Məhkəmə qərarları › İş №2(077)-142/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-142/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-142/2021 29.04.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi üzrə tələbin girova yönəldilməsi,girovun açıq hərracda satılaraq kredit borcunun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «xxxx» ASC Cavabdeh qarşı iddia qaldıraraq,iddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2019-cu il tarixli PKLMB-0275 saylı kredit müqaviləsi üzrə 1748,46 (bir min yeddi yüz qırx səkkiz manat qırx altı qəpik) manat əsas borc, 491,67 (dörd yüz doxsan bir manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 2240,13 (iki min iki yüz qırx manat on üç qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutulması,tutmanın həmin kreditin təminatı kimi cavabdeh tərəfindən «xxxx» ASC-yə girov qoyulan: 1 ədəd 585 əyarlı 29,9 qram çəkili qızıl boyunbağı,5 ədəd 585 əyarlı 20 qram çəkili qızıl üzüklər,1 ədəd 585 əyarlı 2 qram çəkili qızıl sırğa,1 ədəd 585 əyarlı 5,4 qram çəkili qızıl komplekt və 1 ədəd 750 əyarlı 3,9 qram çəkili qızıl klon olmaqla qeyd edilən qızıl-zinyət əşyalarına yönəldilməsi,həmin qızıl-zinyət əşyalarının açıq hərracda satılmaqla əldə olunan vəsait hesabına götürülmüş kreditin əsas və faiz borclarının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC ilə Cavabdeh arasında 01 aprel 2019-cu il tarixli PKLMB-0275 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə istehlak məqsədilə 18 ay müddətinə illik faiz dərəcəsi 40% müəyyən edilməklə 2000 manat məbləğində kredit vermişdir.Kredit müqaviləsinin təminatı kimi tərəflər arasında 01 aprel 2019-cu il tarixli PKLMB-0275 saylı girov müqaviləsi imzalanmış və 1 ədəd 585 əyarlı 29,9 qram çəkili qızıl boyunbağı,5 ədəd 585 əyarlı 20 qram çəkili qızıl üzüklər,1 ədəd 585 əyarlı 2 qram çəkili qızıl sırğa,1 ədəd 585 əyarlı 5,4 qram çəkili qızıl komplekt və 1 ədəd 750 əyarlı 3,9 qram çəkili qızıl klon banka girov qoyulmuşdur.Müqavilələr bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliklərin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu xəbərdarlıq etmələrinə baxmayaraq ödəmir. Cavabdehin 01.10.2020-ci il tarixinə imzaladığı 01 aprel 2019-cu il tarixli PKLMB-0275 saylı kredit müqaviləsinə görə əsas borcu 1748,46 manat və faiz borcu 491,67 manat hesablanmışdır. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini qəbul edərək bildirdi ki,«xxxx» ASC-dən 2000 manat məbləğində kredit götürmüş və öhdəliklərini bir müddət icra etmişdir.Lakin sonradan maddi vəziyyəti pisləşdiyindən borcunu qaytara bilməmişdir. İddiaçı «xxxx» ASC-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş.,lakin «xxxx» ASC-nin nümayəndəsi ərizə göndərərək iddia tələbini müdafiə etdiklərini və mülki iş üzrə qətnamə çıxarılmasını xahiş etmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilib,lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə cavabdehin rəyini nəzərə alaraq işə «xxxx» ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb belə qərara gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - iddiaçı «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2019-cu il tarixli PKLMB-0275 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə illik 40% hesablanmaqla 2000 manat məbləğində borc pulun verilməsi, kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. - kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki,Cavabdeh 2000 manat məbləğində almış olduğu krediti 01.05.2019-cu il tarixindən başlayaraq hər ay 149,55 manat,sonuncu ay 149,46 manat ödəniş etməklə 01.10.2020-ci il tarixinədək ödəməli idi. - iddiaçı «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2019-cu il tarixli PKLMB-0275 saylı girov müqaviləsindən görünür ki, Cavabdeh pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə 01.04.2019-cu il tarixli təhvil-təslim aktında göstərilən əşyaları: 1 ədəd 585 əyarlı 29,9 qram çəkili qızıl boyunbağı,5 ədəd 585 əyarlı 20 qram çəkili qızıl üzüklər,1 ədəd 585 əyarlı 2 qram çəkili qızıl sırğa,1 ədəd 585 əyarlı 5,4 qram çəkili qızıl komplekt və 1 ədəd 750 əyarlı 3,9 qram çəkili qızıl klonu «xxxx» ASC-yə girov qoymuşdur. - 01.04.2019-cu il tarixli 089 saylı ödəniş tapşırığından görünür ki, «xxxx» ASC 01 aprel 2019-cu il tarixli PKLMB-0275 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək Cavabdeh 01.04.2019-cu il tarixdə 1980 manat məbləğində kredit vermişdir. - Cavabdeh «xxxx» ASC-yə ünvanladığı 01.04.2019-cu il tarixli ərizədən görünür ki,o, «xxxx» ASC ilə bağlamış olduğu kredit və girov müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirməyi öhdəsinə götürmüş,üzərinə götürdüyü vəzifələri icra etmədiyi halda ona məxsus qızıl-zinyət əşyalarına onun tərəfindən heç bir tələb yönəltmədən,akseptsiz qaydada «xxxx» ASC-yə verməyi və onlar tərəfindən məhkəmədən kənar satış olmasına etiraz etməyəcəyini bildirmişdir. - iddiaçı «xxxx» ASC-nin 10.03.2021-ci il tarixli 44 saylı maliyyə arayışından görünür ki,Cavabdeh 01.10.2020-ci il tarixinə iddiaçı «xxxx» ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi 01 aprel 2019-cu il tarixli PKLMB-0275 saylı kredit müqaviləsi üzrə 1748,46 manat əsas borc və 491,67 manat faiz borcu olmaqla,cəmi 2240,13 manat təşkil edir. - iddiaçı «xxxx» ASC-nin 10.03.2021-ci il tarixli 45 saylı hesabdan çıxarışından görünür ki, Cavabdeh 01 aprel 2019-cu il tarixli PKLMB-0275 saylı kredit müqaviləsi üzrə hazırkı vaxtadək 06.05.2019-cu il tarixdə 150 manat,01.07.2019-cu il tarixdə 150 manat,24.07.2019-cu il tarixdə 64 manat və 01.10.2019-cu il tarixdə 204 manat olmaqla,cəmi 568 manat məbləğində ödəniş etmişdir. - iddiaçı «xxxx» ASC tərəfindən cavabdehə göndərilmiş 02.03.2021-ci il tarixli 33 saylı bildirişdən görünür ki, cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - X2 ödənilmiş 27.01.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki,iddia tələbinin hüquqi əsasları kimi Azərbaycan Respublikası MM-nin 385.1,385.2,386,421.2,422.2,445,448,460,739 və 741-ci maddələrinə istinad edilməlidir. İddiaçı «xxxx» ASC ilə Cavabdeh arasında kredit müqavilələri bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirlə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki,bunun digər tərəfə vurduğu zərər nəticəsində o,müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla,habelə onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizləri ilə verilməsini şərtləşdirirlərsə,faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli,borc bir il başa çatanadək qaytarılmalıdırsa borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı «xxxx» ASC ilə Cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada 01 aprel 2019-cu il tarixli PKLMB- 0275 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış,iddiaçı tərəfindən 18 ay müddətinə illik 40% hesablanmaqla 2000 manat məbləğində pulun verilməsi öhdəliyi yerinə yetirilmiş,cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir.Hazırkı vaxtadək kredit borcundan 568 manat məbləğində ödəniş etmiş,həmin məbləğin 251,54 manatı əsas borca və 316,46 manatı isə faiz borcuna çıxılmışdır.Hazırda 01.10.2020-ci il tarixinə cavabdehin 1748,46 manat əsas borcu və 491,67 manat faiz borcu hesablanmışdır. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır. Buna görə də,Cavabdeh 01 aprel 2019-cu il tarixli PKLMB-0275 saylı kredit müqaviləsi üzrə 1748,46 manat əsas borc və 491,67 manat faiz borcu kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq «xxxx» ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir; Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir; Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq tərəflər arasında 01 aprel 2019-cu il tarixli PKLMB-0275 saylı girov müqaviləsi imzalanmış və cavabdeh qızıl-zinyət əşyalarını: 1 ədəd 585 əyarlı 29,9 qram çəkili qızıl boyunbağı,5 ədəd 585 əyarlı 20 qram çəkili qızıl üzüklər,1 ədəd 585 əyarlı 2 qram çəkili qızıl sırğa,1 ədəd 585 əyarlı 5,4 qram çəkili qızıl komplekt və 1 ədəd 750 əyarlı 3,9 qram çəkili qızıl klonu «xxxx» ASC-yə girov qoymuşdur. Hazırda Cavabdeh bu girovla təmin edilmiş öhdəliyini cavabdeh olduğu səbəblərdən icra edə bilmir.İddiaçı da bu səbəbdən tələblərinin ödənilməsi üçün tutmanın girov qoyulmuş əşyaya yönəldilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli kredit borcu üzrə tutma borcun təminatı olaraq girovla yüklü edilmiş qızıl-zinyət əşyalarına: 1 ədəd 585 əyarlı 29,9 qram çəkili qızıl boyunbağı,5 ədəd 585 əyarlı 20 qram çəkili qızıl üzüklər,1 ədəd 585 əyarlı 2 qram çəkili qızıl sırğa,1 ədəd 585 əyarlı 5,4 qram çəkili qızıl komplekt və 1 ədəd 750 əyarlı 3,9 qram çəkili qızıl klona yönəldilməli,həmin girov predmeti açıq hərracda satılmalı və satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçı «xxxx» ASC-yə ödənməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2019-cu il tarixli PKLMB-0275 saylı kredit müqaviləsi üzrə Cavabdeh 1748,46 manat məbləğində əsas borc,491,67 manat məbləğində faiz borcu və 30 manat məbləğində dövlət rüsumu tutularaq «xxxx» ASC-nin xeyrinə ödənilməli,tələb: 1 ədəd 585 əyarlı 29,9 qram çəkili qızıl boyunbağı,5 ədəd 585 əyarlı 20 qram çəkili qızıl üzüklər,1 ədəd 585 əyarlı 2 qram çəkili qızıl sırğa,1 ədəd 585 əyarlı 5,4 qram çəkili qızıl komplekt və 1 ədəd 750 əyarlı 3,9 qram çəkili qızıl klona yönəldilməli,həmin girov predmeti açıq hərracda satılmaqla satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçı «xxxx» ASC-yə ödənməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172- 179,209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış 01 aprel 2019-cu il tarixli PKLMB- 0275 saylı kredit müqaviləsi üzrə 1748,46 (bir min yeddi yüz qırx səkkiz manat qırx altı qəpik) manat əsas borc,491,67 (dörd yüz doxsan bir manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla,cəmi 2240,13 (iki min iki yüz qırx manat on üç qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq «xxxx» ASC-nin xeyrinə ödənilsin. Tutma girov predmeti olan Cavabdeh məxsus qızıl-zinyət əşyalarına: 1 ədəd 585 əyarlı 29,9 qram çəkili qızıl boyunbağı,5 ədəd 585 əyarlı 20 qram çəkili qızıl üzüklər,1 ədəd 585 əyarlı 2 qram çəkili qızıl sırğa,1 ədəd 585 əyarlı 5,4 qram çəkili qızıl komplekt və 1 ədəd 750 əyarlı 3,9 qram çəkili qızıl klona yönəldilsin, həmin girov predmeti açıq hərracdan satılsın və satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçı «xxxx» ASC-yə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar