Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-836/2024 14.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2400 manat məbləğində pulun alınıb ona verilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 2021-ci ildə Vaz 2106 markalı **-CH-*** qeydiyyat nömrəli avtomobili sənədləşdirilməsi üçün Tovuz rayonunda yerləşən avtomobil qeydiyyat şöbəsinə getmiş, yoxlama zamanı avtomobilin muhərrik nömrəsi sənətdə qeyd olunan nömrə ilə eyni olmadığına və avtomobili öz adına sənədləşdirə bilməmişdir. Bundan sonra cavabdehə zəng edib görüşmüşlər və cavabdehlə pulu qaytaracağı barədə razılaşmışlar. Cavabdeh 2 ay müddətində 3250 manat puldan ona cəmi 850 manat qaytarmışdır. Sonradan dəfələrlə cavabdehə qalan pulu qaytarmasını tələb etsədə lakin cavabdeh pul qaytarmamışdır. Cavabdeh pul qaytarmadığı üçün sonuncunun barəsində Şəmkir RPŞ-nə müraciət etmişdir. Cavabdeh şöbədə verdiyi izahatda ona borcu olduğunu etiraf etmiş və pulu qısa müddətə qaytaracağını bildirsədə lakin verdiyi sözə əməl etməmişdir. Buna görədə cavabdehdən pulun alınıb verilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunda nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, mülki işi və digər materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş cinayıət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Əliyev X1 rayon polis şöbəsində verdiyi izahatında bildirmişdir ki o, İddiaçı və X2 avtomobil satdığı şəxslər kimi tanımışdır. Onun mərhum atasının adına olan Vaz 2106 markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Həmin avtomobili təmir etdirən zaman mühərrikini dəyişmişlər və mühərrikin bloku özlərində olduğundan sənədləşmə işlərini qanuni edə bilmişlər. Lakin sonradan o həmin avtomobili başqasına və sonuncu olaraq Ərəstun adlı şəxsə 3250 manata satılmış və bir il sonra Ərəstun avtomobilin mühərrikinə görə sənədləşdirə bilmədiyi üçün ona geri qaytarılb 3100 manat pul müqabilində razılaşmışlar. O, 3100 manat puldan cəmi 850 manat Ərəstuna versə də sonradan atası rəhmətə getmiş və bu səbəbdən əlavə pul verə bilməmişdir. Hazırda Ərəstuna 2200 manat məbləğində pul borcu vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəflər arasında yaranmış münasibətlərə hüquqi qiymət verərək, belə qanaətə gəlir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış münasibətlər hüquqi təbiətinə görə tapşırıq müqaviləsinin əlamətlərini ehtiva etdiyindən hazırki iddianın həlli üçün mülki qanunvericiliyin tapşırıq müqaviləsi ilə bağlı normalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2200 manat pul alınaraq İddiaçı verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220 və 233, 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2.200 manat manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-836/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-836/2024
14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver