Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-141/2024 23.04.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X6 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” ddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona təhvil verilmiş avadanlığın dəyəri 401,20 manat olan vəsaitin tutularaq Bakı Şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab: AZ66CTRE********************; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta: azn, VÖEN: **********) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Ağayev X5 Rayon Məhkəməsinin 7(004)- 5/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində 420 saat müddətində ictimai işlər cəzası təyin edilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin böyük icra məmuru E.Kazımov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tətbiq edilmişdir. Elə həmin gün müvafiq protokolla 1 ədəd **********22010 seriya nömrəli elektron nəzarət qurğusu komplekti (1 ədəd nəzarət qurğusu, 1 ədəd həmin qurğunun enerji adapteri) Cavabdeh işlək və yararlı vəziyyətdə tətbiq edilərək təhvil verilmişdir. Nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh ictimai işlər növündə tənbehi tam yerinə yetirdiyi üçün xx.xx.2021-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Lakin, Cavabdeh ona təhvil verilmiş elektron nəzarət qurğusu komplektini gətirib İdarəyə təhvil verməmişdir. Belə olan halda hesab edir ki, cavabdehin günahı ucbatından Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin təqdim etdiyi arayışda avadanlığın dəyərinin 401,20 təşkil etməsi göstərilmişdir. Cavabdeh dəymiş ziyanı könüllü olaraq ödəmədiyi üçün mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Bakı Şəhər Probasiya İdarəsinin nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbələri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 7(004)-5/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki,Bakı Şəhər Probasiya İdarəsinin icra məmuru X2 məhkum Cavabdeh barəsində təyin olunmuş cərimə cəzasının digər cəza növü ilə əvəz edilməsi dair təqdimatı təmin edilərək, məhkum Cavabdeh barəsində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(046)-287/2018 saylı hökmü ilə təyin edilmiş 3.000 manat cərimə cəzasının 420 saat ictimai işlər cəzası ilə əvəz edilməsi, Cavabdeh cəzaçəkrnə müddətinin əvvəlinin ictimai işlər növündə cəzanı çəkməyə başladığı vaxtdan hesablanması, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması və qərarın icrasının Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Bakı Şəhər Probasiya şöbəsinin böyük icra məmuru E.Kazımov tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli “İctimai işlər cəzasına məhkum edilmiş şəxsə elektron nəzarət vasitəsinin tətbiq edilməsinə dair” protokoldan görünür ki, Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək 420 saat müddətində ictimai işlər cəzasına məhkum edilmiş Cavabdeh hüquq və vəzifələri izah edilməklə ona elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, 1 ədəd ictimai işlərə nəzarət üzrə monitorinq cihazının dəyəri 401,20 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, elektron avadanlıqlarının dəyəri nəzarət subyektindən tutularaq X1 aşağıda göstərilən hesabına köçürülməlidir. X3 Müxbir hesab: AZ41NABZ013601**********3944 VOEN: ********** Kod: 210005 SWİFT: CTREAZ22 Bakı şəhər maliyyə idarəsi Hesab nömrə: AZ66CTRE******************** Səviyyə kodu: 1 Təsnifat kodu: 142330 Valyuta: AZN VÖEN: ********** Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, Ədliyyə Nazirliyi Probasiya Xidmətinin Elektron Monitorinq İdarəsi tərəfindən yerli qurumlara təhvil verilmiş, istifadə zamanı zədələnmiş və ya digər üsulla yararsız vəziyyətə salınmış elektron nəzarət vasitələrinin dəyərinin məhkumlardan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X3ndə müvafiq hesablaşma hesabına köçürülməsini təmin etmək məqsədilə məhkəmələrdə iddia tələbiəri üzrə təmsil etmək, o cümlədən iddia ərizəsini yazmaq və imzalamaq, iddianın predmetini və ya əsasını dəyişdirmək, məhkəmələr tərəfindən çıxarılmış qərarlardan şikayət etmək, bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən verilən xidməti tapşırıqların yerinə yetirilməsinə dair qanunla müəyyən edilmiş hərəkətlər etmək Probasiya Xidmətinin bütün yerli qurumlarının rəislərinə və icra məmurlarına etibar olunur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15-2-ci maddəsinin tələblərinə görə, ictimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. 15-2.2. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 15-2.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 144 nömrəli qərarı ilə təsdiq edilmiş “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin tətbiqi” Qaydalarının 7.5-ci bəndinə əsasən əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Mülki Məcəllənin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, əmlakdan məhrum olması, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş işin faktiki hallarından müəyyən olunur ki, Cavabdeh elektron nəzarət avadanlıqlarının istifadə qaydalarının izah edilməsinə, bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilməsinə baxmayaraq, 401,20 manat dəyəri olan elektron nəzarət vasitəsini geri qaytarmamış, bununla da, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə 401,20 manat məbləğində maddi ziyan vurmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməli, həmin avadanlığın dəyəri cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə, iddi ərizəsinin verilməsinə görə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ona təhvil verilmiş avadanlığın dəyəri olan 401,20 (dörd yüz bir manat 20 qəpik) manat məbləğində pul tutularaq Bakı Şəhər Maliyyə İdarəsinin müvafiq hesabına (müxbir hesab: AZ66CTRE********************; səviyyə kodu: 1; təsnifat kodu: 142330; valyuta: azn, VÖEN: **********) köçürülsün. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq dövlət büdcəsinin hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(077)-141/2024
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-141/2024
23.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver