Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-974/2024 14.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh ona olan 19972 (on doqquz min doqquz yüz yetmiş iki) manat borcun, eləcə də ödədiyi 150 (yüz əlli) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə uzun illərdir ki, bir birini tanıyırlar. Belə ki, cavabdeh ondan nisyə xırda və iribuynuzlu heyvan alıb aparıb sonra pulunu verirdi. Sonuncu dəfə 2023-cü ilin iyul ayında ondan 26.700 (iyirmi altı min yeddi yüz) manat dəyərində xırdabuynuzlu heyvan alıb 1 ay yarım sonra xx.xx.2023-cü il tarixdə pulunu verəcəyini bildirmiş, lakin hal-hazıradək cavabdeh ona olan borcundan yalnız 6728 (altı min yeddi yüz iyirmi səkkiz) manat qaytarıb. Şəmkir rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh ona olan 19972 (on doqquz min doqquz yüz yetmiş iki) manat borcun, eləcə də ödədiyi 150 (yüz əlli) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ərizə verərək bildirdi ki, İddiaçı ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. Həmin iddianı qəbul edir. Bildirir ki, iddiaçıdan xırda və böyük buynuzlu heyvanları almış, lakin sonra aldığı borcun bir hissəsini qaytarsa da, halhazırda onun İddiaçı 19.972 manat borcu vardır. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasına heç bir etirazı yoxdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Bələ ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, ilkin yoxlama zamanı İddiaçı izahatında göstərmişdir ki, heç bir yerdə rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olur. Barəsində şikayət etdiyi Cavabdeh onun həmkəndlisidir və aralarında normal münasibətlər olmuşdur. O, həmkəndlisi X1 ilə birlikdə Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən fermada xırda buynuzlu heyvan saxlamışdır. 2023-cü ilin iyul ayında həmkəndlisi Cavabdeh onunla kənd ərazisində görüşüb ona heyvan satmasını və pulunu daha sonra verəcəyini bildirmişdir. O, Cavabdehla razılaşmış və şəriki Ələmdar Namazovla əlaqə saxlayaraq ona bu barədə məlumat vermişdir. Daha sonra isə Şəmkir rayonu, Seyfəli kəndi ərazisində 41 baş xırda buynuzlu heyvanı Talehə vermiş və bundan bir həftə sonra Talehin onunla kənd ərazisində görüşərək ondan aldığı heyvanların pulunu qaytarmışdır. Bundan bir neçə gün sonra Taleh onunla görüşərək yenə ondan xırda buynuzlu heyvanlar almış və həmin heyvanların pulunun bir qismini, yəni 2000 manatını vermişdir. Sonucu dəfə isə 2023-cü ilin avqust ayında bir daha Taleh onunla kənd ərazisində görüşərək ondan 30 baş xırda buynuzlu heyvanı nisyə olaraq almış və xx.xx.2023-cü il tarixdə ona pulunu qaytaracağını bildirmişdir. Lakin, Taleh ona olan borcunu qaytarmamış və belə olan halda onlar aidiyyəti üzrə şikayət etmişlər. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli cinayət işi başlanması və ibtidai istintaq aparılmasının tapşırılması haqqında qərardan görünür ki, Cavabdeh aldatma yolu ilə İddiaçı 26700 manat məbləğində xırdabuynuzlu heyvanını ələ keçirərək külli miqdarda ziyan vurmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından nisyə alqı-satqı müqaviləsi üzrə malın verildiyini iddiaçı, malın pulunun qaytarıldığını və qaytarılan pulun məbləğini isə cavabdeh sübut etməlidir. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları ilə müəyyən olunur ki, iddiaçı cavabdehə xırdabuynuzlu heyvanları xx.xx.2023-cü il tarixinədək ödəmək şərtilər ilə 26700 manata satmış, cavabdeh borcun bir qismini, yəni 6728 manat ödəmiş, lakin qalan hissəsi ödənilməmiş qalmışdır. Cavabdeh nisyə almış olduğu xırdabuynuzlu heyvanlarının pulundan ödənişlər etmiş və onun 19972 manat borcu qalmışdır. Cavabdeh məhkəmə iclasında da iddia tələbində göstərilən məbləğdə iddiaçıya borcunun olduğunu qəbul etmişdir. İddiaçı pulun qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci iddiaçı tərəfindən ödənilmiş 150 manat dövlət rüsumundan ibarətdir. İddia tam təmin olunduğundan Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 19972 (on doqquz min doqquz yüz yetmiş iki) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150 (bir yüz əlli) manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №2(076)-974/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-974/2024
14.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver