Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-97/2023 22.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Namazova Türkan Qulu qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlak tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus hər biri 250 manat dəyərində 10 baş ana qoyunun, hər biri 250 manat dəyərində şişək qoyunun, hər biri 200 manat dəyərində 07 baş quzunun cəmi dəyəri olan 6400 manat pulun və məhkəməyə ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh tanıyır. Belə ki, həm onunla həmkəndli, həm də kirvə qohumluqları vardır. O, heyvan saxlamaqla məşğul olur və çoban işləyir. 2019-cu ilin mart ayında kənddə onunla görüşmüş və ona qohum olduqlarını, təmənnasız 15-20 heyvan alıb onun heyvanın qatmasını və çoxaltmalarını demişdir. O da Şahbaza etibar edib, oğlu Aqillə Gəncə şəhərində yerləşən heyvan bazarına getmiş, hər biri 250 manat dəyərində 11 baş 2-3 doğar ana qoyun yanında 10 baş kəsiləsi quzu alıb gətirmişlər və Şahbazın həyətində ona vermişlər. Şahbaz ona qohumluq xətrinə heyvanları saxlamasına heç nə almayacağını, lakin arada onu işi olanda avtomobili ilə aparıb gətirməsini demişdir. Arada elə vaxt olmuşdur ki, Şahbaza ildə bir dəfə 100-200 kq taxıl vermiş, siqaret almış və işi olanda avtomobili ilə aparmışdır. 2021-ci ildə heyvanların yanına gedib 3 ədəd quzu gətirmişdir. Həmin vaxt Şahbaz ona 30 baş heyvanının qaldığını, onlardan 10 baş ana qoyun, 10 baş şişək və 10 baş quzu olduğunu, onların sayını 50 baş heyvana çatdıracağını, sonra hamısını aparmasını demişdir. 2022-ci ilin may ayında öz heyvanlarından quzu istəmişdir. Şahbaz ona heyvan oldmadığını demiş və onu həyətindən qovmuşdur. Hazırda cavabdeh onun heyvanlarını verməkdən imtina edir. O da 30 oktyabr 2022-ci il tarixdə Şəmkir rayon Polis Şöbəsinə Cavabdeh ona məxsus cəmi 6440 manat dəyərində olan heyvanlarının alınıb ona verilməsi üçün ərizə ilə müraciət etmişdir. Ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, Cavabdeh ona məxsus hər biri 250 manat dəyərində 10 baş ana qoyunun, hər biri 250 manat dəyərində şişək qoyunun, hər biri 200 manat dəyərində 07 baş quzunun cəmi dəyəri olan 6400 manat pulun və məhkəməyə ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh 20 baş ana qoyunun, 27 baş quzunun və ya onların dəyəri olan 8400 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və iddianın həcminin artırılmasını onunla əsaslandırmışdır ki, həmin heyvanlar bala vermiş və belə olan halda həmçinin əldə çıxmış fayda hesab edilərək göstərdiyi məbləğ cavabdehdən alınıb ona verilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirdi ki, düz 4 ildir ki, heyvanlar Şahbazdadır. 4 ildə nə qədər bala vermişlər, nə qədər artım olmuşdur. İlk dəfə 11 baş qoyun, 10 quzu vermişdir, hər il onlar balalamışdır, onlardan da yalnız hər dəfə 1-i olmaqla cəmi 3 quzunu gətirmişdir. Hazırda bu hesabla cavabdehdə 20 baş qoyun, 27 baş quzusu var. Hazırda ya heyvanlarını versin, ya da bazar dəyəri olmasa da ondan bir az aşağı da olsa dəyərini tələb edir. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, izahatında göstərdi ki, çobandır, başqa-başqa şəxslərin heyvanlarını otarmaqla, saxlamaqla məğuldur. İddiaçı Mustafabəy ona qoyunları verərək, 5-10 günə aparcağını bildirmişdir. Həmin qoyunlar yaşlı qoyunlar olmuşdur. İddiaçı ona verdiyi qoyunların üçünü özü gəlib aparmışdır, qalanları isə ölmüşdür. İddiaçı ona saxlamağa qoyun vermiş olsa da, hazırda iddiaçının onda qoyunu yoxdur. Məhkəmə tərəflərin izahatını dinləyərək, şahid ifadəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 verdiyi ifadəsində göstərmişdir ki, İddiaçı atası, Cavabdeh isə qohumudur. Cavabdeh heyvan saxlamaqla məşğul olur və çoban işləyir. 2019-cu ildə cavabdehin istəyi ilə atası Mustafabəylə birlikdə Gəncə şəhərində yerləşən heyvan bazarından hər biri 250 manat dəyərində 11 baş ana qoyun və 10 baş quzu alıb saxlaması üçün Şahbaza vermişlər. Qoyunları saxlaması üçün atası Şahbaza ildə bir dəfə 100-200 kq taxıl vermiş, siqaret almış və işi olanda avtomobili ilə aparmışdır. 2021-ci ildə atası Mustafabəy Cavabdeh olan heyvanlarından 3 baş quzu gətirmişdir. 2022-ci ildə atası Mustafabəy yenidən Şahbazda olan heyvanlarında istəmiş lakin o, heyvanarı qaytarmaqdan imtina etmişdir. Hazırda atasına məxsus Şahbazda olan qoyunlar balalamışdır. Atası Mustafabəyin cavabdehdə 20 baş ana qoyunu və 27 baş quzusu vardır. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X2 verdiyi ifadəsində göstərmişdir ki, o, cavabdehin arvadıdır. İddiaçı onun əri (cavavdeh ilə) ilə dost idilər. Əri çobançılqıla məşğuldur. Başqalarının qoyun- quzularını saxlayıb dolanırlar. Mustafabəy də 10 qoyun gətirdi baxmaga. 3-ünü apardılar. 1-i öldü. Qalanlarını da gəlib apardılar. İş materiallarında olan Şəmkir rayon Polis Şöbəsi tərəfindən İddiaçı verilmiş cavab məktubundan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə polis şöbəsinə etdiyi müraciəti araşdırılmış, qaldırılan məsələnin həlli daxili işlər orqanlarının səlahiyyətinə aid olmadığı üçün aiddiyyatı üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olduğu bildirilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, Şəmkir rayon bazarında hazırda bir baş qoyunun qiyməti 250 manat, bir baş quzunun qiyməti isə 150 manat təşkil edir. Bundan başqa 1 kq qoyun ətinin qiyməti 14 manat, quzu ətinin qiyməti isə 16 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla (şahid ifadələri ilə) müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında olan şifahi razılaşmaya əsasən iddiaçı 2019-cu ildə ona məxsus 11 baş ana qoyunu və 10 baş quzunu saxlayıb çoxaltması üçün Cavabdeh vermiş, 2021-ci ildə cavabdehdə olan heyvanlarından 3 baş quzunu cavabdeh ona qaytarmışdır. Sonradan 4 il ərzində qoyun və quzuların sayında artım olmuş və hazırda iddiaçıya məxsus 20 baş qoyun və 27 baş quzu Cavabdehdır. Cavabdeh iddiaçıya məxsus 20 baş qoyunu və 27 baş quzunu qaytarmaqdan imtina edir. Odur ki, iddiaçı cavabdehdən onda olan heyvanlarını və ya onların dəyərini tələb etməkdə haqlıdır. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, həyatın normal gedişində baş verən hadisə kimi iddiaçı onun mülkiyyətində olan heyvanlarını otarmaq və çoxaltmaq üçün cavabdehə vermiş və bu günkü gündə mülkiyyətini geri tələb etmiş, cavabdeh isə iddiaçıya məxsus əmlakı ona qaytarmaqdan imtina etmiş, bu zaman iddiaçı əvvəlcə bu barədə polisə müraciət etmiş (ərizə iş materiallarında var), sonra isə rüsum ödəyərək məhkəməyə müraciət etmişdir. Yəni məhkəmə hesab edir ki, iddiaçı pozulmuş hüququnun bərpası üçün vindikasiya iddiası ilə məhkəməyə müraciət edir. Bu isə onu deməyə əsas verir ki, əgər həqiqətən belə bir hal olmasaydı iddiaçı əmək sərf edərək polisə və məhkəməyə müraciət etməzdi. Həmçinin həmin heyvanların 3 il ərizndə bala verməsi də isitisna edilmir və bu əldən çıxmış fayda hesab edilir. Cavabdeh isə etirazının əsası kimi istinad etdiyi heyvanların ölməsi və qaytarması halını sübut edə bilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 20 baş qoyun və 27 baş quzu və ya onların dəyəri olan 8400 manat pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 85 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 20 baş qoyun və 27 baş quzu və ya onların dəyəri olan 8400 manat pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 85 (səksən beş) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №2(076)-97/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-97/2023
22.05.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver