Məhkəmə qərarları › İş №2(077)-100/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-100/2021

16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-100/2021 16.04.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı (KATV1) MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (KATV1) MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (KATV1) MMC Cavabdeh qarşı iddia qaldıraraq,Cavabdeh 266,67 (iki yüz altmış altı manat altmış yeddi qəpik) manat İddiaçı (KATV1) MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş zərərin, 150 (bir yüz əlli) manat hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün və ödənilmiş 20,40 (iyirmi manat qırx qəpik) manat dövlət rüsumunun İddiaçı (KATV1) MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırdı ki, “KATV 1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununa uyğun olaraq 22 avqust 2005-ci il tarixdə və 22 avqust 2011-ci il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasından TR 057 saylı və TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla yaşayış və qeyri-yaşayış sahələrinə kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında kabel xətləri çəkir.Lakin son zamanlar bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə «Ədalət-A» hüquq firması arasında 15 may 2008-ci il, 15 mart 2011-ci il, 01 oktyabr 2014-cü il, 29 mart 2015-ci il və 04 yanvar 2018-ci il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. «xxxx» MTK tərəfindən verilmiş arayışdan görünür ki,Bakı şəhəri,Xətai rayonu,Əhmədli yaşayış sahəsi,Babək prospekti 94,bina 10,mənzil 65 ünvanında yerləşən yaşayış sahəsi 10.2014-cü il tarixdən – 02.2017-ci il tarixədək Cavabdeh məxsus olmuşdur.Həmin ünvanda yaşayan Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 15.06.2014-cü il tarixli müqaviləyə əsasən həmin ünvan 15.06.2014-cü il tarixdə “KATV1” Kabel Televiziyasının şəbəkəsinə qoşulmuş və abonent son ödəməsini 01.08.2014-cü il tarixində edərək, 17.10.2014-cü il tarixində 23,10 manat borc ilə şəbəkədən ayrılmışdır. 17.04.2015-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “KATV1” kabel televiziyasının əməkdaşları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mütəxəssisinin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 2986N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. Həmin ünvana 25.11.2015ci il və 31.01.2017-ci il tarixlərdə nəzarət baxışı keçirilən zaman cavabdehin yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktları aşkar edilmiş və bu barədə müvafiq olaraq 4575N və 6357N saylı aktlar tərtib edilmişdir. Yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan dəymişdir. Kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015ci il tarixədək 9 manat, 01.09.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Sözügedən ünvanın ilk dəfə şəbəkədən ayrıldığı 17.10.2014-cü il tarixdən təkrar qanunsuz qoşulma barədə sonuncu aktın tərtib olunduğu 31.01.2017-ci il tarixə qədər olan müddət 837 gün təşkil edir. Həmin dövrdə bir günlük abunə haqqının 0,30 qəpik olmasını nəzərə alaraq cavabdehin iddiaçıya məxsus kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində abunə haqqı qismində vurduğu zərər 266,67 manat təşkil edir.Eyni zamanda bildirilmişdir ki,qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməyə davam edəcəkdi. Bundan əlavə, İddiaçı MMC və “Ədalət-A” hüquq firması arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir.Qanunsuz istifadə nəticəsində yaranmış pul tələbinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş, lakin cavabdeh tərəfindən bu günədək dəymiş zərərin əvəzi ödənilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə,işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyib, işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki,iş materiallarında olan: - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 17.08.2020-ci il tarixli arayışından görünür ki,Cavabdeh Şuşa şəhəri,N.Nərimanov küçəsi,ev 22A ünvanına qeydiyyatdadır. - İddiaçı (KATV1) MMC-nin 17.04.2015-ci il tarixli, 2986N saylı aktın təsdiq olunmuş surətindən görünür ki,17 aprel 2015-ci il tarixində “Ədalət-A” hüquq firması və İddiaçı MMC-nin əməkdaşları Bakı şəhəri,Xətai rayonu,Babək prospekti 94/10 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 65 saylı mənzilinin «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir.Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin etmək məqsədi ilə həmin mənzilin qapısını döyərkən qapını açan olmamış,lakin aktın surəti mənzilin qapısına qoyulmuşdur. - İddiaçı (KATV1) MMC-nin 25.11.2015-ci il tarixli, 4575N saylı aktın təsdiq olunmuş surətindən görünür ki,25 noyabr 2015-ci il tarixində “Ədalət-A” hüquq firması və İddiaçı MMC-nin əməkdaşları Bakı şəhəri,Xətai rayonu,Babək prospekti 94/10 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 65 saylı mənzilinin «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir.Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin etmək məqsədi ilə həmin mənzilin qapısını döyərkən qapını açan olmamış,lakin aktın surəti mənzilin qapısına qoyulmuşdur. - İddiaçı (KATV1) MMC-nin 31.01.2017-ci il tarixli, 6357N saylı aktın təsdiq olunmuş surətindən görünür ki,31 yanvar 2017-ci il tarixində “Ədalət-A” hüquq firması və İddiaçı MMC-nin əməkdaşları Bakı şəhəri,Xətai rayonu,Babək prospekti 94/10 ünvanında kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 65 saylı mənzilinin «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmişdir.Bununla əlaqədar aktın tərtib olunmasında mənzil sakinin iştirakını təmin etmək məqsədi ilə həmin mənzilin qapısını döyərkən qapını açan olmamış,lakin aktın surəti mənzilin qapısına qoyulmuşdur. - İddiaçı (KATV1) MMC-nin 13.08.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı MMC ilə Bakı şəhəri,Xətai rayonu,Babək prospekti 94,bina 10,mənzil 65 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair müqaviləyə əsasən 15.06.2014-cü il tarixində bu ünvan KATV1 kabel televiziyasının şəbəkəsinə qoşulub,01.08.2014-cü il tarixinədək isə son ödəməni edib,17.10.2014-cü il tarixində 23,10 manat borc ilə şəbəkədən ayrılıb. - “xxxx” ASC-nin 04.12.2020-ci il tarixli qəbzindən görünür ki,İddiaçı MMC tərəfindən Cavabdeh qarşı hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılmasına görə “xxxx” MMC-yə 150 manat ödəniş edilmişdir. - «xxxx» MTK-nın 29.01.2019-cu il tarixli 376/3 saylı arayışından görünür ki, «xxxx» MTK-nın Bakı şəhəri,Əhmədli yaşayış sahəsi,Babək prospekti 94 ünvanında inşa edilmiş yaşayış kompelksindəki 10 saylı binanın 65 saylı mənzilinin sahibi 10.2014-cü il tarixdən- 02.2017-ci il tarixədək 1977-ci il təvəllüdlü Cavabdeh olmuşdur. - 15.12.2020-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 20,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Bakı şəhəri,Xətai rayonu,Babək prospekti 94,bina 10,mənzil 65 ünvanında yaşayan Cavabdeh arasında bağlanmış müqavilə əsasında həmin mənzilə “KATV1” tərəfindən kabel xətti çəkilmiş, 01.07.2014-cü il tarixində son ödəniş edilmiş, 17.10.2014cü il tarixində 23,10 manat borc ilə şəbəkədən ayrılmışdır. 17.04.2015-ci il,25.11.2015-ci il və 31.01.2017-ci il tarixlərində “Ədalət-A” hüquq firmasının və İddiaçı MMC-nin əməkdaşları qeyd olunan ünvanda kabel şəbəkəsinə nəzarət baxışı keçirən zaman həmin binanın 65 saylı mənzilinin «KATV1» kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulduğu aşkar edilmiş, bu barədə aktlar tərtib edilmişdir. İlk dəfə şəbəkədən ayrıldığı 17.10.2014-cü il tarixdən təkrar qanunsuz qoşulma barədə sonuncu aktın tərtib olunduğu 31.01.2017-ci ilədək olan 837 gün üçün iddiaçı tərəfindən cavabdehə 266,67 manat maddi zərər hesablanmışdır (31.08.2015-ci il tarixədək 318 gün x 0,30 = 95,40 manat və 01.09.2015-ci il tarixdən sonra 519 gün x 0,33 = 171,27 manat) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır. Buna görə də, Cavabdeh 08 noyabr 2019-cu il tarixli 029A********** saylı kredit müqaviləsi üzrə 1579,81 manat əsas borc və 133,64 manat faiz borcu kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq İddiaçı (KATV1) MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin nümayəndənin göstərdiyi yardıma görə ödənilmiş vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi ilə əlaqədar qeyd edir ki, qeyd olunan məbləğ cavabdehdən ağlabatan məbləğdə - 150 manat məbləğində alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş zərər olaraq 266,67 manat, nümayəndəyə çəkilən xərcə görə 150 manat, iddiaçı tərəfindən dövlət rüsumuna görə ödənilmiş 20 manat və bank xidmət haqqı olaraq ödənilmiş 0,40 manat, cəmi 437,07 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı (KATV1) MMC-yə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 266,67 (iki yüz altmış altı manat altmış yeddi qəpik) manat İddiaçı (KATV1) MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində vurulmuş zərər, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (bir yüz əlli) manat və 20,40 (iyirmi manat qırx qəpik) manat məbləğində dövlət rüsumu olmaqla,cəmi 437,07 (dörd yüz otuz yeddi manat yeddi qəpik) tutularaq İddiaçı (KATV1) MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar