Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-14/2021 05.04.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Allahverən Məhərrəm oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli 106804-553514/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh 9181,38 (doqquz min yüz səksən bir manat otuz səkkiz qəpik) manat əsas borc, 1416,54 (bir min dörd yüz on altı manat əlli dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 10597,92 (bir on min beş yüz doxsan yeddi manat doxsan iki qəpik) manat məbləğində pulun, həmçinin ərizəyə görə ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun İddiaçı ASC- nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinə əlavə verərək 08 noyabr 2019-cu il tarixli 106804- 553514/1 saylı kredit müqaviləsinə xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırdı ki, Cavabdeh istehlak məqsədləri üçün 36 (otuz altı) ay müddətinə ,illik 16,5/% olmaqla hər ay 339,88 manat ödəmək şərti ilə nağd şəkildə istifadə olunmaqla 9600 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 08 noyabr 2019-cu il tarixli 106804-553514/1 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu ödəmir. Kredit müqaviləsinə əsasən cavabdehin 29.07.2020-ci il tarixinə əsas borcu 9181,38 manat, faiz borcu 1416,54 manat olmaqla, cəmi 10597,92 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununla da cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliyi yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır.Hal-hazırda cavabdehin kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 10597,92 manat təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş olunur. Məhkəmə prosesi zamanı iddiaçının nümayəndəsi Məhkəmə Ekspertizası Mərkəzinin 22.02.2021-ci il tarixli 9/5431 saylı rəyi ilə razı olmadığını və iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq işə cavabdeh Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyib, işdəki sənədləri araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: -İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli 106804-553514/1 saylı kredit müqaviləsindən görünür ki,İddiaçı ASC tərəfindən cavabdeh Cavabdeh illik 16,5 faiz dərəcəsi ilə 36 ay ərzində ödənilməsi şərti ilə 9600 manat məbləğində kredit verilmişdir. - 29 iyul 2020-ci il tarixli maliyyə arayışından görünür ki, 08 noyabr 2019-cu il tarixli 106804- 553514/1 saylı kredit müqaviləsinə əsasən cavabdeh Cavabdeh 29.07.2020-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu 9181,38 manat əsas borc, 1416,54 manat faiz borcu olmaqla, cəmi 10597,92 manat təşkil edir. - Kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh 9600 manat məbləğində almış olduğu krediti 08.12.2019-cu il tarixindən başlayaraq hər ay 339,88 manat ödəniş etməklə 08.11.2022-ci il tarixinədək ödəməli idi. - 08.11.2019-cü il tarixli kassa məxaric orderindən görünür ki, iddiaçı İddiaçı ASC Cavabdeh ilə bağlamış olduğu 08 noyabr 2019-cu il tarixli 106804-553514/1 saylı kredit müqaviləsinə əsasən üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək, sonuncuya 08.11.2019-cu il tarixdə 9600 manat məbləğində kredit vermişdir. - İddiaçı ASC tərəfindən cavabdehə göndərilmiş 11.03.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliyinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - 13.08.2020-ci il tarixli qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Məhkəmənin 13.11.2020-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibat ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22.02.2021-ci il tarixli 9/5431 saylı rəyinə əsasən cavabdehin İddiaçı ASC -yə 08 noyabr 2019-cu il tarixli 106804-553514/1 saylı kredit sazişi üzrə 29.07.2020-ci il tarixinə əsas borcunun 9271,27 manat və faiz borcunun 738,79 manat təşkil etdiyi müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsasları kimi Azərbaycan Respublikası MM-nin 385.1,385.2,386,421.2,422.2,445,448,460,739 və 741-ci maddələrinə istinad edilməlidir. İddiaçı İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizləri ilə verilməsini şərtləşdirirlərsə,faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli,borc bir il başa çatanadək qaytarılmalıdırsa borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirlə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki,bunun digər tərəfə vurduğu zərər nəticəsində o,müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla,habelə onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır. Məhkəmə mühasibatlıq ekspertizasının 22.02.2021-ci il tarixli 9/5431 saylı rəyinə əsasən cavabdehin İddiaçı ASC-yə 08 noyabr 2019-cu il tarixli 106804-553514/1 saylı kredit müqaviləsi üzrə əsas borcu 9271,27 manat müəyyən edilsə də, iddiaçı tərəfindən əsas məbləğin artırılması barədə ərizə daxil olmadığından iddia ərizəsində tələb olunan məbləğ 9181,38 manat əsas borc və 738,79 manat faiz borcu cavabdehdən öhdəlik icra edilmədiyinə görə tutularaq İddiaçı ASC-yə ödənilməli və tərəflər arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli 106804-553514/1 saylı kredit müqaviləsi xitam verilməlidir. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının qiyməti 100 manat təşkil edir. Məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə əsas iddiaçının Mülki qanunvericiliyin tələblərinə zidd olaraq müqavilə şərtlərinə (bənd 7.3.) “müqavilə ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş əsas məbləğin 0,5 faizi həcmində faiz hesablanır və tam həcmidə ödənilməlidir” müddəasını əlavə etməsi və bu əsasla gecikdirilmiş müddət üçün əsas məbləğə hesablanmış faiz məbləğindən əlavə, gecikdirilmiş hər gün üçün gecikdirilmiş əsas məbləğin 0,5 faizi həcmində faiz tələb etməsi olmuşdur.Ona görə də məhkəmə hesab edir ki,ekspertiza xərci iddiaçıdan tutulmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli 106804-553514/1 saylı kredit müqaviləsinə xitam verilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli 106804- 553514/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh 9181,38 (doqquz min yüz səksən bir) manat əsas borc, 738,79 (yeddi yüz otuz səkkiz) manat faiz borcu olmaqla, cəmi 9920,17 (doqquz min doqquz yüz iyirmi) manat məbləğində pulun, həmçinin ərizəyə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddiaçı ASC-dən 100 (bir yüz) manat mühasibatlıq ekspertiza xərcləri X1, kod 210005,VÖEN **********,müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi – VÖEN **********, Hesab № AZ34CTRE******************** büdcə təsnifatının kodu 142319,büdcə səviyəsinin kodu 3 hesabına ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-14/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-14/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver