Məhkəmə qərarları › İş №2(077)-142/2025

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-142/2025

10.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-142/2025 10.04.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X7 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4000 manat məbləğində pulun və 60 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona bacısı X4 ləğv edilmiş İİ qrup əlillik dərəcəsini bərpa etdirib yenidən əlilliklə bağlı pensiya almasını təmin edəcəyi barədə yalan vədlər verib aldadaraq xx.xx.2022-ci il tarixdə 3.500 manat, xx.xx.2022-ci il tarixdə 500 manat göndərilməsinə nail olmaqla, ümumilikdə 4.000 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Sonradan aldadıldığını başa düşüb polis şöbəsinə müraciət etmiş, araşdırma aparıldıqdan sonra əməlində cinayət tərkib hissəsi olduğundan, cavabdehin barəsində cinayət işi başlanılmış və iş baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin qərarı ilə Cavabdeh əməli sübuta yetmiş, lakin, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilmişdir. Eyni zamanda tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmışdır. Həmin qərardan tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)- 2580/2024 nömrəli qərarı ilə təmin edilməmiş, dövlət ittihamçısı X2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilərək, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməsi və onun cinayət məsuliyyətinən azad edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-273/2024 nömrəli hökmü ləğv edilmiş, Cavabdeh təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar olaraq xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə xitam verilmişdir. Cavabdeh barəsində başqa cinayət işi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbirinin seçilməsi və hazırda başqa iş üzrə həbsdə saxlanılması nəzərə alınmışdır. Onun tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmış və mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ izah olunmuşdur. Həmin qərar qanuni qüvvəsini almışdır. İddiaçı məhkəməyə ərizə göndərərək üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. O, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 03 saylı İstintaq Təcridxanasında saxlanılır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hazırkı mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-2580/2024 saylı qərarının surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-273/2024 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməsi və X3 cinayət məsuliyyətindən azad edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə xitam verilməsi, Cavabdeh barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbirinin seçilməsinin nəzərə alınması, mülki İddiaçı vermiş olduğu mülki iddianın baxılmamış saxlanılması və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olmasının izah olunması qərara alınmışdır. İstintaq orqanı tərəfindən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham verilmiş və birinci instansiya məhkəməsinin qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə xitam verilmişdir ona görə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib təkrar dələduzluq etmişdir. Belə ki, Cavabdeh tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə İddiaçı sonuncunun bacısı X4 ləğv edilmiş İİ qrup əlillik dərəcəsini bərpa etdirib yenidən əlilliklə bağlı pensiya almasını təmin edəcəyi barədə yalan vədlər verib aldadaraq 11 yanvar 2022-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, M.Kazımovski küçəsində yerləşən “Qaxac” restoranında 3.500 manat, 12 yanvar 2022-ci il tarixdə Göyçay şəhəri, Nizami küçəsində yerləşən “Bolluq” mağazasında quraşdırılmış ödəmə terminalı vasitəsi ilə cinayətdən məlumatı olmayan qızı X1 adına açılmış "xxxx" ASC-nin kart hesabına 500 manat göndərilməsinə nail olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 4.000 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Həmin qərardan dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs və mülki İddiaçı tərəfindən isə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)- 2580/2024 saylı qərarı ilə zərərçəkmiş şəxs və mülki İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilərək, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(008)-273/2024 nömrəli qərarı ləğv edilməsi, Cavabdeh təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar olaraq xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi, Cavabdeh barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə xitam verilməsi, onun barəsində başqa cinayət işi üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən həbs qətimkan tədbirinin seçilməsi və hazırda başqa iş üzrə həbsdə saxlanılmasının nəzərə alınması, zərərçəkmiş şəxs və mülki İddiaçı tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması və mülki iddiaçıya mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun izah olunması qərara alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı bacısı X4 ləğv edilmiş İİ qrup əlillik dərəcəsini bərpa etdirib yenidən əlilliklə bağlı pensiya almasını təmin edəcəyi barədə yalan vəd verərək sonuncunun 4000 manat məbləğində pulunu ələ keçirərək əvəzində heç bir iş görməmiş, bu barədə ibtidai istintaqda və məhkəmədə dəfələrlə etirafedici ifadələr verərək, dələduzluq etməsini təsdiq etmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquq və münasibətlərin əmələ gəlməsinin əsaslarından biri olaraq təsbit etmişdir. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsasiar nəticəsində əmələ gəlməsi halları istisna olməola. öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, mülki qanunvericilikdə zərər vurulması (mülki hüquq pozuntusu) öhdəliyin yaranma əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə, məhkəmə, tədqiq olunmuş sübutlara əsasən Cavabdeh tərəfindən dələduzluq yolu ilə İddiaçı 4000 manat məbləğində ziyan vurulmasının təsdiq olunmasını nəzərə alıb, yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, 4000 manat məbləğində pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş 60 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrin rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat məbləğində pul və 60 (altmış) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar