Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-893/2023 19.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Şərifova Səbinə Səvayuş qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” barədə iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2007-ci il təvəllüdlü Aygün, xx.xx.2008-ci il təvəllüdlü Elgün və xx.xx.2009-cu il təvəllüdlü Elmir adlı uşaqlarının yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanılması üçün Şəmkir rayon məhkəməsinin 2(076)-2565/2016 saylı 05 my 2016-cı il tarixli qətnaməsi dəyişərək həmin qətnamənin əsasında hər ay hər uşağa görə təyin edilmiş 110 manat sabit pul məbləğində alimentin artırılaraq ayda 220 manat sabit pul məbləğində alimentin və mediasiya xidmətinə görə ödədiyi 50 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 28 mart 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. xx.xx.2011-ci il tarixədək birgə yaşamışlar. Bu evlilikdən xx.xx.2007-ci il təvəllüdlü Aygün, xx.xx.2008-ci il təvəllüdlü Elgün və xx.xx.2009-cu il təvəllüdlü Elmir adlı 3 uşağımız olmuşdur. Evləndikdən bir müddət sonra cavabdehlə aralarında narazılıq, söz-söhbət yaranmışdır. xx.xx.2011-ci il tarixdən etibarən faktiki olaraq ayrılmışlar. Hazırda uşaqlar onun yanında yaşayırlar. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2565/2016 saylı 05 may 2016-cı il tarixli qətnaməsi əsasında üç uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə Cavabdeh tutulan alimentin müəyyən olunmuş miqdarı dəyişdirilmiş və hər ay hər uşağa görə 110 manat məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Hazırkı maddi çətinlikdə uşaqlarının artıq məktəbli olmaqla oxuması, hazırlıqlara ödənişlər etməsi və geyim, dərs ləvazimatlarının təmin edilməsi üçün ayda hər uşağa görə 110 manat alimentlə uşaqlarının ehtiyyaclarını ödəyə bilmir. Cavabdeh isə könüllü olaraq əlavə maddi yardım etmir. Ona görə də təyin edilmiş alimentin məbləğinin artırılmasına dair məlum iddianı qaldırmalı olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsini məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh Rusiya Federasiyasındadır, çox yaxşı imkanı var, onun orada obyektləri, maşınları və s. əmlakları var, düzdür onları sübut edə bilmir hazırda, lakin cavabdeh özü burada olsaydı bunu təsdiq edərdi. Həmçinin uçaqlardan biri xəstədir. Mütəmadi olaraq ona həkim müayinə və müalicəsi olur. Əminliklə deyə bilir ki, alimentin artırılması cavabdehin maddi vəziyyətinə uyğundur. Ona görə də məhkəmədən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X9 (atası) iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, bəli, oğlu Rusiya Federasiyasındadır. Şəmkir Rayon Məhkəməsinin 2(076)-2565/2016 saylı 05 may 2016-cı il tarixli qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü Aygün, xx.xx.2008-ci il təvəllüdlü Elgün və xx.xx.2009-cu il təvəllüdlü Elmir adlı üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 110 manat məbləğində aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. 330 manatı hər ay oğlu ona göndərir və o da iddiaçıya ödəyir. Məhkəmədən alimentin artırılmaması, yəni 110 manatda qalmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2007-ci il təvəllüdlü X2 atası X7, anası X1r. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Məhkəməsinin 2(076)-2565/2016 saylı 05 may 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, Şəmkir rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(076)-435/2012 saylı qətnaməsi əsasında üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə Cavabdeh tutulan alimentin müəyyən olunmuş miqdarı dəyişdirilmiş, xx.xx.2016-cı il tarixdən başlayaraq onların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 110 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 26 aprel 2016-cı il tarixli 135 nömrəli arayışın surətindən görünür ki, xx.xx.2016-cı il tarxində “Mediluks-1” klinikasına həkim-tavmatoloqun müayinəsində olmuş və X5 “Hər iki bud sümüyünün diafizinin aşağı 1/3-nin osteoixndrozplaziyası nəticəsində əmələ gəlmiş “o”-vari deformasiya diaqnozu qoyulmuşdur. Diz və baldır nahiyyəsində olan deformasiya kisti düzəlmiş olsa da, bud sümüyündə potologiya davam edir. Xəstə tarvmatoloq-ortopedin nəzarəti altında olmalıdır və gələcəkdə korreksiya məqsədi ilə cərrahi əməliyyat nəzərdə tutulur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflərin birgə evliliklərindən anadan olmuş uşaqlarının saxlanması üçün cavabdehdən alimentin tutularaq iddiaçıya verilməsi müəyyən edilsə də, hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlarının saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası AM-nin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları və ehtiyacları artmışdır. Belə ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına, həm də həcminə görə qismən əsaslıdır. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği hər ay 220 manat məbləğində müəyyən edilməlidir. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası AM-nin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarın 8.14-ci bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə, mediasiya xərci isə iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən, iddianın qiyməti, aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi alimentin alınması ilə bağlı olduğundan, iddianın qiyməti bu cür iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, həmçinin bir il ərzində ödəmənin məcmusu 7200 manat (600 manat x 12 ay) təşkil etdiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 72 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şəmkir rayon Məhkəməsinin 2(076)-2565/2016 saylı 05 may 2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılsın. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay xx.xx.2007-ci il təvəllüdlü Aygün, xx.xx.2008-ci il təvəllüdlü Elgün və xx.xx.2009-cu il təvəllüdlü Elmir adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 72 (yetmiş iki) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh 50 (əlli) manat məbləğində mediasiya xərci alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-893/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-893/2023
19.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver