Məhkəmə qərarları › İş №2(077)-141/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-141/2021

22.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-141/2021 22.04.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X7 iclas katibliyi, İddiaçı vəkili –nümayəndəsi X8 və Cavabdeh vəkili- nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 yanvar 2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh ümumi qazancının və başqa gəlirlərinin dörddə bir hissəsinin tutularaq İddiaçı Elxan qızına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi X13 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-164/2020 saylı 07 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Məmmədova (Allahverdiyeva) Vəfa Elxan qızı ilə Cavabdeh arasında 09 dekabr 2016-cı il tarixdə Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsində 258 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması,birgə nikahdan doğulmuş X4 anasının yanında qalması, Cavabdeh oğlundan 31.01.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16.08.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq X11 ödənilməsi və 31.01.2018-ci il təvəllüdlü X4 üç yaşına çatana kimi Cavabdeh hər ay 50 manat sabit pul məbləğində alimentin alınaraq X11 ödənilməsi qət edilmişdir.Bakı Apelyasiya Məhkəməsinin 17 iyun 2020-ci tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş,Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-164/2020 saylı 07 yanvar 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir.Cavabdeh hal-hazırda Bakı Slavyan Universitetində əsas və əvəzçilik müqavilələri üzrə iki müxtəlif vəzifədə işləyir.Bakı Slavyan Universitetinə ünvanlanmış sorğuya cavab olaraq cavabdehin orta aylıq əmək haqqı məbləğinin 866 manat məbləğində olduğu əksini tapmışdır.Hal-hazırda məhkəmə tərəfindən uşağın saxlanılması üçün müəyyən olunmuş 160 manat aliment məbləği uşağın təminatı üçün kifayət etmir.Cavabdeh hər ay 2ci qrup əlilliyə görə sosial müavinət və mülkiyyətində ev olmasına baxmayaraq hər ay məcburi köçkün pulu alır.Həmçinin cavabdehin göstərdiyi kompüter xidmətlərinə görə,Veteran az,Fədai az sayıtına və digər saytlara da məlumatlar yerləşdirməyə görə hər ay əlavə gəlirləri olur. Hal-hazırda gördüyü əlavə işlərlə birlikdə cavabdehin aylıq gəliri 5000 manatdan çox təşkil edir.Cavabdehin gəliri yüksək olduğundan X4 daha layiqli həyat səviyyəsini,qida təminatını təmin etmək iddiaçını daha çox düşündürür.İddiaçı Bakı Slavyan Universitetində baş müəllim vəzifəsində çalışır və filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi vardır.2021-ci ilin fevral ayından 3 illik analıq məzuniyyətindən qayıdaraq pedoqoji fəaliyyətini həmin universitetdə davam etdirir və aylıq əmək haqqı 322,38 manat təşkil edir.Aldığı əmək haqqının 300 manatını aylıq ev ipotekasına xərcləyir.İddiaçının aylıq gəliri cavabdehin aylıq gəlirindən qat-qat aşağıdır.Onlar planlı şəkildə evlənmişlər,övlad dünyaya gətirmişlər,ipoteka müqaviləsi əsasında iddiaçının ailəsinin köməkliyi ilə ev almışlar.Cavabdeh hər şeyi iddiaçının üzərinə atıb,onu çətin vəziyyətə salmışdır.Cavabdeh isə ailə məsuliyyətindən qaçaraq rahat,qayğısız şəkildə həyatını davam etdirir.İddiaçının isə maddi durumu yox dərəcəsindədir.Qızının və özünün zəruri yaşayış ehtiyaclarını ödəməkdə hədsiz dərəcədə əziyyət çəkir.Hal-hazırda iddiaçı valideynlərinin,yaxınlarının köməkliyi ilə həm aylıq ev ipotekasını, həm kommunal xərcləri,həm azyaşlı qızının, həm də, öz xərclərini ödəyir. Qızı Nurayın 2019-cu ilin mart ayından iyun ayınadək qızdırması fasilələrlə 40 dərəcədən yuxarı qalxırdı.Həkimlər səbəbini tapa bilmirdilər.Lakin uzunmüddətli müalicələrdən sonra qanı yuyulmaqla 3 aydan sonra vəziyyəti tədricən düzəldi.Hal-hazırda Nurayın sağlamlığı ciddi nəzarət altındadır.Mütəmadi olaraq qızdıması qalxır.Bağırsaqları genetik olaraq atasında olduğu kimi zəifdir, bu da, imunitetinin zəifləməsinə gətirib çıxarır.Nəticə də, tez –tez virusa yoluxur.Xırdalan və Yasamal rayon təcilli tibbi yardımının işçiləri, Bakı 5 nömrəli uşaq poliklinkası və Abşeron rayon uşaq piloklinikasının,6 nömrəli uşaq klinik xəstəxanasının,Ə.F.Qarayev adına kliniki uşaq xəstəxanasının,Ə.F.Qarayev adına kliniki uşaq xəstəxanasının,Leyla Şıxlinskaya,Tədris Cərrahiyyə,Bakı Qəbələ,Ömür klinikalarının həkimləri və tibbi sənədlər təsdiqləyir Bütün tibbi xərcləri valideynlərinin,qohumlarının iddiaçıya verdiyi pullarla ödəmişdir.Cavabdeh isə bütün bu xərclərə pul ödəməmişdir.Cavabdeh aliment ödənişlərini gecikdirməklə icra etmişdir. İddiaçı alimentlə bağlı məhkəməyə 2019-cu ilin avqust ayında müraciət etsə də, aliment yalnız 2020-ci ilin iyun ayından cavabdehin əmək haqqından hər ay 70% tutulma şəkilində ödənilirdi.Ona görə də,alimentin cavabdehin aylıq qazancının və gəlirlərinə yönəldilməsini istəyir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək bildirdi ki,nümayəndəsi olduğum şəxs Məmmədov X2 Vəfa Elxan qızı ilə birgə nikahından doğulmuş 31.01.2018-ci il təvəllüdlü qızı Məmmədzadə Nurayın saxlanması üçün ödənilməsi qət edilən aliment məbləğini hər ay vaxtlı-vaxtında ödəyir.Lakin iddia ərizəsində qeyd edildiyi kimi onun rəsmi iş yeri olan əlavə hansısa sayıtlarla işləməsi yalandır.Belə ki,iddiaçı heç bir əsası olmadan cavabdehin aylıq qazancının 5000 manat olmasını iddia edir. Cavabdeh yalnız Bakı Slavyan Universitetində müəllim işləyir,həmin işdən başqa heç bir işdə işləmir və başqa gəlirləri yoxdur.Bakı Slavyan Universitetində inzibati vəzifə tutmaqla 0,5 ştat vahidi müəllim olaraq çalışır.Bakı Slavyan Universitetinin ictimai həyatında aktiv iştirak edən təhsil işçisidir.Ali təhsilin həm bakalavr, həmdə magistratura pilləsinin məhz bu universitetdə bitirmişdir.Hazırda doktorantura pilləsində təhsil almaqla yanaşı elmi fəaliyyətlə də məşğul olur.Bir çox yerli və beynəlxalq dərəcəli sertifikatları var.Cavabdeh Şuşa şəhərindən məcburi köçkündür,2-ci qrup əlildir və ürək xəstəsidir.Sağlamlığı əlavə işdə işləməyə yol vermir.Mütəmadi olaraq həkim nəzarətindədir, xəstəxanadan yeni çıxmışdır.Təcili ürək əməliyyatına ehtiyacı olsa da,maddi imkansızlıq ucbatından təxirə salmağa məcbur olmuşdur.İddiaçı cavabdehin sağlamlığında ciddi problemlərin və ürəyinin xəstə olduğunu bilir.Həqiqətə uyğun olmayan əsassız iddialarla onu narahat edir.İddiaçı cavabdehi qızı Nurayla görüşməyə qoymur və hədələyir ki, onu tutduracaq.İddiaçı cavabdehi uşağını görməyən “məsuliyyətsiz ata” obrazını yaratmağa çalışır, şərəf və ləyaqətini alçaldaraq iftira və böhtanlarla işlədiyi kollektivdə haqqında mənfi rəy yaratmağa çalışır.Cavabdeh məsuliyyətli ata olduğu üçün kredit borclarının və müalicə xərclərinin olmasına baxmayaraq əmək haqqısının 70%-ni aliment və qızı 3 yaşına çatanadək saxlanması üçün iddiaçıya ödəyir.Əmək haqqısının böyük bir hissəsi aliment borcuna yönəldiyi üçün “xxxx” ASC-dən götürdüyü kredit ödənişlərini tam həcmdə icra edə bilmədiyi üçün ümumi məbləğin üzərinə faiz və dəbbə borcu hesablanmışdır. Məhkəmə iş materiallarını araşdırıb,iddiaçının və cavabdehin vəkillərinin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib, uşağın mənafeyini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan: - 3 saylı Bakı Asan Xidmət X15 tərəfindən 25 fevral 2018-ci il tarixdə verilmiş AZ-İV № 088918 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 birgə nikahından 31 yanvar 2018-ci il tarixdə X10 doğulmuşdur. - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-164/20 saylı 07.01.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 09 dekabr 2016-cı il tarixdə Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsində 258 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması,birgə nikahdan doğulmuş X3 anasının yanında qalması, Cavabdeh 31.01.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16.08.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq X11 ödənilməsi və 31.01.2018-ci il təvəllüdlü X4 üç yaşına çatana kimi Cavabdeh hər ay 50 manat sabit pul məbləğində alimentin alınaraq X11 ödənilməsi qət edilmişdir - Bakı Apelyasiya Məhkəməsinin 2(103)-34/17 saylı 17 iyun 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki,Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş,Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-164/2020 saylı 07 yanvar 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir - Bakı şəhər Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28.08.2020-ci il tarixli AZ-İ 362987 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X9 nikahları 17.06.2020-ci il tarixdə pozulmuşdur.Nikah pozulduqdan sonra ərə Məmmədov,arvada Allahverdiyeva soyadı verilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Slavyan Universitetinin 15.02.2021-ci il tarixli 10-05-41 saylı məktubundan görünür ki, Cavabdeh Bakı Slavyan Universitetində Monitorinq,qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsində müdir müavini və Pedoqogika və Psixologiya kafedrasında 0.5 ştat vahidi əvəzçiliklə müəllim vəzifəsində işləyir. Aylıq əmək haqqı 866 manat təşkil edir. - Azərbaycan Vətən Müharibəsi X5 30 mart 2021-ci il tarixli 37 saylı məktubundan görünür ki,Bakı Slavyan Universitetinin əməkdaşı Cavabdeh vətənpərvər mövqe nümayiş etdirərək Azərbaycan Vətən Müharibəsi X5 fəaliyyətinə təmənnasız, könüllü əsaslarla kömək edir və fəaliyyətinə görə təşkilat təərfindən ona maaş və qonorar ödənilmir. - “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzinin 30 mart 2021-ci il tarixli 06 saylı məktubundan görünür ki, Cavabdeh nə əvvəllər nə də ki, hazırkı dövrdə “Mütərcim” Nəşriyyat-Poliqrafiya Mərkəzində işləməmişdir. - «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 12 oktyabr 2020-ci il tarixli RGTK3188644A102 saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 48 ay müddətinə illik 26,54% hesablanmaqla 5686,07 manat məbləğində kredit verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı regional ərazi filialının 01.04.2021-ci il tarixli **********1 saylı məktubundandan görünür ki, Cavabdeh İİ qrup ümumi əlil kimi 130 manat müavinət alır. - Azərbaycan Respublikası Şuşa rayon İcra Hakimiyyətinin Başçısının 19.04.2021-ci il tarixli 5/188 saylı məktubundan görünür ki,Cavabdeh məcburi köçkün kimi 60 manat müavinət alır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci maddəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşağın maraqları naminə yol verilə bilər. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 76.1.1-ci maddəsinə əsasən 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh birgə nikahlarından 31 yanvar 2018-ci il təvəllüdlü X10 doğulmuşdur.Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-164/20 saylı 07.01.2020-ci il tarixli qətnaməsi ilə X14 ilə Cavabdeh arasında 09 dekabr 2016-cı il tarixdə Bakı şəhər Yasamal rayon Qeydiyyat şöbəsində 258 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması,birgə nikahdan doğulmuş X4 anasının yanında qalması,Cavabdeh 31.01.2018-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16.08.2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq X11 ödənilməsi və 31.01.2018-ci il təvəllüdlü X4 üç yaşına çatana kimi Cavabdeh hər ay 50 manat sabit pul məbləğində alimentin alınaraq X11 ödənilməsi qət edilmişdir Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki,Cavabdeh oğlu Bakı Slavyan Universitetində Monitorinq,qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsində müdir müavini və Pedoqogika və Psixologiya kafedrasında 0.5 ştat vahidi əvəzçiliklə müəllim vəzifəsində işləyir və aylıq əmək haqqı 866 manatdır. Göründüyü kimi,cavabdeh işləyir və sabit aylıq qazancı vardır.Eyni zamanda cavabdehin aylıq qazancının 1/4 hissəsi uşaq üçün qanunvericilikdə müəyyən edilmiş yaşayış minimumundan yüksəkdir. Məhkəmə tərəflərin birgə nikahından olan X4 ananın himayəsində olması,uşaq üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini,cavabdehin işləməsini və sabit aylıq qazanca malik olmasını,uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki,iddia təmin olunmalı,cavabdehdən azyaşlı uşağın saxlanılması üçün qazancın (başqa gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutulmalı və artırılmış aliment bu məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası Мülki Prosessual Мəcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmiş hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlara əsaslandırır. 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)- 164/2020 saylı 07 yanvar 2020-ci il tarixli qətnaməsi ilə təyin edilən alimentin məbləği dəyişdirilərək 31.01.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası МPМ-nin 77,88,172-179, 182,183,192,209-214,216-220 və 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-164/2020 saylı 07 yanvar 2020-ci il tarixli qətnaməsi ilə təyin edilən alimentin məbləği dəyişdirilərək 31.01.2018-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar