Məhkəmə qərarları › İş №2(077)-122/2025

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №2(077)-122/2025

12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № 2(077)-122/2025 12.02.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ Mən Şuşa Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddiaya dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddiaya dair ərizə ilə Şuşa Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Kiçik iddiaya dair ərizə Elektron məhkəmə sistemində qeydiyyatdan keçirildiyi zaman iddia ərizəsinə əlavə olunmuş xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbz “qəbz artıq istifadə olunub” qeyd olunmuş, eyni zamanda, Elektron məhkəmə sistemində qəbz haqqında məlumat yoxlanılarkən, “********** qəbz nömrəsi, ********** -VOEN-ə uyğun hec bir məlumat tapılmadı” göstərilmişdir, Hesab edirəm ki, qeyd olunan hallar iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumunun ödənilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə hesab edirəm ki, dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddiaya dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan (alındığı vaxtdan) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar