, borclu Cavabdeh 3328,40 manat məbləğində Cəmiyyətə zərər vurduğunu etiraf edərək tərəflər arasında razılaşdırılmış şərtə əsasən Cavabdeh (borclu) borc məbləğini xx.xx.2022-ci il tarixindən başlayaraq hər ay 278 (iki yüz yetmiş səkkiz) manat 12 (on iki) ay ərzində tam olaraq İddiaçı MMC-yə (borcverən) ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışa əsasən tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə üzrə Cavabdeh 3.328.40 (üç min üç yüz iyirmi səkkiz manat qırx qəpik) manat borcu olduğunu etiraf etmişdir. Güzəştlər nəzərə alındıqdan sonra 01 dekabr 2022-ci il tarixinə, İddiaçı MMCyə olan ümumi borcu 3.020.23 (üç min iyirmi manat iyirmi üç qəpik) manat təşkil edir. xx.xx.2021-ci il tarixli X2 ilə bağlı X4 surətindən görünür ki, X1 ilə işəgötürən İddiaçı arasında bağlanmış müqaviləyə əsasən işçi Cavabdeh İddiaçı MMC-də satıcı-nəzarətçi, kassir vəzifəsinə 260 manat aylıq əmək haqqı ilə işə başlamışdır. xx.xx.2021-ci il tarixli Əmək Müqaviləsində dəyişiklik edilməsi ilə bağlı X3 görünür ki, işçi Cavabdeh xx.xx.2021-ci il tarixdə İddiaçı MMC-də Administrator vəzifəsinə aylıq əmək haqqı 345 manat olmaqla keçirilmişdir. xx.xx.2022-ci il tarixli Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı X3 görünür ki, işçi Cavabdeh ilə işəgötürən İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə tərəflərin birinin təşəbbüsü ilə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. xx.xx.2022-ci il tarixli X2 ilə bağlı X3 görünür ki, işçi Cavabdeh ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə əsasən işçi Cavabdeh xx.xx.2022-ci il tarixdən Müdir Müavini vəzifəsində aylıq 599 manat olmaqla işə başlamışdır. xx.xx.2022-ci il tarixli X6 tibbi xidmətlərin göstərilməsi üçün göndəriş vərəqəsindən görünür ki, Cavabdeh bel-oma MRT və həkim nevroloq müayinəsi üçün göndəriş vərəqəsi verilmişdir. X14 üzrə X12 Ərazi Bölmələrini İdarəetmə Birliyi Respublikas Neyrocərrahiyyə X8 Şəxsinin 1432 nömrəli X10 Kartından Çıxarışdan (Epikriz) görünür ki, xx.xx.2022-ci ilxx.xx.2022-ci il tarix aralığında xəstəxanaya yerləşdirilmiş, xx.xx.2022-ci il tarixdə cərrahi əməliyyat icra olunmuşdur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsi bağlanmış, cavabdeh C. Əkbərzadə İddiaçı MMC-də administrator vəzifəsində xx.xx.2022-ci il tarixədək işləmişdir. xx.xx.2022-ci il tarixdə cavabdeh C. Əkbərzadənin səhhətində yaranmış narahatlığa görə heç bir təhvil-təslim aparmadan işi tərk etmişdir. xx.xx.2022-ci il tarixdə əməliyyat olunmuş və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdə olmamışdır. İşdə olmadığı ərəfədə mağaza fəaliyyətini dayandırmamışdır. xx.xx.2022-ci il tarixdən işə başlamış və xx.xx.2022-ci il tarixdə İddiaçı MMC tərəfindən Cavabdeh iştirakı olmadan inventarizasiya aktı tərtib edilmiş, inventarizasiya aktına əsasən 5340,72 manat əksikgəlmə müəyyən edilmişdir. (İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inventarizasiya aktı) xx.xx.2022-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli inventarizasiyanın nəticəsinə uyğun olaraq borcun etirafı və ödəniş qaydası haqqında müqavilə imzalanmışdır. Qeyd olunan hallar tərəflərin izahatı və işə əlavə edilmiş sübutlarla öz təsdiqini tapmışdır. İşin cavabdeh tərəfində mübahisələndirilən halı xx.xx.2022-ci il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqaviləni əmək kitabçasının verilməməsi və Əmək müqaviləsi xitam əsaslarının fərqli əsaslarla (yeni iş üçün ciddi problemlər yaradacaq əsaslarla) göstəriləcəyi hədəsi ilə zorakılıq, hədə təsiri altında imzalamasından ibarətdir. Məhkəmə iclası zamanı qeyd edilən fakt öz təsdiqini tapmışdır. Belə ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizəni İddiaçı MMC-yə xx.xx.2022-ci il tarixdə təqdim etmiş, mübahisələndirilən müqavilə xx.xx.2022-ci il tarixdə bağlandıqdan sonra Cavabdeh işdən azad olunmuşdur. xx.xx.2022-ci il tarixdə isə əvvəlki əmək haqqısından (345 manat) 2 dəfəyə yaxın fərqlə (599 manat) əmək haqqı ilə daha yüksək vəzifəyə işə qəbul olunmuşdur. Belə olan halda iradəsi qüsurlu əqd bağlanmışdır. Belə ki, əqdin etibarlı olması şərtlərindən biri iradə və iradənin vahidliyi (vəhdəti) hesab edilir. Zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanan əqd daxili iradə olmadan bağlanan əqdə aid olunur. Bu cür etibarsız əqdlərdə müvafiq tərəfin daxili iradəsi təhrif edilir. Bu tərəfin əqd bağlamaq, üçün daxili iradəsi yoxdur. Buradakı iradə ifadəsi həmin tərəfin yox, bu tərəfə təsir göstərən hər hansı başqa şəxsin iradəsini əks etdirir. Zorakılıq hüquqazidd hərəkətlərdə ifadə olunmalıdır. Bunların cinayət hərəkətləri olması tələb edilmir və məcburi deyil. Məsələn, şəxs qulluq tabeliyindən və ya vəziyyətindən istifadə etməklə əqd iştirakçısının iradəsinə təsir göstərir. Bu, zorakılıq hərəkətidir. Mülki hüquqda hədə dedikdə isə əqd iştirakçısını əqd bağlamağa vadar etmək üçün onun iradəsinə göstərilən psixi təsir (təzyiq) başa düşülür. Bu təsir (təzyiq) əqd iştirakçısı nəzərdə tutulan əqdi bağlamayacağı təqdirdə, ona və ya onun yaxınlarına gələcəkdə əmlak, fiziki-cismani və ya mənəvi zərər vurulmasını bildirmək yolu ilə göstərilir. Yuxarıda qeyd edilənlərə əsasən xx.xx.2022-ci il tarixli borcun etirafı müqaviləsi cavabdeh tərəfindən haqlı olaraq mübahisələndirildiyindən özü özlüyündə etibarsız əqddir. Belə olan halda isə işəgötürənə vurulan ziyanla bağlı iddianın, yəni cavabdeh tərəfindən onun işlədiyi dövrdə əksikgəlmənin mövcudluğu və hansı məbləğdə mövcudluğu barədə sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası Mülki Məcəllənin: 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.4-cü maddəsinə əsasən Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə mü-əyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hü-ququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Cavabdehin mübahisələndirdiyi digər bir hal inventarizasiya zamanı onun işdə olduğu dövr üçün əksikgəlmənin düzgün hesablanmamasından ibarətdir. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixdə keçirilmiş inventarizasiyadan əvvəlki inventarizasiyanın xx.xx.2022-ci il tarixdə keçirilməsini qeyd edərək xx.xx.2022-ci il tarixdə səhhətində baş vermiş ciddi narahatlığa görə işi tərk edən zaman iddiaçı tərəfindən onunla təhvil təslim aparılmaması və 1 ay 4 gün ərzində işdə olmadığı dövrdə (xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) mağazanın başqa işçilər tərəfindən idarə edilməsi dövründə də əksikgəlmənin yarana biləcəyi əsasıdır. Məhkəmə iclası zamanı qeyd edilən fakt da öz təsdiqini tapmışdır. Belə ki, işə əlavə edilmiş sənədlərlə eyni zamanda tərəflərin izahatlarından müəyyən olunur ki, C. Əkbərzadənin administratoru olduğu mağazada sonuncu dəfə xx.xx.2022-ci il tarixdə inventarizasiya aparılmış, ondan sonrakı inventarizasiya xx.xx.2022-ci il tarixdə cavabdehin iştirakı olmadan aparılmışdır (işə əlavə edilmiş inventarizasiya aktı 1-ci vərəq). Qeyd olunan tarixlər aralağında təhvil təslim və inventarizasiya aparılmamışdır. Cavabdeh isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək işdə olmamış və mağaza həmin tarixlərdə başqa işçilər tərəfindən təhvil təslim edilmədən idarə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191.2-ci maddəsinə əsasən ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. 192.2-ci maddəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Göründüyü kimi qanunvericilikdə işəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətinin yaranması üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.2-ci maddəsində qeyd olunan şərtlərin eyni zamanda mövcudluğunun zəruri olması qeyd edilmişdir. Hazırki iddiada ziyanın vurulması aşkar olunsa da, ziyanın vurulması ilə cavabdehin əməlinin nəticəsində olmasını iddiaçı sübut edə bilmir. Bundan başqa işəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. Hazırki mübahisədə iddiaçı işəgötürən ziyanın məhz Cavabdeh işdə olduğu dövrdə yaranmasını sübut edə bilmir. Cavabdeh isə ziyanın məhz onun tərəfindən vurulmaması barədə sübutları (işdə olmadığı dövrdə ola biləcəyi və inventarizasiya zamanı onun iştirakının təmin edilməməsi) məhkəməyə təqdim etmişdir. Belə olan halda məhkəmə pul tələbinə dair iddianın cavabdehin etiraf etdiyi 600 manat hissəsində əsaslı hesab edir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 600 (altı yüz) manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddianın təmin edilmiş hissəsinə münasib olaraq ödənilmiş dövlət rüsumunun 10,2 manat hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 600 (altı yüz) manat pul və iddianın təmin olunan hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumunun 10,20 (on manat 20 qəpik) manatı alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-821/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-821/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver