Məhkəmə qərarları › İş №2(076)-899/2023

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-899/2023

23.05.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-899/2023 23.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: "xxxx" ASC–nin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Ağlavaşlı kəndində yaşayır. İstifadə etdiyi sayğac atasının adına olsa da, yaşadığı evdə həmin sayğacdan o, istifadə edir. xx.xx.2012–ci ildən istifadəsində olan elektrik sayğacının elektrik keçirməməzliyi halı nəticəsində istismar müddəti keçmiş, keçiriliyi zəif olan naqildə elektrik keçirilməməzliyi baş vermişdir. Bu hal xx.xx.2022–ci ildə baş vermişdir. Bununla bağlı kənd ərazisində nəzarətçilərə bildirsə də, ona kömək etməmişlər. Məcbur olub sayğacı sökmüş və sayğacın alt hissəsində sayğacdan kənar xətdən istifadə etmişdir. Cavabdeh "xxxx" ASC–nin əməkdaşları xx.xx.2023–cü il tarixdə ona məxsus fərdi yaşayış evində quraşdırılmış sayğaca baxış keçirmiş, həmin vaxt o, cavabdehin əməkdaşlarına baş vermiş qüsurla bağlı məlumat vermişdir. Həmin şəxslər isə yalnız nəzarətçi olmalarını bildirmiş və videoçəkiliş edərək çıxıb getmişlər. Sonradan ona məlum olmuşdur ki, cavabdehin əməkdaşları tərəfindən xx.xx.2023–cü il tarixli 030417 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən ona 567,31 manat borc hesablanmışdır. Həmçinin, həmin aktda guya qapını açan olmamasını qeyd etmişlər. Hazırda həmin borcu qanunsuz hesab edir. Belə ki, o, istehlakçı kimi istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtlı–vaxtında ödəmiş, eləcə də sayğaca hər hansı müdaxilə etməmişdir. Bundan başqa, "xxxx" ASC–nin əməkdaşları akt tərtib edərkən yaşadığı evdən heç kəsi, o cümlədən onu dəvət etməmişlər. Bununla da cavabdeh tərəfindən barəsində əsassız akt tərtib edilərək, ona borc hesablanmışdır. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023–cü il tarixli 030417 nömrəli akt əsasında hesablanmış 567,31 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iддиачы İddiaçı iddianı müdafiə edərək verdiyi izahatında göstərmişdir ki, ailəsi ilə birlikdə Şəmkir rayonu, Ağlavaşlı kəndində yaşayır. xx.xx.2012–ci ildən istifadəsində olan elektrik sayğacının elektrik keçirməməzliyi halı nəticəsində istismar müddəti keçmiş, keçiriliyi zəif olan naqildə elektrik keçirilməməzliyi baş vermişdir. Bu hal xx.xx.2022–ci ildə baş vermişdir. Bununla bağlı kənd ərazisində nəzarətçilərə bildirsə də, ona kömək etməmişlər. Məcbur olub sayğacı sökmüş və sayğacın alt hissəsində sayğacdan kənar xətdən istifadə etmişdir. Cavabdeh "xxxx" ASC–nin əməkdaşları xx.xx.2023–cü il tarixdə ona məxsus fərdi yaşayış evində quraşdırılmış sayğaca baxış keçirmiş, həmin vaxt o, cavabdehin əməkdaşlarına baş vermiş qüsurla bağlı məlumat vermişdir. Həmin şəxslər isə yalnız nəzarətçi olmalarını bildirmiş və videoçəkiliş edərək çıxıb getmişlər. Sonradan ona məlum olmuşdur ki, cavabdehin əməkdaşları tərəfindən xx.xx.2023–cü il tarixli 030417 nömrəli akt tərtib edilmiş və həmin akta əsasən ona 567,31 manat borc hesablanmışdır. Hazırda həmin borcu qanunsuz və artıq hesab edir. Cavabdeh idarənin əməkdaşlarının aktda göstərdikləri tam əsassızdır. Hazırda "xxxx" ASC–nin əməkdaşları ondan 567,31 manat borcun ödənilməsini tələb edir. Bu səbəbdən məhkəmədə iddia qaldırmışdır. Odur ki, iddianın təmin edilərək, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023–cü il tarixli 030417 nömrəli akt əsasında hesablanmış 567,31 manat borcun silinməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş edir Cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X5 məhkəmə iclası zamanı iddianı qəbul etmədi və izahatında göstərdi ki, Şəmkir rayonu, Ağlavaşlı kəndində İddiaçı yaşadığı evdə quraşdırılmış sayğaca baxış keçirilən zaman sayğacda müdaxilə izləri hiss olunmuş, bu barədə xx.xx.2023–cü il tarixli 030417 nömrəli akt tərtib edilmiş və həmin akt əsasında 567,31 manat cərimə hesablanmışdır. Belə ki, baxış zamanı müəyyən edilmişdir ki, elektrik sayğacının alt qapaq möhürü açılara sayğacın giriş və çıxış faz xəttin faz qrifində birləşdirilərək sayğac dövrədən kənarlaşdırılmışdır. Həmçinin, iddiaçı özü də həm iddia ərizəsində, həm məhkəmə iclası zamanı verdiyi izahatında sayğacı sökməsini və sayğacın alt hissəsində sayğacdan kənar xətdən istifadə etməsini etiraf etmişdir. Bu isə bir daha sübut edir ki, iddiaçı əlavə xətdən qoşulmaqla sayğacdan qanunsuz istifadə etmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2013–cü il tarixli vəsiyyətnamədən görünür ki, X3 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını İddiaçı vəsiyyət etmişdir. İşdə olan xx.xx.2023–cü il tarixli 030417 saylı aktdan görünür ki, Şəmkir rayonu, Ağlavaşlı kəndində yerləşən ünvanda yoxlama zamanı X1 adına qeyd edilmiş elektrik sayğacının alt qapaq möhürü açılara sayğacın giriş və çıxış faz xəttin faz qrifində birləşdirilərək sayğac dövrədən kənarlaşdırılması aşkar olunmuş, bununla da sayğaca müdaxilə edildiyi müəyyən edilmişdir. İşdə olan abunə haqqında görünür ki, EİQ pozulması nəticəsində X2 xx.xx.2023-cü il tarixı 652,24 manat borc hesablanmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli satış sahələri üzrə tələblərdən görünür ki, X2 567,40 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, İddiaçı Şəmkir rayonu, Ağlavaşlı kəndində yaşayır və yaşadığı evdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xidmət dairəsində atası X1 adına qeydə alınmış sayğacdan istifadə edir. Həmin ünvanda xx.xx.2023–cü il tarixdə yoxlama zamanı "xxxx" ASC–nin əməkdaşları sayğaca baxış keçirmiş, baxış zamanı elektrik sayğacının alt qapaq möhürü açılara sayğacın giriş və çıxış faz xəttin faz qrifində birləşdirilərək sayğac dövrədən kənarlaşdırılması aşkar olunmuş, bununla da sayğaca müdaxilə edildiyi müəyyən edilmişdir. Həmçinin, həmin akta əsasən abonentə 567,31 manat borc hesablanmışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə sayğaca müdaxilə olunması və nəticədə borcun yaranmasını sübutetmə yükü cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005–ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 1.1–ci bəndində göstərilmişdir ki, məişət abonenti (əhali) – yaşayış binalarının mənzillərində, yataqxanalarda, yaşayış evlərində, həmçinin bağlarda, şəxsi qarajlarda məişət məqsədləri üçün elektrik enerjisindən istifadə edən istehlakçıdır. Həmin Qaydaların 1.2–ci bəndində qeyd edilmişdir ki, Bu Qaydalar “Enerji resurslarından istifadə haqqında”, “Elektroenergetika haqqında”, “Energetika haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına əsasən tərtib edilmiş və dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, elektrik enerjisi istehlakçıları arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Bu Qaydaların icrası tabeliyindən, mülkiyyət formasından, maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları və elektrik enerjisi istehlakçıları üçün məcburidir. Həmin Qaydaların 9.4–cü bəndinə əsasən istehlakçı hesablaşma elektrik sayğaclarındakı bütün nasazlıqlar və onun qoşulma sxeminin pozulması, həmçinin, tikililərində və ya ərazisində yerləşən enerjitəchizatı müsəssisəsinə məxsus elektrik qurğularında və avadanlıqlardakı nasazlıqlar haqqında enerjitəchizatı müsəssisəsinə məlumat verməlidir. Göründüyü kimi iddiaçı yaşadığı evdə istifadə etdiyi sayğaca müdaxilə etmiş, həmin halı həm iddia ərizəsində, həm məhkəmə iclası zamanı verdiyi izahatında sayğacı sökməsini və sayğacın alt hissəsində sayğacdan kənar xətdən istifadə etməsini etiraf etmişdir. Həmçinin, iddiaçı naqildə elektrik keçirilməməzliyi baş verməsini iddia etsə də, yuxarıda qeyd olunan Qaydaların tələblərinə əməl etməmiş, yəni nasazlıqla bağlı enerjitəchizatı müsəssisəsinə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Azərbaycan Respublikası MM–nin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmçinin, cavabdeh tərəfindən təqdim edilmiş CD diskə məhkəmə tərəfindən baxış keçirilmiş və həqiqətən iddiaçının sayğaca müdaxilə etməsi müəyyən olunmuşdur. Bundan başqa iddiaçı artıq cərimə hesablanmasını iddia etsə də, işdə olan xx.xx.2023-cü il tarixli satış sahələri üzrə tələblərdən görünür ki, X2 567,40 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu və onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla hesab edir ki, iddiaçı əlavə xətdən qoşulmaqla sayğacdan qanunsuz istifadə etmiş və nəticədə ona 567,31 manat cərimə hesablanmışdır. Bununla da, iddiaçıya cərimə hesablanmasına səbəb məhz iddiaçının təqsiri olmuşdur. Belə olan halda həmin cərimənin silinməsi əsaslı sayıla bilməz. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia rədd edilsin. İddiaçı cavabdeh "xxxx" ASC–yə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar