Məhkəmə qərarları › İş №2(077)-1/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-1/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-1/2021 31.03.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Allahverən Məhərrəm oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı «xxxx» ASC-nin nümayəndəsi Abdullayev Ramin Məhəmmədəli oğlunun və Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «xxxx» ASC Cavabdeh qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia qaldıraraq bankla Cavabdeh arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli RBB(İ)004 saylı kredit müqaviləsi üzrə Cavabdeh 66 991,98 (altmış altı min doqquz yüz doxsan bir ABŞ dolları doxsan səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 53 403,24 (əlli üç min dörd yüz üç ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 120 395,22 (bir yüz iyirmi min üç yüz doxsan beş ABŞ dolları iyirmi iki sent) ABŞ dolları borc, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumlarının tutulması, tutmanın bankla Cavabdeh arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli RBB(İ)004 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində yerləşən, 6 otaqlı,175.8 kv.m yaşayış, 18.7 kv.m yardımçı sahədən ibarət 889 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin yaşayış evinin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracda satışdan əldə olunan vəsait hesabına «xxxx» ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi,«Savalan» yaşayış massivində yerləşən,6 otaqlı, 175.8 kv.m yaşayış,18.7 kv.m yardımçı sahədən ibarət 889 nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli RBB(İ)004 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə gedişatı zamanı iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə verərərək, Cavabdeh xx.xx.2020-ci il tarixinə faiz borcunun artdığını bildirmişdir. Ona görə də, bankla Cavabdeh arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli RBB(İ)004 saylı kredit müqaviləsi üzrə Cavabdeh 66 991,98 (altmış altı min doqquz yüz doxsan bir ABŞ dolları doxsan səkkiz sent) ABŞ dolları məbləğində əsas borc, 70 765,97 (yetmiş min yeddi yüz altmış beş ABŞ dolları doxsan yeddi sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 137 757,95 (bir yüz otuz yeddi min yeddi yüz əlli yeddi ABŞ dolları doxsan beş sent) ABŞ dolları borc, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumlarının tutulması,tutmanın bankla Cavabdeh arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli RBB(İ)004 saylı ipoteka müqaviləsinə əsasən ipoteka predmeti ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində yerləşən, 6 otaqlı, 175.8 kv.m yaşayış, 18.7 kv.m yardımçı sahədən ibarət 889 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin yaşayış evinin açıq hərracdan satılması və borcun həmin əmlakın hərracda satışdan əldə olunan vəsait hesabına «xxxx» ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində yerləşən, 6 otaqlı, 175.8 kv.m yaşayış,18.7 kv.m yardımçı sahədən ibarət 889 nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi,fərdi yaşayış evindən çıxarılması, fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli RBB(İ)004 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırdı ki, «xxxx» ASC ilə Cavabdeh arasında xx xxxxxx 2007-ci il tarixli RBB(İ)004 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən bank cavabdehə yeni yaşayış sahəsi almaq məqsədilə 240 ay müddətinə illik faiz dərəcəsi 16% müəyyən edilməklə 110 500 ABŞ dolları məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh arasında xx xxxxxx 2007-ci il tarixli RBB(İ)004 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində yerləşən,6 otaqlı,175.8 kv.m yaşayış, 18.7 kv.m yardımçı sahədən ibarət 889 nömrəli fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur. Müqavilə bağlandıqdan sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeyd aparılmışdır. Müqavilələr bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir. Cavabdehin imzaladığı kredit müqaviləsinə görə xx.xx.2020-ci il tarixinə kredit müqaviləsi üzrə əsas borc 66 991,98 ABŞ dolları və kredit faizi 70 765,97 ABŞ dolları hesablanmışdır. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Məhkəmə prosesi zamanı iddiaçının nümayəndəsi “xxxx” MMC-nin 0473/21/NB saylı rəyini qəbul etdiyini və daşınmaz əmlakın likvid qiymətinin 130 000 manat məbləğində müəyyən olunmasına razı olduğunu bildirmişdir.Lakin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/4887 saylı rəyi ilə qismən razı olduğunu və iş üzrə yenidən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, o, “xxxx” İKB ASC ilə xx xxxxxx 2007-ci il tarixdə kredit müqaviləsi imzalamış və oradan 110 500 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı kimi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində yerləşən fərdi yaşayış evini banka ipotekaya qoymuşdur. Borcunu vaxtlı-vaxtında ödəməsinə baxmayaraq sonradan devalivasiya ilə əlaqədar maddi vəziyyəti pisləşmiş, iş yeri bağlanmış və ödənişlərini gecikdirmişdir. Hazırda borcunu hissə-hissə ödəyə bilər. İddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki,iş materiallarında olan: - İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli RBB(İ)004 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 240 ay müddətinə illik 16% hesablanmaqla 110500 ABŞ dolları məbləğində borc pul verilmişdir. - kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh 110500 ABŞ dolları məbləğində almış olduğu krediti xx.xx.2007-ci ildən başlayaraq ilk ay 877,55 ABŞ dolları, sonrakı aylar 1496,04 ABŞ dolları, sonuncu ay 1494,69 ABŞ dolları ödəniş etməklə xx.xx.2027-ci il tarixədək ödəməli idi. - iddiaçı «xxxx» ASC ilə Cavabdeh arasında imzalanmış xx xxxxxx 2007-ci il tarixli RBB(İ)004İ saylı ipoteka müqaviləsindən görünür ki, əmlak dəyəri 130 000 ABŞ dolları razılaşdırılmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin xx.xx.2006-cı il tarixdə qeydiyyata alınmış MH ******* saylı,**********45-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 175.8 kv.m yaşayış, 18.7 kv.m köməkçi sahədən ibarət 889 nömrəli fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin xx.xx.2008-ci il tarixli MH seriyalı ******* saylı çıxarışından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivi, 889 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 516 nömrəli vərəqində qeydiyyata alınmışdır. - İddiaçı İKB ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2018-ci il tarixli HO/M3323 saylı və xx.xx.2018-ci il tarixli HD/M2535 saylı bildirişlərdən görünür ki, cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən tutmanın ipoteka predmetinə yönəldilməsinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə Nümayəndəsinin xx.xx.2007-ci il tarixli 701 saylı arayışından görünür ki, AR NK Yanında DƏDR tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş MH seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Maştağa qəsəbəsi,“Savalan” yaşayış massivi,ev 889 ünvandakı mülk həqiqətən 1974-cü il təvəllüdlü Cavabdeh məxsusdur və həmin ünvana ev dəftəri açılmadığı üçün hal-hazırda orada pasport qeydiyyatında olan yoxdur. - X3 xx.xx.2018-ci il tarixli ********* saylı ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. - iddiaçı “xxxx” ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2007-ci il tarixli RBB(İ)004 saylı kredit müqaviləsi üzrə xx.xx.2012-ci il tarxidə 14556,65 ABŞ dolları və xx.xx.2014-cü il tarixdə 3000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Hazırda cavabdehin “xxxx” ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi 66991,98 ABŞ dolları əsas borc və 70765,97 ABŞ dolları faiz borcu olmaqla, cəmi 137 757,95 ABŞ dolları təşkil edir. - “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli 0473/21/NB saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Bakı şəhəri,Sabunçu rayonu,Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 175.8 kv.m yaşayış, 18.7 kv.m köməkçi sahədən ibarət 889 nömrəli fərdi yaşayış evinin hazırkı likvid qiyməti 130 000 manat təşkil edir. İddiaçı «xxxx» ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış,həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış,iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş,cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir. Məhkəmə gedişatı zamanı xx.xx.2019-cu il tarixli qərardad ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, lakin çıxarış məlumatları təqdim edilmədiyindən hesablama aparmaq mümkün olmamışdır. Daha sonra iddiaçının nümayəndəsi hesabdan çıxarışları təqdim edərək yenidən məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə mülki iş ekspertizaya göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 31418 saylı rəyinə əsasən, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli RBB(İ)004 saylı kredit müqaviləsi üzrə “xxxx” ASC qarşısında ödənilməli olan kredit borcu xx.xx.2018ci il tarixinə 66 246,44 ABŞ dolları əsas borc və 52 657,72 ABŞ dolları faiz borcu hesablanmışdır. Məhkəmə gedişatı zamanı iddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə verərək iddia tələbinin həcmini artırdığından yenidən iş üzrə xx.xx.2020-ci il tarixli qərardad ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/4887 saylı rəyinə əsasən, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli RBB(İ)004 saylı kredit müqaviləsi üzrə “xxxx” ASC qarşısında ödənilməli olan kredit borcu 66 246,44 ABŞ dolları əsas borc və 69 828,42 ABŞ dolları faiz borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; Həmin Qanunun 34-cü maddəsinin tələbinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab olunur; Həmin Qanunun 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olarsa Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı «xxxx» ASC ilə cavabdeh ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır. Lakin məhkəmə borcun AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/4887 saylı rəyinə əsasən tutulmasını əsaslı hesab edir. Buna görə də, bankla Cavabdeh arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli RBB(İ)004İ saylı kredit müqaviləsinə xitam verilməklə, cavabdehdən 66246,44 ABŞ dolları əsas borc və 69828,42 ABŞ dolları faiz borcu olmaqla,cəmi 136074,86 ABŞ dolları borc kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq «xxxx» ASC-yə ödənilməlidir. İddiaçı İKB ASC ilə cavabdeh ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli RBB(İ)004İ saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 175.8 kv.m yaşayış, 18.7 kv.m köməkçi sahədən ibarət 889 nömrəli fərdi yaşayış evi banka ipotekaya qoyulmuşdur. Müqavilə bağlanarkən ipoteka predmetinin qiyməti 130000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Cavabdeh bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmadığından həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Ona görə də məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməli və ipoteka predmeti ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri,Sabunçu rayonu,Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 175.8 kv.m yaşayış, 18.7 kv.m köməkçi sahədən ibarət 889 nömrəli fərdi yaşayış evinə yönəldilməli, əmlak açıq hərrac vasitəsilə satılmalı, əmlakın açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh «xxxx» ASC-yə olan borcu və dövlət rüsumu ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissəsi ümumi qaydada icra edilməli, cavabdehə məxsus ipoteka predmetinə tutma yönəldildikdən sonra həmin əmlaka istifadə hüquqları itirilmiş hesab olunmalı, cavabdeh fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin ipoteka predmeti olan fərdi yaşayış evinin hərracdan satıldıqdan sonra Banka təhvil verilməsi hissəsi əsassız olduğundan təmin edilə bilməz. Belə ki, qanunun tələbinə görə ipoteka predmeti olan ev hərracın qalıbi tərəfindən əldə edildiyindən onun mülkiyyətinə verilməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli 0473/21/NB saylı qiymətləndirmə hesabatı ilə müəyyən edilmiş likvid dəyəri ilə, yəni 130000 (bir yüz otuz min) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumları cavabdehə aid edilməlidir. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının ümumi qiyməti 450 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 225 manatı «xxxx» ASC-dən və 225 manatı cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin.

1. «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli RBB(İ)004 saylı kredit müqaviləsinə xitam verilsin.

2. «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2007-ci il tarixli RBB(İ)004 saylı kredit müqaviləsi üzrə Cavabdeh 66 246,44 (altmış altı min iki yüz qırx altı) ABŞ dolları əsas borc, 69 828,42 (altmış doqquz min səkkiz yüz iyirmi səkkiz) ABŞ dolları faiz borcu olmaqla, cəmi 136 074,86 (bir yüz otuz altı min yetmiş dörd ABŞ dolları) ABŞ dolları məbləğində borc, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq «xxxx» ASC-nin xeyrinə ödənilsin.

3. Tələb ipoteka predmeti ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Bakı şəhəri,Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 175.8 kv.m yaşayış, 18.7 kv.m köməkçi sahədən ibarət 889 nömrəli fərdi yaşayış evinə yönəldilsin, yaşayış evi açıq hərracdan satılsın və satış yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh «xxxx» ASC-yə olan kredit borcu, kreditdən istifadəyə görə faizlər və dövlət rüsumu ödənilsin.

4. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamənin qalan hissəsi ümumi qaydada icra edilsin.

5. Cavabdeh Cavabdeh məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, «Savalan» yaşayış massivində 0,12 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 175.8 kv.m yaşayış, 18.7 kv.m köməkçi sahədən ibarət 889 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqları ev satıldıqdan 1 ay sonra Cavabdeh fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş hesab olunsun və Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılsın .

6. «xxxx» ASC-dən 225 (iki yüz iyirmi beş) manat və Cavabdeh 225 (iki yüz iyirmi beş) manat məhkəmə mühasibatlıq ekspertiza xərcləri X1, kod 210005,VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi – VÖEN **********, Hesab № AZ34CTRE******************** büdcə təsnifatının kodu 142319, büdcə səviyəsinin kodu 3 hesabına ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar