Məhkəmə qərarları › İş №2(076)-878/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-878/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-878/2024 27.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 452 manat məbləğində pulun və 30 manat rüsumunun alınıb ona verilməsi baradə qətnamə çıxarılmasını xahiş etmidşir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X3 onun həmkəndlisidir və qohum kimi uzun müddətdir tanıyır, əvvəllər aralarında heç bir narazılığ və düşmənçilik olmamışdır. Həyat yoldaşı vəfat etmiş, üç qız övladı var. Onlardan qızları İlhamə və Gültəkinin ərləri də vəfat etmişlər. Onların uşaqlarının saxlanmasına köməklik göstərməyi üçün ərzaq malları alıb sataraq qazanc əldə edir. Həmkəndlisi və qohumu olan X3 bu ilin iyun-iyul aylarında, yəni müxtəlif vaxtlarda ondan 452 (dörd yüz əlli iki) manat dəyərində ərzaq alaraq aralarında şifahi qaydada bağlanan müqaviləyə əsasən bir ay müddətinə pulunu verməyi öhdəsinə götürmüşdür. Lakin öhdəliyinə götürdüyü müddətdə ona borclu olduğu pulu verməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq müxtəlif bəhanələrlə pulunu verməkdən imtina etməsinə görə ona qarşı məlum iddianı qaldırmalı olmuşdur. Qeyd olunları nəzərə alaraq cavabdehdən ona ödəməli olduğu 452 manat məbləğində pulun və 30 manat rüsumunun alınıb ona verilməsi baradə qətnamə çıxarılmasını xahiş etmidşir. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək cavabdehin soyadını səhvən Həsənov qeyd etməsini, Cavabdeh 452 manat məbləğində pulun və 30 manat rüsumunun alınıb ona verilməsi baradə qətnamə çıxarılmasını xahiş etmidşir. Məhkəmə iclasında cavabdeh iddia qəbul etməyərək öz izahatında bildirmişdir ki, İddiaçı onun həmkəndlisidir və qohum kimi iddaçını uzun müddətdir tanıyır. Onun ərzaq mağazasından nisyə gündəlik tələbatı üçün mal alır, daha sonra əmək haqqı aldıqda borcunu ödəyirdi. İddiaçıya məxsus kiçik marketdən gündəlik siqaret, “Bizon” içkisi, “semiçka” (günəbaxan tumu) və digər ehtiyaclarını almış, hər ay 150 manat İddiaçı verməklə, hər zaman borcunu vaxtı-vaxtında bağlamışdır. Hesab edri ki, onun iddaçıya borcu yoxdur və iddianı rədd edilməsinin xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib iş materiallarına əlavə edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən (iddiaçıya məxsus borc dəftərindən çıxarışdan-vərəqin surətindən) görünür ki, Elməddin (Elçinin oğlu) marketdən müxtəlif vaxtlarda alış edərək borcu ümumi olaraq 452,30 manat qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. İddiaçının izahatından və işə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, tərəflər arasında şifahi formada bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı mütəmadi olaraq cavabdehə müxtəlif vaxtlarda gündəlik ərzaq və digər məhsulları nisyə qaydada satmışdır. Aralarında yaranmış münasibəə əsasən iddiaçıdan aldığı məhsulların pulunu cavabdeh hər ay əmək haqqı aldıqda ödəmiş, lakin son vaxtlarda aldığı məhsulların pulunu ödəməmişdir. Belə ki, cavabdeh qeyd edilən məhsulların borcunu da ödədiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Öhdəliyin mövcud olması öz təsdiqini tapdığından öhdəliyin icra edilməsini sübuta yetirmək vəzifəsi borclunun üzərinə düşür. Cavabdeh borcun qalan hissəsini ödəməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. İddiaçı Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən nisyə satılmış malın ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də qətnamə qəbul edilərək cavabdehdən 452 manat pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 452 (dörd yüz əlli iki) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar