Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-12/2021 27.05.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia qaldıraraq,bankla Cavabdeh1 arasında bağlanmış 08 may 2006-cı il tarixli 04L000000195 saylı kredit xətti müqaviləsinin,ona edilmiş 13.05.2010-cu il tarixli və 26.12.2014-cü il tarixli sazişlərin,30.12.2014-cü il tarixli 027R********** saylı kredit razılaşmasının və ona edilmiş sazişlərinin ləğv edilməsi;cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 027R********** saylı kredit razılaşması və ona edilmiş sazişlər üzrə 10588,27 (bir on min beş yüz səksən səkkiz ABŞ dolları iyirmi yeddi sent) ABŞ dolları məbləğində əsas borc, 10597,50 (bir on min beş yüz doxsan yeddi ABŞ dolları əlli sent) ABŞ dolları məbləğində faiz borcu, 9381,71 (doqquz min üç yüz səksən bir ABŞ dolları yetmiş bir sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 30567,48 (otuz min beş yüz altmış yeddi ABŞ dolları qırx səkkiz sent) ABŞ dolları borc,ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 (bir on) manat dövlət rüsumu və 20 (iyirmi) mana xidmət haqqı və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumlarının İddiaçı QSC-nin xeyrinə tutulması, tələbin Cavabdeh2 Bakı şəhəri,Suraxanı rayonu,Qara Çuxur qəsəbəsi,Zaur Şərifov küçəsində istifadədə olan 0.186 ha sahəsində yerləşən 8 nömrəli,5 mərtəbəli binanın 7-ci girişində,3-cü mərtəbəsində olan 3 otaqlı 71 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin hərracdan satılması,ümumilikdə 30567 ABŞ dolları məbləğində borcun və ödənilmiş dövlət rüsumlarının həmin əmlakın hərracda satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi,satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması,Cavabdeh2 məxsus Bakı şəhəri,Suraxanı rayonu,Qara Çuxur qəsəbəsi,Zaur Şərifov küçəsində istifadədə olan 0.186 ha sahəsində yerləşən 8 nömrəli,5 mərtəbəli binanın 7-ci girişində,3-cü mərtəbəsində olan 3 otaqlı 71 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh3 həmin mənzilə istifadə hüququnun itirilməsi,onların həmin mənzildən çıxarılması,mənzilin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 08 may 2006-cı il tarixli 04L000000195 saylı kredit xətti müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən bank cavabdehə 60 ay müddətinə bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlər verilən kreditlər üçün Kredit alana 100000 ABŞ dolları məbləğində kredit xətti açır və kreditlər tərəflər arasında bağlanmış ayrıca razılaşma əsasında verilməsi razılaşdırılmışdır.Daha sonra tərəflər arasında kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 13 may 2010-cu il tarixli 195 saylı saziş imzalanmış və kredit xətti müqaviləsinin 1.2-ci bəndinə dəyişiklik edilərək kredit xətti müqaviləsinin müddəti 120 ay müddətinə uzadılmışdır. Kredit xətti müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında 13 may 2010-cu il tarixli 04S000004346 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən cavabdeh kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Yenidən tərəflər kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 26 dekabr 2014-cü il tarixli 04L000000195C saylı saziş imzalamışlar və kredit xətti müqaviləsinin 1.1,1.2 və 1.3-cü bəndərinə dəyişiklik edilərək kredit xətti müqaviləsi uzunmüddətli kredit müqaviləsi ilə əvəzlənərək, müddəti 224 ay müddətinə,yəni 08 may 2025-ci ilədək uzadılmışdır.Həmin dəyişikliyə uyğun olaraq zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 26 dekabr 2014-cü il tarixli 04S000004346SC saylı saziş imzalanmışdır. Uzunmüddətli kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında 26 dekabr 2014-cü il tarixli 027M**********01 saylı ipoteka müqaviləsi imzalanmış və Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri,Suraxanı rayonu,Qara Çuxur qəsəbəsi,Zaur Şərifov küçəsində istifadədə olan 0.186 ha torpaq sahəsində yerləşən 8 nömrəli,5 mərtəbəli binanın 7-ci girişində,3-cü mərtbəsində yerləşən 3 otaqlı 71 nömrəli mənzili banka ipotekaya qoymuşdur.Müqavilə bağlandıqdan sonra fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeyd aparılmışdır.İpoteka qoyanın arvadı Cavabdeh3 notariat kontoruna qeyd edilən mənzilin ipoteka ilə yüklü edilməsinə razı olduğunu və həmin əmlaka tutma yönəldildikdə onu qeyd-şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Uzunmüddətli kredit müqaviləsinə uyğun olaraq İddiaçı QSC ilə Cavabdeh1 arasında 30 dekabr 2014-cü il tarixli 027R********** saylı kredit razılaşması imzalanmışdır.Razılaşmaya əsasən bank cavabdehə 24 ay müddətinə aylıq 1,6667% hesablanmaqla 30000 ABŞ dolları məbləğində kredit vermişdir.Kredit razılaşması üzrə gecikmələr olduğundan tərəflər arasında 07.04.2015-ci il tarixli 027R**********S saylı,18.02.2016-cı il tarixli 027R**********SA saylı,05.05.2016-cı il tarixli 027R**********SB saylı,06.10.2016-cı il tarixli 027R**********SC saylı,12.12.2016-cı il tarixli 027R**********SD saylı,15.03.2017-ci il tarixli 027R**********SE saylı,24.04.2017-ci il tarixli 027R**********SF saylı və 04.01.2018-ci il tarixli 027R**********SG saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir.Müqavilələr bağlanan an cavabdehlərə üzərlərinə götürdükləri öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh öhdəliklərini lazımi qaydada icra etməmişdir.Cavabdehin imzaladığı kredit müqaviləsinə görə 24.07.2020-ci il tarixinə kredit müqaviləsi üzrə əsas borc 10588,27 ABŞ dolları, kredit faizi 10597,50 ABŞ dolları və cərimə borcu 9381,71 ABŞ dolları hesablanmışdır. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. İddiaçı QSC-nin nümayəndəsi,cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı QSC-nin nümayəndəsi teleqram göndərərək iddia tələbini müdafiə etdiklərini,məhkəmə baxış iclasının onların iştirakı olmadan keçirilməsini və iş üzrə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilib,lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən,məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə,işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb belə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 08 may 2006-cı il tarixli 04L000000195 saylı kredit xətti müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmış və kreditlər tərəflər arasında bağlanmış ayrıca razılaşma əsasında verilməsi razılaşdırılmışdır. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 13 may 2010-cu il tarixli 195 saylı sazişdən görünür ki,kredit xətti müqaviləsinin 1.2-ci bəndinə dəyişiklik edilərək kredit razılaşmaları əsasında istənilən məbəğ 120 ay,yəni 08 may 2016-cı il tarixdən gec olmayaraq verilməsi razılaşdırılmışdır. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 13 may 2010-cu il tarixli 04S000004346 saylı zaminlik müqaviləsinə əsasən cavabdeh bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 26 dekabr 2014-cü il tarixli 04L000000195SC saylı sazişdən görünür ki,kredit xətti müqaviləsinin 1.1,1.2 və 1.3-cü bəndlərinə dəyişiklik edilərək kredit razılaşmaları əsasında istənilən məbəğ 224 ay,yəni 08 may 2025-ci il tarixdən gec olmayaraq verilməsi razılaşdırılmışdır. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 26 dekabr 2014-cü il tarixli 04S000004346SC saylı sazişdən görünür ki,uzunmüddətli kredit müqaviləsinin müddəti 224 ay müddətinə uzadılmışdır. - İddiaçı QSC ilə Cavabdeh2 arasında imzalanmış 26 dekabr 2014-cü il tarixli 027M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, əmlak dəyəri 73500 ABŞ dolları razılaşdırılmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında DƏDR-də 18.04.2006-cı il tarixdə qeydiyyata alınmış MH ******* saylı,**********54-05101-093001 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri,Suraxanı rayonu,Qara Çuxur qəsəbəsi,Zaur Şərifov küçəsində istifadədə olan 0,186 ha torpaq sahəsində yerləşən 8 nömrəli,5 mərtəbəli binanın 7-ci girişində,3-cü mərtəbəsində yerləşən,37,64 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 71 nömrəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. - Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinin 30.12.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışından görünür ki,Bakı şəhəri,Suraxanı rayonu,Qara Çuxur qəsəbəsi,Zaur Şərifov küçəsi,ev 8,71 saylı mənzil ipoteka ilə yüklü edilmiş və bu barədə daşınmaz əmlakın dövlət reyestrində 19 nömrəli reyestr kitabının 2273 nömrəli vərəqində qeydiyyata alınmışdır. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2014-cü il tarixli 027R********** saylı kredit razılaşmasından görünür ki,iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə aylıq 1,6667% hesablanmaqla 30000 ABŞ dolları məbləğində borc pul verilmişdir. - kredit müqaviləsinin əlavəsindən görünür ki,Cavabdeh1 30000 ABŞ dolları məbləğində almış olduğu krediti 05.02.2015-ci ildən başlayaraq hər ay 1536 ABŞ dolları ödəniş etməklə 05.01.2027-ci il tarixədək ödəməli idi. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 07.04.2015-ci il tarixli 027R**********S saylı sazişə əsasən kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 05.04.2016-cı il tarixdən aylıq 1,5833%,07.02.2017-ci il tarixdən aylıq 0% dərəcəsi ilə faizlər hesablanması razılaşdırılmışdır. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 18.02.2016-cı il tarixli 027R**********SA saylı sazişə əsasən kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə 18.02.2016-cı il tarixdən aylıq 1,1667% dərəcəsi ilə faizlər hesablanması razılaşdırılmışdır. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 05.05.2016-cı il tarixli 027R**********SB saylı sazişə əsasən kreditin verilmə müddəti 10.02.2021-ci il tarixədək uzadılmışdır. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 06.10.2016-cı il tarixli 027R**********SC saylı sazişə əsasən kreditin verilmə müddəti 10.03.2021-ci il tarixədək uzadılmışdır. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 12.12.2016-cı il tarixli 027R**********SD saylı sazişə əsasən kreditin verilmə müddəti 15.03.2021-ci il tarixədək uzadılmışdır. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 15.03.2017-ci il tarixli 027R**********SE saylı sazişə əsasən kreditin verilmə müddəti 15.03.2021-ci il tarixədək uzadılmışdır. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 24.04.2017-ci il tarixli 027R**********SF saylı sazişə əsasən kreditin verilmə müddəti 04.03.2021-ci il tarixi müəyyən edilmişdir. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 04.01.2018-ci il tarixli 027R**********SG saylı sazişə əsasən kreditin verilmə müddəti 04.03.2021-ci il tarixi müəyyən edilmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Kommunal Təsərrüfat Departamentinin 3 saylı Xüsusi Təyinatlı MKTB-nin 137 saylı MKİS-nin 25.12.2014-cü il tarixli 3753 saylı arayışından görünür ki,Cavabdeh2 həqiqətən Qara Çuxur qəsəbəsi,Z.Şərifov küçəsi,ev 8,mənzil 71 ünvanında qeydiyyatsız yaşayır və həmin mənzildə qeydiyyatda heç kəs yoxdur. - Cavabdeh3 notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki,o, Cavabdeh2 məxsus Bakı şəhəri,Suraxanı rayonu,Qara Çuxur qəsəbəsi,Zaur Şərifov küçəsi,ev 8 ünvanında yerləşən 71 saylı mənzilin İddiaçı QSC-yə və ya onun hər hansı bir filialına kreditin təminatı üçün ipotekaya qoyulmasına razıdır.İpotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda mənzili heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk etməyi öhdəsinə götürmüşdür. - İddiaçı QSC tərəfindən cavabdehlərə göndərilmiş 17.04.2020-ci il tarixli 6033 saylı və 30.06.2020-ci il tarixli 3363,3364 saylı bildirişlərdən görünür ki, cavabdehlərə kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən tutmanın ipoteka predmetinə yönəldilməsinə dair məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. - İddiaçı QSC-nin 24.04.2020-ci il tarixli 6832 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizəsindən görünür ki,bank Azərbaycan Respublikası ƏMDK-nin Yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinə müraciət edərək,ipoteka predmeti olan Bakı şəhəri,Suraxanı rayonu,Qara Çuxur qəsəbəsi,Zaur Şərifov küçəsi,ev 8 ünvanında yerləşən 71 saylı mənzilə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh2 göndərilmiş bildirişin 17.04.2020-ci il tarixdə ünvana çatdırıldığını bildirmiş və tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. - ƏMDK-nin Elektron Xidmətlər Portalının 27.04.2020-ci il tarixli çıxarışından görünür ki, İddiaçı QSC ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat məbləğində dövlət rüsumu və 20 manat məbləğində xidmət haqqı ödəmişdir. - X3 11.08.2020-ci il tarixli ********* saylı ödəniş tapşırığından görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. - İddiaçı QSC-nin 11.08.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 30 dekabr 2014-cü il tarixli 027R********** saylı kredit razılması üzrə iddiaçı qarşısında yerinə yetirilməmiş öhdəliyi 10588,27 ABŞ dolları əsas borc,10597,50 ABŞ dolları faiz borcu və 567 gün üçün hesablanmış 9381,71 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 30567,48 ABŞ dolları təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,İddiaçı QSC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır.İddiaçı ilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi və Cavabdeh2 arasında zaminlik və ipoteka müqavilələri bağlanmış,həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış,iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş,lakin cavabdehlər isə üzərlərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişlər.Nəticədə 24.07.2020-ci il tarixinə 10588,27 ABŞ dolları məbləğində əsas borc,10597,50 ABŞ dolları məbləğində faiz borcu və 9381,71 ABŞ dolları məbləğində cərimə borcu hesablanmışdır. Məhkəmə gedişatı zamanı 13.10.2020-ci il tarixli qərardad ilə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və mülki iş ekspertizaya göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 14.01.2021-ci il tarixli 9/4886 saylı rəyinə əsasən, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2014-cü il tarixli 027R********** saylı kredit razılaşması üzrə İddiaçı QSC qarşısında ödənilməli olan kredit borcu 27.07.2020ci il tarixinə 10588,27 ABŞ dolları əsas borc və 10597,50 ABŞ dolları faiz borcu hesablanmışdır. “xxxx” MMC-nin 13.04.2021-ci il tarixli 0702/21/AB saylı fərdi yaşayış evinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Bakı şəhəri,Suraxanı rayonu,Qara Çuxur qəsəbəsi,Zaur Şərifov küçəsində istifadədə olan 0,186 ha torpaq sahəsində yerləşən 8 nömrəli,5 mərtəbəli binanın 7-ci girişində,3-cü mərtəbəsində yerləşən,37,64 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 71 nömrəli mənzilin hazırkı dövrə likvid qiyməti 70 000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcələnin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür; Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı QSC ilə cavabdeh ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə və Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən cavabdehlər üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədiklərindən, iddiaçı qarşısında məsuliyyət daşıyırlar və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Ona görə də,bankla Cavabdeh1 arasında bağlanmış 08 may 2006-cı il tarixli 04L000000195 saylı kredit xətti müqaviləsi,ona edilmiş 13.05.2010-cu il tarixli və 26.12.2014-cü il tarixli sazişlər,30.12.2014-cü il tarixli 027R********** saylı kredit razılaşması və ona edilmiş sazişlər ləğv edilməli,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 10588,27 ABŞ dolları məbləğində əsas borc,10597,50 ABŞ dolları məbləğində faiz borcu kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə ödənilməsi tələb edilən 9381,71 ABŞ dolları dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 469 ABŞ dolları həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənn 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; Həmin Qanunun 34-cü maddəsinin tələbinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab olunur; Həmin Qanunun 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Həmin Qanunun 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olarsa Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İddiaçı QSC ilə cavabdeh ilə Cavabdeh2 arasında bağlanmış 26 dekabr 2014-cü il tarixli 027M**********01 saylı ipoteka müqaviləsinə əsasən tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri,Suraxanı rayonu,Qara Çuxur qəsəbəsi,Zaur Şərifov küçəsində istifadədə olan 0,186 ha torpaq sahəsində yerləşən 8 nömrəli,5 mərtəbəli binanın 7-ci girişində,3-cü mərtəbəsində yerləşən,37,64 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 71 nömrəli mənzil banka ipotekaya qoyulmuşdur. Müqavilə bağlanarkən ipoteka predmetinin qiyməti 73500 ABŞ dolları məbləğində müəyyən edilmişdir.Cavabdeh2 bildiriş ünvanlanaraq kredit müqaviləsi üzrə öhdəliklərin ödənilməsinin təmin edilməsi tələb edilmiş, əks təqdirdə tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmiş, lakin bundan sonra da tələb olunan nəticə əldə olunmadığından həmin bildiriş ipoteka saxlayanın (iddiaçının) ərizəsi əsasında Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Ona görə də,məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməli və ipoteka predmeti ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri,Suraxanı rayonu,Qara Çuxur qəsəbəsi,Zaur Şərifov küçəsində istifadədə olan 0,186 ha torpaq sahəsində yerləşən 8 nömrəli,5 mərtəbəli binanın 7-ci girişində,3-cü mərtəbəsində yerləşən,37,64 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 71 nömrəli mənzilə tutma yönəldilməli, əmlak açıq hərrac vasitəsilə satılmalı, əmlakın açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 İddiaçı QSC-yə olan borcu və dövlət rüsumu ödənilməlidir. Məhkəmə ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan sonra cavabdehlərin həmin mənzilə istifadə hüququnun itirilməsi,həmin mənzildən çıxarılması,mənzilin boşaldılması və Alıcıya təhvil verilməsi barədə iddia tələbini araşdıraraq qeyd edir ki,Cavabdeh2 ilə nikahda olan və onunla birgə ipoteka predmetində yaşayan arvadı Cavabdeh3 notarial qaydada təsdiq edilmiş ərizə ilə bu tələblərə razılıq verdiyindən iddia bu hissədə təmin edilməli,lakin istifadə hüququnu itirmək yeni mülkiyyətçiyə aid olduğundan iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmetinə tutma yönəldildikdə onun ilkin satış qiyməti “xxxx” MMC-nin 13.04.2021-ci il tarixli 0702/21/AB saylı qiymətləndirmə hesabatı ilə müəyyən edilmiş likvid dəyəri ilə, yəni 70000 (yetmiş min) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 20 manatı cavabdehə aid edilməlidir. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının qiyməti 145 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən həmin məbləğin 72,50 manatı İddiaçı QSC-dən və 72,50 manatı cavabdehlərdən tutulmalıdır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə,qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia qismən təmin ediməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 08 may 2006-cı il tarixli 04L000000195 saylı kredit xətti müqaviləsinə,ona edilmiş 13.05.2010-cu il tarixli və 26.12.2014-cü il tarixli sazişlərə,30.12.2014-cü il tarixli 027R********** saylı kredit razılaşmasına və ona edilmiş sazişlərə xitam verilməli,cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qayada 10588,27 ABŞ dolları əsas borc,10597,50 ABŞ dolları faiz borcu,469 ABŞ dolları cərimə borcu olmaqla,cəmi 21654,77 ABŞ dolları məbləğində borc,20 manat dövlət rüsumu,ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 mana xidmət haqqı İddiaçı QSC-nin xeyrinə tutulmalı,tələb Bakı şəhəri,Suraxanı rayonu,Qara Çuxur qəsəbəsi,Zaur Şərifov küçəsində istifadədə olan 0,186 ha torpaq sahəsində yerləşən 8 nömrəli,5 mərtəbəli binanın 7-ci girişində,3-cü mərtəbəsində yerləşən 3 otaqlı 71 nömrəli mənzilə yönəldilməli,həmin mənzil hərracda satılmalı, satış yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 İddiaçı QSC-yə olan borcu ödənilməli,hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etməkdikdə qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qayada tutulmalı,ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh3 həmin mənzilə istifadə hüququ itirilməli,həmin mənzildən çıxarılmalı,mənzil boşaldılmalı və Alıcıya verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 08 may 2006-cı il tarixli 04L000000195 saylı kredit xətti müqaviləsi,ona edilmiş 13.05.2010-cu il tarixli və 26.12.2014-cü il tarixli sazişlər,30.12.2014-cü il tarixli 027R********** saylı kredit razılaşması və ona edilmiş sazişlər ləğv olunsun. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 30 dekabr 2014-cü il tarixli 027R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 və Cavabdeh2 10588,27 (bir on min beş yüz səksən səkkiz ABŞ dolları iyirmi yeddi sent) ABŞ dolları əsas borc,10597,50 (bir on min beş yüz doxsan yeddi ABŞ dolları əlli sent) ABŞ dolları faiz borcu,469 (dörd yüz altmış doqquz) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 21654,77 (iyirmi bir min altı yüz əlli dörd ABŞ dolları yetmiş yeddi sent) ABŞ dolları məbləğində borc, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat və iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Tələb ipoteka predmeti ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Bakı şəhəri,Suraxanı rayonu,Qara Çuxur qəsəbəsi,Zaur Şərifov küçəsində istifadədə olan 0,186 ha torpaq sahəsində yerləşən 8 nömrəli,5 mərtəbəli binanın 7-ci girişində,3-cü mərtəbəsində yerləşən,37,64 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 71 nömrəli mənzilə yönəldilsin,həmin mənzil hərracda satılsın və satış yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 İddiaçı QSC-yə olan kredit borcu və dövlət rüsumu ödənilsin. Evin ilkin satış qiyməti 70000 (yetmiş min) manat məbləğində müəyyən edilsin. Cavabdeh2 məxsus Bakı şəhəri,Suraxanı rayonu,Qara Çuxur qəsəbəsi,Zaur Şərifov küçəsində istifadədə olan 0,186 ha torpaq sahəsində yerləşən 8 nömrəli,5 mərtəbəli binanın 7-ci girişində,3-cü mərtəbəsində yerləşən 3 otaqlı 71 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılsın,mənzil boşaldılsın və Alıcıya təhvil verilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. İddiaçı QSC-dən 72,50 (yetmiş iki manat əlli qəpik) manat və Cavabdeh1 və Cavabdeh2 72,50 (yetmiş iki manat əlli qəpik) manat məhkəmə mühasibatlıq ekspertiza xərcləri X1, kod 210005,VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi – VÖEN **********, Hesab № AZ34CTRE******************** büdcə təsnifatının kodu 142319, büdcə səviyəsinin kodu 3 hesabına ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-12/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-12/2021
27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver