Məhkəmə qərarları › İş №2(077)-115/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-115/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-115/2021 20.05.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq,bankla Cavabdeh1 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli 009KK**********01 saylı kredit kart üzrə kredit müqaviləsinə əsasən 1659,24 (bir min altı yüz əlli doqquz ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları məbləğində əsas borc,2545,28 (iki min beş yüz qırx beş ABŞ dolları iyirmi səkkiz sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla,cəmi 4204,52 (dörd min iki yüz dörd ABŞ dolları əlli iki sent) ABŞ dolları pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı QSC ilə Cavabdeh1 oğlu arasında 30 iyul 2015-ci il tarixli 009KK**********01 saylı kredit kart üzrə kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən bank cavabdehə plastik kart vasitəsi ilə 12 ay müddətinə aylıq faiz dərəcəsi 2,25% müəyyən edilməklə 2000 ABŞ dolları məbləğində kredit vermişdir.Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında 30 iyul 2015-ci il tarixli 009G**********02 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür.Müqavilələr bağlanan an cavabdelərə üzərlərinə götürdükləri öhdəliyin məsuliyyəti izah edilmiş,lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu vaxtında ödəməmişdir.Hazırkı vaxtadək cavabdeh kredit borcundan cəmi 340,76 ABŞ dolları məbləğində ödəniş etmişdir.Cavabdehin imzaladığı kredit kart üzrə kredit müqaviləsinə görə 01.10.2020-ci il tarixə əsas borcu 1659,24 ABŞ dolları və 1526 gün üçün hesablanmış cərimə borcu 2545,28 ABŞ dolları təşkil edir.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə,işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq işə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyib,işdəki sənədləri araşdırıb məhkəmə belə qərara gəlir ki,iddia tələbi qismən təmin olunmalıdır. Belə ki,iş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli 009KK**********01 saylı kredit kart üzrə kredit müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə plastik kart vasitəsi ilə 12 ay müddətinə aylıq 2,25% hesablanmaqla 2000 ABŞ dolları məbləğində borc pulun verilməsi,kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli 009G**********02 saylı zaminlik müqaviləsinə əsasən cavabdeh bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı QSC-nin 02.02.2021-ci il tarixli 2083 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1nın 30 iyul 2015-ci il tarixli 009KK**********01 saylı kredit kart üzrə kredit müqaviləsi üzrə 01.10.2020-ci il tarixinə İddiaçı QSC qarşısında yerinə yetirilməmiş öhdəliyi 1659,24 ABŞ dolları əsas borc və 2545,28 ABŞ dolları cərimə borcu olmaqla,ümumilikdə 4204,52 ABŞ dolları təşkil edir. - İddiaçı QSC tərəfindən cavabdehlərə göndərilmiş 29.03.2018-ci il tarixli 595 saylı və 08.05.2018-ci il tarixli 72 saylı xəbərdarlıqlardan görünür ki,cavabdehlərə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - Hökumət ödəniş portalına ödənilmiş 29.01.2021-ci il tarixli ********* saylı qəbzin surətindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçı QSC ilə cavabdeh Cavabdeh1 oğlu arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış,həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış və iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş,cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirlə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki,bunun digər tərəfə vurduğu zərər nəticəsində o,müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi,o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 472-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizləri ilə verilməsini şərtləşdirirlərsə,faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli,borc bir il başa çatanadək qaytarılmalıdırsa borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, Cavabdeh2 müqavilə üzrə zamin durduğundan iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehlərdən müştərək qaydada 1659,24 ABŞ dolları əsas borc kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə ödənilməsi tələb edilən 2545,28 ABŞ dolları dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq və tənasübsüz surətdə azaldaraq 125 ABŞ dolları həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehə və 10 manatı iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1659,24 ABŞ dolları məbləğində əsas borc,125 ABŞ dolları məbləğində cərimə borcu olmaqla,cəmi 1784,24 ABŞ dolları borc və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30 iyul 2015-ci il tarixli 009KK**********01 saylı kredit kart üzrə kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1659,24 (bir min altı yüz əlli doqquz ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları məbləğində əsas borc,125 (bir yüz iyirmi beş) ABŞ dolları məbləğində cərimə borcu olmaqla,cəmi 1784,24 (bir min yeddi yüz səksən dörd ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları borc ödənilən vaxtı manata məzənnəsi ilə və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı QSC-yə aid edilsin Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar