Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-124/2021 05.04.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 qızının qızının iclas katibliyi ilə, İddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «FİNCA Azerbaijan» MM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh1 ilə «FİNCA Azerbaijan» MM QBKT arasında bağlanmış 22 noyabr 2019-cu il tarixli **********0650 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 1080 (bir min səksən) manat məbləğində əsas borc, 33,49 (otuz üç manat qırx doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1113,49 (bir min yüz on üç manat qırx doqquz qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında 22 noyabr 2019-cu il tarixli **********0650 saylı kredit (restrukturizasiya) müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən bank cavabdehə vaxtı keçmiş 1080 manat məbləğində kredit borcunu 1 il güzəşt müddəti tətbiq edilməklə 5 il müddətinə illik 1% hesablanmaqla vermişdir.Kredit müqaviləsinin təminatı kimi «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh2 arasında 22 noyabr 2019-cu il tarixli **********0***- ******* saylı zaminlik müqaviləsi bağlanılmış, o, Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.Müqavilələr bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir. Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcundan heç bir ödəniş etməmişdir.Hazırda 28.01.2021-ci il tarixinə cavabdehin 22 noyabr 2019-cu il tarixli **********0650 saylı müqavilə üzrə 1080 manat məbləğində əsas borc və 33,49 manat məbləğində faiz borcu olmaqla, cəmi 1113,49 manat məbləğində borcu hesablanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan : - iddiaçı «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2019-cu il tarixli **********0650 saylı kredit müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə 1 il güzəşt müddəti tətbiq edilməklə 5 il müddətinə illik 1% hesablanmaqla 1080 manat məbləğində kredit verilmişdir. - kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 22 noyabr 2019-cu il tarixli **********0650 saylı müqavilə üzrə almış olduğu pulu 22.12.2019-cu il tarixdən başlayaraq ilk 12 ay 0,93 manat,sonrakı aylar 22,97 manat ödəniş etməklə 22.11.2024-cü il tarixədək ödəməli idi. - iddiaçı «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 27.01.2020-ci il tarixli Z-RGTK1765962A107 saylı zaminlik müqaviləsindən görünür ki, cavabdeh bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşıyır. - iddiaçı «FİNCA Azerbaijan» MM QBKT-nın 28.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki,Cavabdeh1 22 noyabr 2019-cu il tarixli **********0650 saylı kredit müqaviləsinə əsasən 1080 manat əsas borc və 33,49 manat faiz borcu olmaqla, cəmi 1113,49 manat borcu vardır. - “Asan ödəniş” sisteminə ödənilmiş 15.02.2021-ci il tarixli **********80 saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Nəticədə cavabdehlərin banka 22 noyabr 2019-cu il tarixli **********0650 saylı kredit müqaviləsi üzrə 1080 manat əsas borcu və 33,49 manat faiz borcu olmaqla,cəmi 1113,49 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli vəi.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər,əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən 22 noyabr 2019-cu il tarixli **********0650 saylı kredit müqaviləsi üzrə yaranmış 1080 manat əsas borc və 33,49 manat faiz borcu olmaqla,cəmi 1113,49 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı «FİNCA Azerbaijan» MM QBKT-na ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. «FİNCA Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2019cu il tarixli **********0650 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1080 (bir min səksən) manat məbləğində əsas borc, 33,49 (otuz üç manat qırx doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 1113,49 (bir min yüz on üç manat qırx doqquz qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq «FİNCA Azerbaijan» MM QBKT-nın xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-124/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-124/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver