Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-881/2024 23.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi, Vəlizadə Rövşən Nazim oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14.500 (on dörd min beş yüz) manat pulun və 133 (yüz otuz üç) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə Samux rayonu, Qarayer qəsəbəsində tanış olmuşlar. O, istehsal etdikləri taxıl toxumlarınının satışı ilə məşğul olur. Cavabdehda əkinçilik işləri ilə məşğuldur. 2021-ci ildə cavabdeh onun işlədiyi ünvana gələrək ondan 2021-ci ilin noyabr dekabr aylarında 22 ton arpa, arpanın hər kiloqramını 0,75 qəpikdən, cəmi 16.500 manat dəyərində arpa toxumu aldı və iki Kamaz maşına yeklədi və dedi ki, 2022-ci ilin yanvar ayında pulunun yarısını verəcək, qalan pulu isə arpa biçinində onun 16.500 manat pulu verəcəkdir. O, cavabdehə etibar edərək 22 ton arpa toxumunu nisiyə aparmasına razılaşmışdır. Cavabdeh ilə ara bir görüşmüşlər, bir sözlə cavabdehlə dostluq etmişdir. 2022-ci ildə arpa biçinindən sonra cavabdeh ondan aldığı 16.500 manat dəyərində arpa borcundan 2.000 manatını vermiş və demişdir ki, qalan borcunu yaxın vaxtlarda ödəyəcəkdir. Cavabdeh xx.xx.2022-ci ildə və xx.xx.2023-cü ildə yazılı qaydada qəbz verərək 14.500 manat borcunu 2023-cü ilin iyun ayında ödəyəcəyinə söz vermişdir. Hətta cavabdeh Gəncə şəhər Dövlət notariat kontorunda ona olan 14.500 manat borcunu rəsmiləşdirmiş və torpağını sataraq borcunu qaytaracağını bildirmişdir. Bundan sonra cavabdehdən dəfələrlə ondan almış olduğu arpa toxumunun pulunu istəsədə, cavabdeh onu hər dəfə müxtəlif bəhanələrlə aldadaraq pulunu verməmişdir. O, Şəmkir rayon Zəyəm polis bölməsinə Cavabdeh barəsində şikayət etmişdir. Şəmkir rayon Zəyəm polis bölməsindən ona adiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də, Cavabdeh 14.500 (on dörd min beş yüz) manat pulun və 133 (yüz otuz üç) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etdi və ərizə verərək bildirdi ki, ona 2024-cü ilin sentyabr ayınadək vaxt verilsə iddiaçıya olan borcunu ödəyəcəkdir. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehin izahatlarını dinləyərək, mülki işin digər materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş kredit müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı 14.500 manat məbləğində borc pul almışdır. Cavabdeh almış olduğu 14.500 manat borc pulu xx.xx.2023-cü il tarixdə qaytaracağını öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, Cavabdeh İddiaçı 14.500 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 14.500 manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 34 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216–220 və 233, 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 14.500 (on dörd min beş yüz) manat və 135 (yüz otuz beş) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-881/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-881/2024
23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver