Məhkəmə qərarları › İş №2(076)-932/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-932/2024

07.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-932/2024 07.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı “Vurulmuş zərərin ödənilməsi tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı, Cavabdeh qarşı “Vurulmuş zərərin ödənilməsi tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq cavabdehdən 7878 (yeddi min səkkiz yüz, yetmiş səkkiz manat) manat vurulmuş ziyanın və 99 (doxsan doqquz) manat ödənilmiş dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, onun mülkiyyətində “X4” markalı **-CG- *** dövlət qeydiyyat nişanlı avtomobil vardır. O, Şəmkir rayonunun ərazisində yerləşən “Səbət” bazarında işlədiyi üçün, xx.xx.2023-cü il tarixdə saat 16-00 radələrində bazarın qarşısında saxladığı “X4” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili, Cavabdeh, Bakı-Qazax avtomobil yolunda **-CF-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C-200” markalı minik avtomaşını idarə edərkən idarə etməni itirərək, göstərilən ona məxsus avtomaşına vuraraq 12,473 (on iki min dörd yüz yetmiş üç) manat zərər vurmuşdur. Gəncə Avtomotoservis Ticarət Müəsisəsinin xx.xx.2023-cü il tarixli qüsur aktı ilə “X4” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12,473 (on iki min dörd yüz yetmiş üç) manat zərər vurulmasını təsdiq etmişdir. Şəmkir RPŞ-nin, TB-nin təhqiqatçısı X1 xx.xx.2023cü il tarixli qərarı ilə, Cavabdeh, Bakı-Qazax avtomobil yolunda **-CF-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C-200” markalı minik yüngül avtomaşını idarə edərkən idarə etməni itirərək, “X3” Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsinin tələblərini pozaraq yol nəqliyyat hadisəsi törətdiyi üçün barəsində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tədbir görülmüşdür. Yəni cavabdeh bu xəta nəticəsində mənə məxsus “X4” markalı **- CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12,473 (on iki min dörd yüz yetmiş üç) manat zərər vurmuşdur. Bu zərərdən 4595.00 manat zərər "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ödənilmişdir. Cavabdeh 7878 (yeddi min səkkiz yüz yetmiş səkkiz) manat zərər ödəməkdən imtina edir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, tələbi əsaslıdır, hadisə üzrə ekspertizanın rəyi mövcuddur, cavabdehin təqsirli olması təhqiqat araşdırması zamanı da müəyyən edilmişdir, lakin cavabdeh zurduğu maddi zərərin əvəzini ödəmir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etməyərək izahatında göstərdi ki, məhkəmə qərardadına əsasən müvafiq ekspertiza təyin edilmiş və ekspert rəyi əldə olunmuşdur. Həmin rəyə əsasən iddiaçıya məxsus məxsus avtomaşına vurulmuş ziyanın məbləği 10700 manat müəyən edilmişdir. Eləcə də, baş vermiş yol–nəqliyyat hadisəsindən sonra "xxxx" Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya 4595 manat sığorta ödənişi olmuşdur. Hesab edir ki, iddiaçıya dəymiş ziyan sığorta şirkəti tərəfindən ödənilmişdir. Onun ödəniş etmək üçün maddi imkanı yoxdur, baş vermiş hadisə nəticəsində özü də xeyli zərər çəkmişdir. Odur ki iddianın təmin edilməməsi haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Bakı-Qazax avtomobil yolunda **-CF-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C-200” markalı minik avtomaşını idarə edərkən, yol hərəkəti qaydalarını pozaraq inzibati xəta hadisəsi törətmiş və Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Şəmkir RPŞ-nin DYPB-nə göndərilmişdir. Həmçinin, Cavabdeh inzibati xəta hadisəsi törətdiyi zaman idarə etdiyi **-CF-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C-200” markalı avtomobil, İddiaçı məxsus “X4” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. İşdə olan Gəncə Avtomotoservis Ticarət Müəsisəsinin xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “X4” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 12,473 (on iki min dörd yüz yetmiş üç) manat zərər vurulmuşdur. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi İddiaçıdur. İşdə olan 16 iyul 2024-cü il tarixli, 9/3161-8/1228 saylı ekspert rəyindən görünür ki, Gəncə Avtomotoservis Ticarət Müəsisəsi tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2007-ci il buraxılışlı “X4” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 10700 manat müəyyən edilir. İşdə olan 127621 saylı sığorta aktının surətindən görünür ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən İddiaçı 4595 manat sığorta ödənişi edilmişdir. Beləliklə, məhkəmə müəyyən iclasında müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində Bakı-Qazax avtomobil yolunda **- CF-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C-200” markalı minik avtomaşını idarə edərkən, yol hərəkəti qaydalarını pozaraq inzibati xəta hadisəsi hadisəsi törətmişdir. Hadisə zamanı, Cavabdeh idarə etdiyi **-CF-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz C-200” markalı avtomobil, İddiaçı məxsus “X4” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Şəmkir RPŞ-nin DYPB-nə göndərilmişdir. Qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət və ya protest verilmədiyi üçün qanuni qüvvəsini almışdır. Ona görə də hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir və məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmçinin müəyyən edilmişdir ki, cavabdehin təqsiri üzündən baş vermiş həmin avtoqəza nəticəsində iddiaçının avtomaşınına dəymiş maddi zərərin məbləği 10700 manat müəyyən edilmişdir. Eləcə də, iş materialları ilə müəyyən edilmişdir ki, baş vermiş hadisədən sonra "xxxx" Sığorta Şirkəti ASC tərəfindən İddiaçı 4595 manat sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası MM–nin 21.1–ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2–ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1–ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh yol–nəqliyyat hadisəsi nəticəsində iddiaçıya maddi zərər vurduğuna görə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmuşdur. Eləcə də, iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Bununla belə məhkəmə işin araşdırılmış hallarına əsaslanaraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, müvafiq ekspert rəyi ilə iddiaçıya məxsus avtomaşına 10700 manat maddi ziyan dəyməsi müəyyən edilsə də, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən İddiaçı 4595 manat sığorta ödənişi ödənilmişdir. Belə olan halda iddiaçıya məxsus avtomaşına dəymiş ziyanın məbləğindən sığorta ödənişi çıxılmalı, qalan məbləğ (10700–4595=6105) cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən avtomaşına dəymiş maddi zərərə görə 6105 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə xərclərinin tutulması ilə bağlı məsələnin həlli zamanı məhkəmə hesab edir ki, təyin edilmiş məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 manat məhkəmə xərci cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 117.1–ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216– 220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “X4” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş maddi zərərə görə 6105 (altı min yüz beş) manat məbləğində pul alınıb İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin. Cavabdeh 99 (doxsan doqquz) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh məhkəmə–əmtəəşünaslıq ekspertizası zamanı aparılmış tədqiqatın dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar