Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-924/2023 24.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, İddiaçı Nümayəndə Nürəddin oğlunun, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Nümayəndə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Nümayəndə Nürəddin oğlu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən İddiaçı protez qoyulması üçün tələb edilən maddi ziyana görə 89090 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2009-cu il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdə, saat 15:00 radələrində təhsil aldığı Şəmkir rayonu Dəllər-Cəyir kənd orta məktəbinin yaxınlığında sinif yoldaşları ilə gizlənqaç oynayarkən, həmin məktəbin yaxınlığında olan 110/10 kvt-luq Şampanzavod yarmıstansiyasından çıxan, 10 kvt-luq Dəllər-Cəyir hava xəttində yerləşən ******* inventar kodlu yüksək gərginlikli transformatorun içərisində gizlənmək məqsədilə transformatorun qapısını açaraq içəriyə daxil olan zaman sol qolunu yüksək gərginlikli elektirik cərəyanı vurması nəticəsində sol yuxarı ətrafın 4-cü dərəcəli yanığı və kürək nahiyəsinin elektrik yaraları xəsarətləri almışdır və onun sol qolu amputasiya edilmişdir. Bununla bağlı X20 Təchizatı və Satışı İdarəsinin Şəmkir Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyən X11 və X21 Təchizatı və Satışı İdarəsinin Şəmkir X10 sahəsi üzrə texniki xidmət ustası vəzifəsində işləyən X14 CM-nin 314.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və Şəmkir Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə ittiham hökmü çıxarılmışdı. Həmin hökmlə həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qaldırılan mülki iddia tələbi də qismən təmin edilmişdi. Mülki iddia ilə cavabdehdən həm maddi həm də mənəvi ziyana görə cəmi 78.756 manat pul tələb etmiş və məhkəmə iddianı qismən təmin edərək cavabdehdən 30.565 manat məğləğində maddi, 25000 manat məbləğində isə mənəvi zərərə görə pul tutmuşdu. Həmin iddia tələbində həmçinin cavabdehin üzərinə zərərçəkən şəxsə protez düzəldilməsi öhdəliyinin qoyulması, yəni maddi zərərin protezləşmə ilə əlaqədar gələcəkdə ödənilməsini xahiş etsələr də məhkəmə zərərçəkənin yaşını, yəni onun boyunun gələcəkdə artmasını nəzərə alıb iddianı bu hissəsini baxılmamış saxlamışdı. Hökmün həmin hissəsindən cavabdeh təşkilat şikayət versə də, onların şikayətləri təmin edilməmişdir. Hazırda uşağın 14 yaşı var və ona protez qoyulması zəruriyyəti yaranıb. İddia tələbinə əlavə etdiyi xəstəxana sənədlərindən görünür ki, hazırda həmin protezin qoyulması üçün tələb edilən məbləğ 89090 manat təşkil edir. Ona görə də iddianın tam təmin edilərək cavabdeh "xxxx" ASC-dən İddiaçı protez qoyulması üçün tələb edilən maddi ziyana görə 89090 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən protez tamamilə yararsız olur. Belə ki, həmin protez plastikdir, eyni zamanda görünüşündə də plastik olması bilinir və bu oğlunu məktəbdə və ətrafda cəmiyyətdə çox narahat edir. Hazırda tələb etidkləri protez isə öz qoluna bənzəyir və kənardan protez olması bilinmir. Eyni zamanda həmin protez elektrondur, hərəkət etdirmək olur. Belə ki, oğlu məktəbli olduğu üçün protez olmadan və ya Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən protezlə dərslə məşğul ola bilmir. Məktəbə gedən zaman, cəmiyyətə çıxan zaman, eyni zamanda günün çox hissəsini dərs oxuduğu üçün dərs oxuyan zaman, yəni bütün gün yalnız elektron protezlə hərəkət edir. Qeyd olunanlara əsasən iddianın tam edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək iddianın tam həcmdə təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək bildirdi ki, xx.xx.2009-cu il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdə, saat 15:00 radələrində təhsil aldığı Şəmkir rayonu Dəllər-Cəyir kənd orta məktəbinin yaxınlığında sinif yoldaşları ilə gizlənqaç oynayarkən, həmin məktəbin yaxınlığında olan 110/10 kvt-luq Şampanzavod yarmıstansiyasından çıxan, 10 kvt-luq Dəllər-Cəyir hava xəttində yerləşən ******* inventar kodlu yüksək gərginlikli transformatorun içərisində gizlənmək məqsədilə transformatorun qapısını açaraq içəriyə daxil olan zaman sol qolunu yüksək gərginlikli elektirik cərəyanı vurması nəticəsində sol yuxarı ətrafın 4-cü dərəcəli yanığı və kürək nahiyəsinin elektrik yaraları xəsarətləri almışdır və onun sol qolu amputasiya edilmişdir. Bununla bağlı X21 Təchizatı və Satışı İdarəsinin Şəmkir Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyən X7 və X21 Təchizatı və Satışı İdarəsinin Şəmkir X10 sahəsi üzrə texniki xidmət ustasi vəzifəsində işləyən X13 CM-nin 314.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və Şəmkir Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə ittiham hökmü çıxarılmışdı. Maddi və mənəvi ziyana görə 787560 manat iddia tələbi üzrə cavabdehdən 30565 manat məğləğində maddi, 25000 manat məbləğində isə mənəvi zərərə görə pul tutmuşdu. Həmin iddia tələbində həmçinin cavabdehin üzərinə zərərçəkən şəxsə protez düzəldilməsi öhdəliyinin qoyulması, yəni maddi zərərin protezləşmə ilə əlaqədar gələcəkdə ödənilməsini xahiş etsələr də məhkəmə iddianın bu hissəsini baxılmamış saxlamışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə əlillik dərəcəsi verilmışdir. Qüvvədə olan mövcud qanunvericiliyin tələbinə görə əlillik dərəcəsi verilmiş şəxslərin protezlə təmin edilməsi Dövlət Sosial Müdafiə Fondunun hesabına həyata keçirilir. Belə ki, protezin sifariş verilməsi, protezin dəyərinin ödənilməsi və ya başqa ölkələrdən sifariş verilməsi Dövlət Sosial Müdafiə fondunun hesabına həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Şəmkir Rayon Məhkəməsinin 1(076)-120/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli hökmündən görünür ki, "xxxx" ASC-nin əməkdaşları X11 və X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək X11 və X14 2 (iki) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər, barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş ziyana görə mülki cavabdeh "xxxx" ASC-dən 30.565 (otuz min beş yüz altmış beş) manat məbləğində maddi zərər, 25.000 (iyirmi beş min) manat məbləğində mənəvi zərər, cəmi 55.565 (əlli beş min beş yüz altmış beş) manat məbləğində pul alınıb mülki iddiaçı Nümayəndə verilməsi qərara alınmışdır. X16 tərəfindən verilmiş 410 nömrəli xx.xx.2022-ci il tarixli təklif sənədindən görünür ki, İddiaçı amputasiya səviyyəsi sol çiyin dezartikulyasiya səviyyəsində müəyyən olunmuş, ona Almaniya istehsalı olan 89090 manat (qeyd olunmuş qiymətə protez, protezin quraşdırılması, istifadə təliminin keçirilməsi və istifadə müddətində texniki xidmətin göstərilməsi daxildir) dəyərində Bebionic Hand 3 Bionik Transradial protez tətbiq olunması təyin olunmuş, uyğun görülmüş protez xəstə ilkin müayinə olunduqdan sonra xəstənin fərdi xüsusiyyətləri (güdülün quruluşu, amputasiya səviyyəsi, aktivlik dərəcəsi, fəsadlar, yanaşı xəstəliklər və.) nəzərə alınaraq təyin olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1120.1-ci maddəsinə əsasən on dörd yaşı tamam olmamış və qazancı (gəliri) olmayan yetkinlik yaşına çatmayana (azyaşlıya) xəsarət yetirildikdə və ya onun sağlamlığı başqa şəkildə pozulduqda zərərin vurulması üçün məsuliyyət daşıyan şəxs sağlamlığın pozulması ilə bağlı çəkilən xərclərin əvəzini ödəməlidir. Qeyd edilən normaların təhlilindən o nəticə hasil olur ki, hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir. Verilmiş iddia tələbi üzrə zərərin əvəzinin ödənilməsi tələbi deliktdən, yəni mülki hüquq pozuntusundan irəli gəlmişdir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür; 1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Yalnız bu üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər. İddiaçının oğlu İddiaçı sağamlığına vurulan zərərin əvəzinin ödənilməsini tələb etməsi üçün həmin şərtlər mövcuddur. Lakin İddiaçı bəhs olunan hadisə nəticəsində aldığı ağır xəsarətlərin müalicəsinə çəkdiyi xərcləri deyil, həmin hadisə səbəbindən yaranmış fəsadların aradan qaldırılması üçün həyata keçirilməli olan protezləşdirilməyə görə zəruri olan pulun (çəkiləcək xərclərin) cavabdehdən alınmasını tələb edir. Bu halda, qanunla müəyyən olunmuş sübutetmə qaydalarına əsasən, iddiaçı protezləşdirilmənin həyata keçirilməsinin zəruriliyi və bunun üçün tələb olunan vəsaitin məbləği barədə sübutları təqdim etməlidir. Çünki hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş mübahisəsiz halı ondan ibarətdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində İddiaçı sağlamlığına zərər vurulmuşdur. Maddi ziyanın cavabdeh tərəfindən 13 yaşa qədər olan hissəsi iddiaçıya ödənilmiş, lakin 13 yaşdan sonra yenidən protezləşdirmə üçün maddi ziyanın əvəzi ödənilməmişdir. İddiaçı onun oğlunun hadisə ilə bağlı aldığı xəsarətlər nəticəsində yaranmış fəsadların aradan qaldırılması üçün protezləşdirilmənin həyata keçirilməsinin zəruriliyi və bunun üçün çəkilən xərclərə dair sübutları təqdim etmişdir. Məhkəmə bu cür sübut kimi X16 tərəfindən verilmiş 410 nömrəli xx.xx.2022-ci il tarixli təklif sənədi ilə yanaşı, Şəmkir Rayon Məhkəməsinin 1(076)-120/2019 saylı, 18 oktyabr 2019-cu il tarixli hökmünü də sübut kimi əsas götürür. Həmin hökmdə qeyd olunur ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar ağır xəsarət aldığına görə müalicə olunması, dərman alınması ilə bağlı 5785 manat və amputasiya olunmuş sol qolunun protrezləşdirilməsinə görə isə ilkin olaraq 13 yaşa qədər 24780 manat, cəmi 30565 manat məbləğində maddi zərərə məruz qalmış, zərərçəkmişin sol qolunun əvəzinə ilk olaraq myoelektronik 2 kanallı əl protezi+mexaniki dirsək üstü protezin 13 yaşa qədər qoyulması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, hazırda İddiaçı (xx.xx.2009-cu il təvəlllüdlü) 13 yaşı tamam olmuş və İddiaçı böyümüş, nəticədə artıq ona qoyulmuş protez bədən ölçülərinə uyğun gəlmədiyindən yeni protezləşdirilmənin aparılması zərurəti yaranmışdır. Nəzərdə tutulmuş 13 yaşda olan protezləşdirilmənin qiyməti 89090 manat (qeyd olunmuş qiymətə protez, protezin quraşdırılması, istifadə təliminin keçirilməsi və istifadə müddətində texniki xidmətin göstərilməsi daxildir) təşkil edir. İşin cavabdehin tərəfindən mübahisələndirilən halı İddiaçı sağlamlığına vurulmuş zərərin əvəzinin cavabdeh təşkilat tərəfindən deyil, İddiaçı əlillik dərəcəsi təyin edildiyindən protezləşdirmənin Dövlət Sosial Müdafiə Fondunun hesabına həyata keçirilməli olmasıdır. Məhkəmə işin mübahisəli halı ilə bağlı qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1118.1-ci maddəsinə əsasən zərər vuran şəxs zərər çəkənin sağlamlığının pozulması ilə bağlı çəkilən əlavə xərclərin əvəzini ödəməyə borcludur. Lakin bunun üçün iki şərtin mövcud olması tələb edilir. Birinci şərt ondan ibarətdir ki, sağlamlığın pozulması ilə bağlı əlavə xərclərin çəkilməsi əsaslı olmalı, təsdiq edilməli və sübuta yetməlidir. Məhkəmə araşdırması zamanı zərərçəkənin göstərilən həmin əlavə xərclərin çəkilməsinə ehtiyacı olduğu təsdiq edilmişdir. İkinci şərt isə həmin yardım və qulluq növlərinin zərərçəkənin qeyd edilən protezi pulsuz alınması hüququnun olmamasının sübut edilməsindən və müəyyənləşdirilməsindən ibarətdir. Cavabdeh təşkilat İddiaçı protezləşdirmə xidmətindən pulsuz istifadə edə bilməsi üçün əsas kimi Ş. E. Hüseynova əlillik dərəcəsinin təyin edilməsini göstərmiş, lakin bununla bağlı hər hansı sübut təqdim etməmişdir. İddiaçı etirazı həmin hissəsi ilə bağlı qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə Fondu protezi versə belə həmin protez zərərçəkənin (məktəbli olduğu üçün) bu gün üçün gündəlik ehtiyaclarının ödənilməsinə xidmət edəcək tələblərə cavab vermir. Məhkəmə, iddia tələbinin hüquqi əsasını nəzərdən keçirərək hesab edir ki, iddiaçı maddi ziyanın əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, cavabdehin törətdiyi əmələ görə cəzasını çəkməsi və maddi ziyanın hadisə olan vaxta olan münasibətdə ödəhilməsi onu heç də cinayət əməli ilə bağlı gələcəkdə yaranacaq maddi ziyanın ödənilməsindən kənarda qoya bilməz. Cavabdeh təşkilat cinayət əməli nəticəsində vurduğu zərər üçün məsuliyyət daşıyır və zərəri də ödəməlidir. Çünki işin faktiki halları ilə sübut olunur ki, İddiaçı Elman oğlunun almış olduğu xəsarətlər nəticəsində hal-hazırki vəziyyətə görə yenidən protezləşdirilmə həyata keçirilməsi zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı protez qoyulması üçün 89090 (səksən doqquz min doxsan) manat məbləğində pul tutularaq iddiaçı Nümayəndə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: imza var. Əsli ilə düzdür. Hakim İş № 2(076)-924/2023 БИРИНCИ ИНСТАНСИЙА MЯЩKЯMЯСИНДЯ МЯЩКЯМЯ ИCЛАСЫНЫН ПРОТОKОЛУ Şəmkir район Mящkяmяси 24 may 2023-ci il Şəmkir rayonu Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, İddiaçı Nümayəndə Nürəddin oğlunun, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Nümayəndə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında ифчэдэк. Ьцрлцьц шсдфыэ ыффе 10:45-вə ифждфтвэ. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 178-ci maddəsinə əsasən məhkəmə iclasını açır və baxılası işi elan edir. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 179-cu maddəsinə əsasən iş üzrə tərəflərin gəlib-gəlməməsi barədə məruzə etmək üçün məhkəmə iclas katibinə söz verir. Mцhkцmц iclasэтэт kфешиi ьцкгяц увцкцл ишдвшкшк лш, İddiaçı qanuni nümayəndəsi Nümayəndə Nürəddin oğlu, onun nümayəndəsi və vəkili X6 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X12 məhkəmə iclasına gəlmişlər. Ыцвкдшл увцт Фяцкифнсфт Куызгидшлфыэтэт Ьъдлш Зкщыуыыгфд Ьцсцддцыштшт 182-сш ьфввцыштц цыфыцт ьцрлцьц ецклшиштш удфт увшк мц ьцрлцьц шсдфы лфешиштшт лшь щдвгхгтг ишдвшкшк. Ыцвкдшл увшк Məhəmmədi Həvayət Kəmaləddin qızı, ьцрлцьц шсдфыэтэт лфешиш Tanırverdiyev Elnur Mehti оьлуdur. Ыцвкдшл edən işdə iştirak edən şəxslərə Фяцкифнсфт Куызгидшлфыэтэт Ьъдлш Зкщыуыыгфд Ьцсцддцыштшт 19 мц 20-сш ьфввцдцкш шдц тцяцквц егегдьгж йфнвфвф ыцвкдшл увцт рфлшьц мц ьцрлцьц шсдфы лфешиштц уешкфя уеьцл ръйгйгтг шяфр увшк. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda ьцрлцьцтшт ецклшиштц мц ьцрлцьц шсдфы лфешиштц уешкфяэ щдьфвэхэтэ ишдвшкшкlər. Ыцвкдшл увцт işdə iştirak edən şəxslərə Фяцкифнсфт Куызгидшлфыэтэт Ьъдлi Зкщыуыыгфд Ьцсцддцыштшт 47-сш ьфввцыштвц тцяцквц егегдфт зкщыуыыгфд ръйгй мц мцяшацдцкштшn izahı barədə bildirişin çatdırılıb-çatdırılmadığını müəyyən edir. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda prosessual ръйгй мц мцяшацдцкштшт izahı barədə bildirişi aldıqlarını, prosessual hüquq və vəzifələrinin щтlarф фнвэт щдвгхгтг və yenidən hüquq və vəzifələrinin izah olunmasına ehtiyac olmadığını ишдвшкшкlər. Ыцвкдшл увцт Фяцкифнсфт Куызгидшлфыэтэт Ьъдлш Зкщыуыыгфд Ьцсцддцыштшт 184-съ ьфввцыштц цыфыцт işdə iştirak edən şəxslərə işin və mübahisənin vəziyyətini müzakirə edir və işdə iştirak edən şəxslərin iddia ərizəsinə etirazı və ya sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmadığını, yeni sübutun təqdim və ya tələb edilməsi barədə vəsatətin yalnız bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olduğu halda və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər həmin vəsatətin verilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırdığı halda təmin olunacağını bildirir. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda sübutlarını işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər verdiklərini, hazırda heç bir vəsatətlərinin olmadığını bildirirlər. Sədrlik edən Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsində nəzərdə tutulan əsasları işdə iştirak edən şəxslərə izah edərək, iddiadan imtina edilməsi, iddianın etiraf edilməsi və barışıq sazişinin bağlanması ilə bağlı təkliflərinin olub-olmamasını aydınlaşdırır. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda aralarında barışığın mümkün olmadığını bildirirlər və işə mahiyyəti üzrə baxılmasını xahiş edirlər. Бундан сонра сядрлик едян ишя мащиййяти цзря бахылмаьа башландыьыны bildirərək, iddianı və iddiaya etirazda göstərilmiş işin faktiki hallarını, işin mübahisəsiz hallarını və tərəflərin mübahisələndirdiyi halları, həmçinin tərəflərin təqdim etdiyi sübutları elan edir. İşin məruzəsindən sonra sədrlik edən əlavələrin və ya dəqiqləşdirilmələrin olub-olmamasını aydınlaşdırır. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda onlara aydın olduğunu və heç bir əlavələrinin olmadığını bildirirlər. Sədrlik edən məhkəmə tədqiqinin əvvəlcə iddiaçının dindirilməsi ilə başlanıb, sonra və onun nümayəndəsinin və cavabdehin nümayəndəsinin dindirilməsi və digər iş materiallarının tədqiq edilməsi ilə davam etdirilməsini təklif edir və bu barədə işdə iştirak edən şəxslərin fikirlərini soruşur. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda etirazları olmadığını bildirirlər. Məhkəmə yerində qısa müşavirə edərək Qərara alır: Məhkəmə tədqiqinin əvvəlcə iddiaçının onun nümayəndəsinin dindirilməsi ilə başlanıb, sonra onun nümayəndəsinin və cavabdehin nümayəndəsinin dindirilməsi və digər iş materiallarının tədqiq edilməsi ilə davam etdirilsin. Ыцвкдшл увцт шввшфюэ Nümayəndə Nürəddin oğluna шяфрфе мукьцнш ецлдша увшк. Шввшфюэ Nümayəndə Nürəddin oğlunun izahatı: Göstərir: xx.xx.2009-cu il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdə, saat 15:00 radələrində təhsil aldığı Şəmkir rayonu Dəllər-Cəyir kənd orta məktəbinin yaxınlığında sinif yoldaşları ilə gizlənqaç oynayarkən, həmin məktəbin yaxınlığında olan 110/10 kvt-luq Şampanzavod yarmıstansiyasından çıxan, 10 kvt-luq Dəllər-Cəyir hava xəttində yerləşən ******* inventar kodlu yüksək gərginlikli transformatorun içərisində gizlənmək məqsədilə transformatorun qapısını açaraq içəriyə daxil olan zaman sol qolunu yüksək gərginlikli elektirik cərəyanı vurması nəticəsində sol yuxarı ətrafın 4-cü dərəcəli yanığı və kürək nahiyəsinin elektrik yaraları xəsarətləri almışdır və onun sol qolu amputasiya edilmişdir. Bununla bağlı X20 Təchizatı və Satışı İdarəsinin Şəmkir Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyən X11 və X21 Təchizatı və Satışı İdarəsinin Şəmkir X10 sahəsi üzrə texniki xidmət ustası vəzifəsində işləyən X14 CM-nin 314.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və Şəmkir Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə ittiham hökmü çıxarılmışdı. Həmin hökmlə həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qaldırılan mülki iddia tələbi də qismən təmin edilmişdi. Mülki iddia ilə cavabdehdən həm maddi həm də mənəvi ziyana görə cəmi 78.756 manat pul tələb etmişik və məhkəmə iddianı qismən təmin edərək cavabdehdən 30.565 manat məbləğində maddi, 25000 manat məbləğində isə mənəvi zərərə görə pul tutmuşdu. Həmin iddia tələbində həmçinin cavabdehin üzərinə zərərçəkən şəxsə protez düzəldilməsi öhdəliyinin qoyulması, yəni maddi zərərin protezləşmə ilə əlaqədar gələcəkdə ödənilməsini xahiş etsək də məhkəmə zərərçəkənin yaşını, yəni onun boyunun gələcəkdə artmasını nəzərə alıb iddianı bu hissəsini baxılmamış saxlamışdı. Hökmün həmin hissəsindən cavabdeh təşkilat şikayət versə də, onların şikayətləri təmin edilməmişdir. Hazırda uşağın 14 yaşı var və ona protez qoyulması zəruriyyəti yaranıb. İddia tələbinə əlavə etdiyi xəstəxana sənədlərindən görünür ki, hazırda həmin protezin qoyulması üçün tələb edilən məbləğ 89090 manat təşkil edir. Ona görə də iddianın tam təmin edilərək cavabdeh "xxxx" ASCdən İddiaçı protez qoyulması üçün tələb edilən maddi ziyana görə 89090 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş edirəm və əlavə olaraq bildirirəm ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən protez tamamilə yararsız olur. Belə ki, həmin protez plastikdir, eyni zamanda görünüşündə də plastik olması bilinir və bu oğlumu məktəbdə və ətrafda cəmiyyətdə çox narahat edir. Hazırda tələb etidiyimiz protez isə öz qoluna bənzəyir və kənardan protez olması bilinmir. Eyni zamanda həmin protez elektrondur, hərəkət etdirmək olur. Belə ki, oğlum məktəbli olduğu üçün protez olmadan və ya Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən protezlə dərslə məşğul ola bilmir. Məktəbə gedən zaman, cəmiyyətə çıxan zaman, eyni zamanda günün çox hissəsini dərs oxuduğu üçün dərs oxuyan zaman, yəni bütün gün yalnız elektron protezlə hərəkət edir. Qeyd olunanlara əsasən iddianın tam edilməsini məhkəmədən xahiş edirəm. Sədrlik edən iddiaçıya suallar olub – olmamasını soruşur. İddiaçı Nümayəndə sual olamdı. Ыцвкдшл увцт шввшфюэ Nümayəndə Nürəddin oğlunun nümayəndəsi X3 шяфрфе мукьцнш ецлдша увшк. Шввшфюэ Nümayəndə Nürəddin oğlunun nümayəndəsi X2 izahatı: Göstərir: İddianın tam həcmdə təmin olunmasını xahiş edirəm. Sədrlik edən iddiaçının nümayəndəsinə suallar olub – olmamasını soruşur. İddiaçının nümayəndəsi Fuad İskəndərova sual olamdı. Ыцвкдшл увцт cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X8 шяфрфе мукьцнш ецлдша увшк. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X18 оьлуnun izahatı: Пбыецкшк: xx.xx.2009-cu il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdə, saat 15:00 radələrində təhsil aldığı Şəmkir rayonu Dəllər-Cəyir kənd orta məktəbinin yaxınlığında sinif yoldaşları ilə gizlənqaç oynayarkən, həmin məktəbin yaxınlığında olan 110/10 kvt-luq Şampanzavod yarmıstansiyasından çıxan, 10 kvt-luq Dəllər-Cəyir hava xəttində yerləşən ******* inventar kodlu yüksək gərginlikli transformatorun içərisində gizlənmək məqsədilə transformatorun qapısını açaraq içəriyə daxil olan zaman sol qolunu yüksək gərginlikli elektirik cərəyanı vurması nəticəsində sol yuxarı ətrafın 4-cü dərəcəli yanığı və kürək nahiyəsinin elektrik yaraları xəsarətləri almışdır və onun sol qolu amputasiya edilmişdir. Bununla bağlı X21 Təchizatı və Satışı İdarəsinin Şəmkir Elektrik Şəbəkəsinin baş mühəndisi vəzifəsində işləyən X7 və X21 Təchizatı və Satışı İdarəsinin Şəmkir X10 sahəsi üzrə texniki xidmət ustasi vəzifəsində işləyən X13 CM-nin 314.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və Şəmkir Rayon Məhkəməsi tərəfindən xx.xx.2019-cu il tarixdə ittiham hökmü çıxarılmışdı. Maddi və mənəvi ziyana görə 787560 manat iddia tələbi üzrə cavabdehdən 30565 manat məğləğində maddi, 25000 manat məbləğində isə mənəvi zərərə görə pul tutmuşdu. Həmin iddia tələbində həmçinin cavabdehin üzərinə zərərçəkən şəxsə protez düzəldilməsi öhdəliyinin qoyulması, yəni maddi zərərin protezləşmə ilə əlaqədar gələcəkdə ödənilməsini xahiş etsələr də məhkəmə iddianın bu hissəsini baxılmamış saxlamışdır. İddiaçı xx.xx.2019-cu il tarixdə əlillik dərəcəsi verilmışdir. Qüvvədə olan mövcud qanunvericiliyin tələbinə görə əlillik dərəcəsi verilmiş şəxslərin protezlə təmin edilməsi Dövlət Sosial Müdafiə Fondunun hesabına həyata keçirilir. Belə ki, protezin sifariş verilməsi, protezin dəyərinin ödənilməsi və ya başqa ölkələrdən sifariş verilməsi Dövlət Sosial Müdafiə fondunun hesabına həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirəm. Sədrlik edən cavadehin nümayəndəsinə suallar olub- olmadığını soruşur. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 olmadı. Bundan sonra sədrlik edən məhkəmə tədqiqinin daha nə ilə davam etdirilməsi barədə əlavə vəsatətləri olub-olmaması barədə proses iştirakçılarının fikrini soruşur. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda heç bir vəsatətləri olmadığını bildirirlər. Sədrlik edən məhkəmə tədqiqinin tamamlandığını və çıxışlara keçildiyini bildirir və bu barədə tərəflərin fikrini soruşur. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda heç bir vəsatətləri olmadığını bildirirlər. Ьцрлцьц нукштвц йэыф ьъжфмшкц увцкцл йцкфкф фдэк: Ьцрлцьц ецвйшйш ефьфьдфтыэт мц юэчэждфкф ифждфтыэт. Ыцвкдшл увцт юэчэж ъюът iddiaçı Nümayəndə Nürəddin oğluna ыбя мукшк. İddiaçı Nümayəndə Nürəddin oğlu: İddianın tam edilməsini məhkəmədən xahiş edirəm. Ыцвкдшл увцт юэчэж ъюът iddiaçının nümayəndəsi X4 ыбя мукшк. İddiaçı X9: İddianın tam həcmdə təmin olunmasını xahiş edirəm. Ыцвкдшл увцт юэчэж ъюът cavabdehin nümayəndəsi X18 оьлуna söz verir. Сavabdehin nümayəndəsi X12: İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edirəm. İşdə iştirak edən şəxslərdən куздшлф ръйгйгтвфт шыешафвц увши-уеьцьцlərштш ыщкгжгк. İşdə iştirak edən şəxslərin hər biri ayrı-ayrılıqda куздшлф ръйгйгтвфт шыешафвц уеьцл шыецьцвшklərштш ишдвшкшкlər. Ыцвкдшл увцт məhkəmə iclasının başa çatdığını bildirir və ьъжфмшкц щефхэтф пувшк. Sədrlik edən məhkəmə iclas zalına йфнэвфкфй йцетфьцтшn giriş və nəticə hissəsini удфт увшк. Ыцвкдшл увцт йцетфьцтшт nəticə hissəsinin məzmununu, щтвфт Пцтсц Фзудднфышнф Ьцрлцьцыштц фзудднфышнф жшлфнцеш мукьцл йфнвфыэтэ мц ьъввцештш, protokolla tanış olma qaydasını, müddətini və ona dair qeydlər vermək hüququnu шяфр увшк. Ыцвкдшл увцт ьцрлцьц шсдфыэтэ saat 15:30- da ифхдэ удфт увшк. Зкщещлщд 24 may 2023-сü шд ефкшчвц ецкеши увшдвш. Ыцвкдшл увцт Ьцрлцьц шсдфыэтэт лфешиш Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-924/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-924/2023
24.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver