Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(076)-992/2023 16.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X5 iclas katibliyi, iddiaçılar İddiaçı və X1, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı və X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçılar İddiaçı və X6 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5.861 (beş min səkkiz yüz altmış bir) manat pulun və ödənilmiş 78 manat dövlət rüsumunun alınıb onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, onun adına "Ford" markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil var. Həmin avtomobili etibarnamə əsasında idarə edir. O 06 iyul 2022-ci il tarixdə “Ford” markalı **-CZ-*** nömrəli avtomaşınla Şəmkir şəhər poçtunun yerləşdiyi küçə ilə hərəkətdə olarkən sol tərəfdən, ikinci dərəcəli yoldan qarşına qəfil "QAZ 24" markalı **-BG-*** nömrəli avtomaşın çıxaraq və onun idarə etdiyi "Ford" markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşdu və maşına ciddi şəkildə zərər dəymişdir. Həmin vaxt onun avtomaşınında olan tikinti materialları dağılıb töküldü, özü isə yüngül bədən xəsarəti almışdı. O xəsarət almağı ilə bağlı Cavabdeh hər hansı şikayət və tələbi olmamışdır. Bununla belə avtomaşınında olan tikinti materiallarına maddi ziyan dəymiş və həmin ziyan ödənilməmişdir. Hazırda tələbi ona dəymiş ziyanın ödənilməsindən ibarətdir və ziyanla bağlı şikayətçidir. Bundan sonra Şəmkir RPŞ-nin TB-də avtomobil qəzası ilə bağlı araşdırma aparılmış və məlum olmuşdur ki, hadisə Cavabdeh təqsiri üzündən baş vermişdir. Həmçin araşdırma zamanı Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(076)- 973/2022 saylı qərarı ilə 200 manat məbləğində cərimə edilməsi haqqında tənbeh tədbiq edilməsi barədə qərar qəbul edilmişdir. Hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən hadisə nəticəsində onun avtomaşınına və avtomaşınında olan tikinti materiallarına dəymiş zərər hadisəyə səbəb olan cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, hadisə nəticəsində ona məxsus "Ford" markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınına ümumilikdə 3635 manat və avtomaşınında olan tikinti materiallarına isə 2226.30 manat məbləğində ziyan dəymişdir. Ona dəyən bu zərər xx.xx.2022-ci il də tərtib edilmiş aktla və qəbzlə təsdiq edilir. Cavabdeh oğlu hal-hazırda yuxarda qeyd olunan ünvanda yaşayır. Ondan ona məxsus "Ford" markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınına və avtomaşınında olan tikinti materiallarına dəymiş zərəri könüllü ödəməsini tələb etsə də, o pulu könüllü ödəməkdən boyun qaçırır. Ona görə də o məcbur olub məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsidə dair qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirir ki, Hadisə yay aylarında olmuş o malları Yusif inşaatdan almış və öz maşınına yükləmiş və Şəmkir rayonu, Sabirkənt kəndində yerləşən digər mağazaya aparmalı və ordadan da müştəriyə verməli idi. Maşındakı mallar ona ait olmuş, maşın isə digər iddiaçı olan atası X4 məxsus olmuşdur. Lakin qəza olduğundan o, malları Sabirkəndə apara bilməmişdir. Qəza olduqdan sonra maşında olan boya qutuları, lak və dolğu qutuları zərbənin təsirindən partlamış və maşında olan tikinti mallarının üzərinə sıçrmamış və bu səbədən də Fordda olan bütün mallar yararsız vəziyyətə düşmüşdü, həmçinin avtomobildə olan boya qutuları asvalta tökülmüşdür. Mallar yarasız olduğundan və artıq müştəriyə təqdim edə bilmədikləri üçün avtomobildə olan bütün tikinti materiallarını tullamışlar. Həmin vaxt Cavabdeh onları aldatmışdır ki, maşının sığortası var və maşına dəymiş zərəri sığorta qarşılayacaq. Lakin cavabdehin maşınının hadisə zamanı sığortası olmadığından, sığortasını hadisədən sonra etdirdiyindən maşının təmirinə sığorta tərəfindən heç bir ödəniş edilməmişdir. Bu səbəbdən də maşının təmirini öz məvacibləri hesabına etdirmişlər. Həmçinin hadisədən sonra və hətda məhkəmə prosesləri zamanı cavabdehə razılıq əldə etməsi üçün vaxt verilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir tədbir görülmədi və onlara heç bir ödəniş edilməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçı X6 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, “Ford” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adına olsa da, 06 iyul 2022-ci il tarixdə oğlu Salah etibarnamə əsasında idarə etmişdir. Avtomobil hazırda onun istifadəsindədir. Hadisə zamanı o hadisə yerində olmamış, avtomobil oğlunun sahibliyində olmuşdur. Avtomobil qəzası nəticəsində "Ford" markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınına 3635 manatdan artıq ziyan dəymişdir, lakin bəzi əlavə xərcləri onlar hesablamamışlar. Həmin vaxt Cavabdeh onları aldatmışdır ki, maşının sığortası var və maşına dəymiş zərəri sığorta qarşılayacaq. Lakin onun maşınının hadisə zamanı sığortası olmadığından, sığortasını hadisədən sonra etdirdiyindən maşının təmirinə sığorta tərəfindən heç bir ödəniş edilməmişdir. Bu səbəbdən də maşının təmirini öz məvacibləri hesabına etdirmişlər. Həmçinin hadisədən sonra və hətda məhkəmə prosesləri zamanı cavabdehə razılıq əldə etməsi üçün vaxt verilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir tədbir görülmədi və onlara heç bir ödəniş edilməmişdir. Qeyd etdiklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, o 06 iyul 2022-ci il tarixdə idarə etdiyi avtomobillə köhnə yola çıxmaq istiyərkən iddiaçı “Ford” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yüksək sürətlə gəlmiş və tormoz belə verməmişdir. Lakin həmin avtoqəza nəticəsində onunda avtomobilinə ziyan dəymiş, həmçinin o təqsirli bilinmiş və Şəmkir Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada cərimə edilmişdir. Qəza olarkən 5-6 boya qutusunun yerə töküldüyünü görmüşdür. Boya bankalarının yerə düşməsini və dağılmasını, “Ford” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsini görmüşdür. Onun dizi ağrıdığı üçün o hadisə yerində çox qala bilməmiş və çıxıb getmişdir. Həmçinin həmin vaxt onun avtomobilinin sığortası olmamış, o sığortanı sonradan etdirmişdir. O, daim vaxtı-vaxtında avtomobilini sığorta etdirmiş, lakin həmin vaxt unutduğu üçün avtomobilin sığortası olmamışıdır. Əlavə olaraq bildirdi ki, şahidlər hadisəni düzgün danışmışlar, onun şahidlərin ifadəsinə etirazı yoxdur. O qəzalı öz avtomobilini aparıb 500 manata dəmir ölüxanasına satmış və həmin vaxtdan səhətində problemləri olduğundan həmin məbləğin 300 manatını öz səhətinə xərcləmişdir. Hazırda imkanı olmadığından o borcunu ödəyə bilmir, borcunun pensiyadan hissə-hissə tutulmasını istəyir. Qeyd etdiklərinin nəzərə alınaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, o Şəmkir şəhərində yerləşən “Yusif inşaat” mağazasında müdir işləyir. Onlar 2013-cü ildən fəaliyyət göstərirlər. Saleh onun qayınıdır. Onlar Salehin idarə etdiyi “Ford” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə günü 06 iyul 2022-ci il tarixdə nahardan əvvəl təxminən 2200 manatlıq tikinti materialları yüklənmiş və həmin tarixli qaymədə əşyaların adları və qiyməti dəqiq göstərilmiş, həmin malları Saleh idarə etdiyi Ford markalı avtomobillə onlara məxsus Şəmkir rayonu Sabirkənd kəndində yerləşən digər mağazaya aparmalı və oradan da müştəriyə verməli imiş. Həmçinin həmin vaxt onun evində usta işlədiyindən o, Salehə bir paket vermiş ki, gedəndə paketi onların evinə verməsini bildirmişdir. Saleh getdikdən bir müddət sonra ona zəng vurmuş, qəzaya düşdüyünü bildirmişdir. O hadisə yerinə getmiş və görmüşdür ki, zərbənin təsirindən laminat lak, boya qutuları və dolğuya girdiyindən boya, lak və dolğu bütün malların üzərinə və avtomobilə dağılmışdır. Fordun yan qapısı açılanda boya, lak və dolğu bir –birinə qarışmış və qapıdan süzülüb tökülmüşdür. Belə ki, lak və kraska partlamış laminatı pis günə qoymuşdur. Həmin vaxt onlar boya qutularını yerə tökmüşlər. 25 kq-lıq böyük boya qutuları olmuşdur. Ləvəzaimatların hamısı yararsız vəziyyətdə düşdüyündən, onları müştəriyə göndərə bilməmişlər və hamısını atmışlar. Həmin vaxt onlar Nizamini və uşaqlarını da çağırmışlar. Həmin vaxt Cavabdeh onları aldatmışdır ki, maşının sığortası var və maşına dəymiş zərəri sığorta qarşılayacaq, lakin onun maşınının hadisə zamanı sığortası olmadığından, sığortasını hadisədən sonra etdirdiyindən vurulmuş zərər görə sığorta tərəfindən heç bir ödəniş edilməmişdir. Bu səbəbdən də avtomobilin təmirini və tikinti materiallarının xərcini iddiaçılar öz məvacibləri hesabına etdirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, o, iddiaçıları və cavabdeh Nizamini tanıyır. O özü “Yusif inşaatın” sahibidir. Saleh onların Sabirkənd də olan mağazanı işlədir və qardaşının qaynıdır. Onlar 2013-cü ildən fəaliyyət göstərirlər. Onlar Salehin idarə etdiyi “Ford” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə günü 06 iyul 2022-ci il tarixdə nahardan əvvəl təxminən 2200 manatlıq tikinti materialları yüklənmiş və həmin tarixli qaymədə əşyaların adları və qiyməti dəqiq göstərilmiş, həmin malları Saleh idarə etdiyi Ford markalı avtomobillə onlara məxsus Şəmkir rayonu Sabirkənd kəndində yerləşən digər mağazaya aparmalı və oradan da müştəriyə verməli imiş. Saleh mağazaya gəlmiş tikinti materialları vatomobilə yığılmış və getmişdir. Saleh getdikdən bir müddət sonra ona zəng vurub qəzaya düşdüyünü bildirmişdir. O hadisə yerinə getmiş və görmüşdür ki, zərbənin təsirindən laminat lak, boya qutuları və dolğuya dəydiyindən boya, lak və dolğu bütün malların üzərinə və avtomobilə dağılmışdır. Fordun yan qapısı açılanda boya, lak və dolğu bir –birinə qarışmış və qapıdan süzülüb tökülmüşdür. Belə ki, lak və kraska partlamış laminatı pis günə qoymuşdur. Həmin vaxt onlar boya qutularını yerə tökmüşlər. 25 kq-lıq böyük boya qutuları olmuşdur. Tikinti materiallarının hamısı yararsız vəziyyətdə düşdüyündən, onları müştəriyə göndər bilməmişlər və hamısını atmışlar. Həmin vaxt onlar Nizamini və uşaqlarını da çağırmışlar. Həmin vaxt Cavabdeh onları aldatmışdır ki, maşının sığortası var və maşına dəymiş zərəri sığorta qarşılayacaq. Lakin onun maşınının hadisə zamanı sığortası olmadığından, sığortasını hadisədən sonra etdirdiyindən vurulmuş zərər görə sığorta tərəfindən heç bir ödəniş edilməmişdir. Bu səbəbdən də avtomobilin təmirini və tikinti materiallarının xərcini iddiaçılar öz məvacibləri hesabına etdirmişlər. Məhkəmə iş üzrə tərəfləri, şahidləri dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "X14" markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətindədir. İşdə olan ƏN-V 924165 saylı, xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, X6 "X14" markalı **-CZ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün İddiaçı 08 il 10 ay 13 gün müddətinə etibarnamə vermişdir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(076)-979/2022 saylı qərardan görünür ki, Cavabdeh 06 iyul 2022-ci il tarixdə idarə etdiyi “Qaz 24” markalıl 57BG 914 nömrəli avtomobillə Şəmkir şəhəri M.C.Paşayev küçəsi ilə hərəkətdə olarkən İddiaçı idarə etdiyi “Ford” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmasına görə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İşdə olan Şəmkir RİHB Qaracəmirli İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı Şəmkir rayonu, Qaracəmirli kəndində yaşayır. İşdə olan ziyan aktından görünür ki, "X14" markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3635 manat ziyan dəymişdir. İşdə olan tikinti materialları qayməsindən görünür ki, “Yusif İnşaat” mağazasından 2226.3 manat dəyərində tikinti materialları alınmışdır. Məhkəmə baxışında müəyyən edildi ki, Cavabdeh 06 iyul 2022-ci il tarixdə idarə etdiyi “Qaz 24” markalıl 57BG 914 nömrəli avtomobillə Şəmkir şəhəri M.C.Paşayev küçəsi ilə hərəkətdə olarkən İddiaçı etibarnamə əsasında idarə etdiyi, X1 mülkiyyətində olan “Ford” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, həmin qəzaya görə Cavabdeh avtomobillə yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinmiş, Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmiş, “Ford” markalı **-CZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə 3635 manat və hadisə zamanı avtomobildə olan tikinti materiallarının yararsız hala düşməsi nəticəsində 2226 manat məbləğində ziyan dəymişdir. Hadisə zamanı Cavabdeh idarə etdiyi avtomobilin sığortası olmamışdır. Məhkəmə qeyd edir ki, “X10” tərəfindən tərtib edilmiş qüsur aktında “Ford” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə təmir-bərpa və zədələnmiş hissələrin dəyəri olaraq 3635 manat zərər vurulması göstərilmiş. Həmçinin “Yusif İnşaat” mağaza tərəfindən verilmiş tikinti materiallarının qayməsində avtoqəza hadisəsi zamanı avtomobildə olan yararsız hala düşmüş tikinti materiallarının dəyərinin 2226 manat məbləğində olması qeyd edilmiş, iş üzrə şahidlər həmin tikinti materiallarını avtoqəzadan az öncə daşınması üçün “Ford” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yükləndiyini və qəza zamanı tamamilə yararsız hala düşdüyünü, zərər məbləğinin iddiaçı tərəfindən ödənildiyini bildirmişlər. Həmçinin məhkəmə araşdırması zamanı Cavabdeh avtoqəza hadisəsində təqsirli olmaması, zərər məbləğinin şişirdilməsi və zədələnməyən əşyaların artqı qeyd edilməsi barədə hər hansı bir əsaslı dəlil irəli sürməmiş və heç bir mötəbər sübütü məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.3-cü maddəsinin tələblərinə görə, yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Ford” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə təmir-bərpa və zədələnmiş hissələrin dəyəri olaraq 3635 manat, avtoqəza hadisəsi zamanı avtomobildə olan yararsız hala düşmüş tikinti materiallarının dəyəri 2226 manat olmaq ümumilikdə 5861 (beş min səkkiz yüz altmış bir) manat ziyan məbləği Cavabdeh tutularaq iddiaçılar İddiaçı və X4 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçılar tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 78 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, məhkəmə xərci qismində ödənilmiş dövlət rüsumu iddia tələbinin təmin edilən hissəsinə münasibətdə cavabdehə aid edilməli, ödənilmiş dövlət rüsumu 78 manat cavabdehdən alınaraq iddiaçılara verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və onlardan istifadə etmişdir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini əldə rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5.861 (beş min səkkiz yüz altmış bir) manat maddi ziyan məbləği və məhkəmə xərci olaraq 78 (yetmiş səkkiz) manat dövlət rüsumu tutularaq iddiaçılar İddiaçı və X4 ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(076)-992/2023
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(076)-992/2023
16.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver