Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-940/2025 11.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 10000 (on min) manat məbləğində pulun və ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Gəncə şəhəri, Nizami küçəsində yerləşən "Still Kids" adlanan mağazada qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olur. Cavabdeh bir neçə dəfə ondan qızıl-zinət əşyaları aldığına görə tanımışdır. Cavabdehlə bir müştəri kimi səmimi münasibəti yaranmışdır. xx.xx.2024-cü il tarixdə Cavabdeh mağazaya gələrək ondan satıb üzərində pul qazanmaq üçün 10300 (on min üç yüz) manat dəyərində bir neçə günlük qızıl-zinət əşyalarını götürüb aparmışdır. Minayə Cəlilova ondan götürdüyü qızıl-zinət əşyalarını satdıqdan sonra həmin məbləğdən cəmi 300 manat qaytarmışdır. Yerdə qalan 10000 manat pulu isə mənimsəmişdir. Dəfələrlə Minayədən qızılların dəyəri olan 10000 manat pulu tələb etsə də müxtəlif bəhanələr edərək qaytarmaqdan yayınmışdır. Artıq bir neçə aydır ki, cavabdeh ondan satmaq adı ilə götürdüyü qızıl-zinət əşyalarını və ya dəyərini qaytarmaqdan yayınır. Qeyd edilənlərə əsasən Cavabdeh 10000 (on min) manat məbləğində pulun və ödənilmiş 120 (bir yüz iyirmi) manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iclas iddia ərizəsinə uyğun izahat bildirdi ki, o mağazaımda olan satıcı onun xəbəri və icazəsi olaraq qızları Minayə nisyə satmışdır. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı iddianı qəbul etmir, belə ki, cavabdeh İddiaçı qızıl zinət əşyaları alaraq başqa şəxslərə satmaqla məşğul olur. İddiaçı sonuncu dəfə may ayında qızıl-zinət əşyası aldıqdan sonra həmin qızıl-zinət əşyasının da pulunu qaytarmışdır. Belə ki, həmin qızılzinət əşyasının pulunu ödəməsi barədə qəbzləri də var. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147 və 185.5-ci maddəsinə əsasən məhkəmə onların məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edərək, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialdan ona qəbzlərdən görünün ki, M**** A**** S**** OĞLU adına, 416973*********4283 nömrəli kartına aprel-iyun aylarında pul göndərilmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bir ədəd diskdə olan səs yazısı məhkəmə iclasında tədqiq edilmişdir. Səs yazısında İddiaçı ilə Cavabdeh arasında iyul ayında olan danışıq zamanı Cavabdeh götürdüyü qızıldan 10 000 manat borcu qalmasını və borcu tez bir zamanda qaytaracağını bildirmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh və İddiaçı qızıl-zinət əşyaslarının alqı-satqısı ilə məşğul olurlar. 2024-cü ilin may ayında Cavabdeh İddiaçı 10300 manat dəyərində qızıl-zinət əşyasını nisyə almış, həmin borcundan 300 manat İddiaçı ödəmiş, borcunun qalan hissəsini ödəməmişdir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, Cavabdeht iyun ayına qədər İddiaçı müxtəlif vaxtlarda ödənişlər etmişdir. 2024-cü ilin iyul ayında tərəflərin arasında olan danışıq zamanı M. Cəlalova İddiaçı 10 000 manat borcu olmasını bildirmişdir. Göründüyü kimi səs yazısında cavabdeh 2024-cü ilin iyul ayında iddiaçıya 10 000 manat borcu olmasını bildirmiş, 2024-cü ilin iyul ayından sonrakı vaxtlarda borcundan hər hansı ödəniş etməsi barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, 10 000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında şifahi formada bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə 10300 manat dəyərində qızıl-zinət əşyasını nisyə qaydada satmışdır. Aralarında yaranmış münasibətə əsasən iddiaçıdan aldığı qızıl-zinət əşyasının pulunu cavabdeh 300 manatını ödəmiş, lakin yerdə qalan pulu ödəməmişdir. Məhkəmə baxışı zamanı isə cavabdeh iddiaçıdan aldığı qızıl-zinət əşyalarının pulunu və ya onun bir hissəsinin qaytarılmasına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, verilmiş iddia təmin edilməli, 10000 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 120 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 10000 (on min) manat məbləğində pul və dövlət rüsumunun əvəzi qismində 120 (bir yüz iyirmi) manat tutularaq İddiaçı ödənilsin. Qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-940/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-940/2025
11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver