Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-146/2021 08.07.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «Azəriqaz» İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 1784,75 (bir min yeddi yüz səksən dörd manat yetmiş beş qəpik) manat məbləğində zərərin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 1814,75 (bir min səkkiz yüz on dörd manat yetmiş beş qəpik) pulun tutuaraq «Azəriqaz» İB-nin Azərbaycan X5 şöbəsi üzrə (Kod 805153, VÖEN**********,M/HAZ03NABZ********************,SWİFTİBAZAZ2X,AzəriqazİB,VÖEN***** *****,İBAN:AZ50İBAZ********************) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,“Azəriqaz" İstehsalat Birliyi ilə Cavabdeh arasında 21.06.2017-ci il tarixdə 11/137 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış müqavilə əsasında “Azəriqaz'’ İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********10000 nömrəli abonent kodu verilmiş və qaz xəttinin üzərində G-4 markalı **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır.Lakin cavabdeh müqavilənin 2.3.2-ci yarımbəndinin və “X3” 6.5-ci bəndinin tələblərini pozaraq,istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. «Azəriqaz» İstehsalat Birliyinin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə,habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi,yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş,aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir.Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır.Həmçinin,qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaları tərəfindən “Təbii X3 pozulması haqqında” 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 853,20 manat,28.06.2019-cu il tarixli ******* saykl akt əsasında 64,80 manat,31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat,30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat,30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat,30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat,29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 133,20 manat və 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat olmaqla,ümumilikdə 1476 manat məbləğində maddi zərərin dəydiyi müəyyən olunmuşdur.Bundan başqa cavabdehin əlavə olaraq «Azəriqaz» İstehsalat Birliyinə 456,60 manat məbləğində qalıq borcu olmuş və bu borcdan 147,85 manat tutulmalar aparıldıqdan sonra hazırda 308,75 manat məbləğində borcu qalmışdır.Cavabdeh bağlamış olduğu “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.Hazırda Cavabdeh təbii qazdan istifadə qaydalarını pozduğuna görə 1784,75 manat debitor borcu qalmışdır. Məhkəmə iclasında çıxış edən «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi təmsil etdiyi qurumun iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: - «Azəriqaz» İstehsalat Birliyinin Bakı RQSD-nin rəisi ilə Cavabdeh arasında bağlanmış 21.06.2017-ci il tarixli 11/137 nömrəli Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədən görünür ki, həmin müqavilə paylayıcının müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır. - «Azəriqaz» İstehsalat Birliyinin **********10000 nömrəli abonentin saldosundan müəyyən edilir ki, istehlakçı Cavabdeh təbii qazdan istifadəyə və təbii qazdan istifadə qaydalarını pozduğuna görə 1476 manat məbləğində borcu yaranmışdır. - «Azəriqaz» İstehsalat Birliyinin **********3 smart sayğaclı abonentin çıxarışından görünür ki,istehlakçı Cavabdeh 308,75 manat məbləğində borcu vardır. - «Azəriqaz» İstehsalat Birliyinin Bakı RQSQ-nin nümayəndələri tərəfindən tərtib edilmiş təbii X3 pozulması haqqında 30.04.2019-cu il tarixli ******* saylı,28.06.2019-cu il tarixli ******* saylı,31.07.2019-cu il tarixli ******* saylı,30.08.2019-cu il tarixli ******* saylı, 30.09.2019-cu il tarixli ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı,29.11.2019-cu il tarixli ******* saylı və 30.12.2019-cu il tarixli ******* saylı aktlardan müəyyən edilir ki, Sabunçu rayonu,Ramana Südçülük sovxozunda (abonent kodu: **********10000) yaşayan istehlakçı Cavabdeh sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş, həmin akt istehlakçı X2 həmin aktı imzalamqdan imtina etmişdir. - X7 ödənilmiş 12.03.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30,40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 3.2.1, 3.2.2-ci bəndlərinə əsasən qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunverciliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndlərində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi akın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməli, qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsində göstərilmişdir ki,zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh yaşadığı (abonent kodu: **********10000) Sabunçu rayonu,Ramana südçülük sovxozunda sayğacdan kənar qaz xəttinin aşkar olunması ilə əlaqədar “Qazdan istifadə qaydaları”nın pozulması faktı müəyyən edildiyindən və həmin fakt üzrə «Azəriqaz» İstehsalat Birliyi tərəfindən itirilmiş təbii qazın dəyərinə görə borc hesablandığından,lakin buna baxmayaraq iddiaçı tərəfindən hərəkətsizlik edilərək borc məbləğinin artmasına şərait yaradıldığından iddia qismən əsaslı hesab edilməli, sonuncu akt 30.12.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat məbləğində pul zərər olaraq cavabdehdən tutulub iddiaçının «Azəriqaz» İB-nin Azərbaycan X5 şöbəsi üzrə (Kod805153,VÖEN**********,M/HAZ03NABZ********************, SWİFTİBAZAZ2X,AzəriqazİB,VÖEN**********,İBAN:AZ50İBAZ********************) bank hesabına ödənilməli,iddia qismən təmin edilməli,elə qeyd edilən əsaslarla da iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinin tərkibinə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 20 manatı Cavabdeh aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 295,20 manat borc və ödənilmiş 20 manat dövlət rüsumunu Cavabdeh tutularaq «Azəriqaz» İB-nin Azərbaycan X5 şöbəsi üzrə (Kod 805153,VÖEN**********,M/HAZ03NABZ********************,SWİFTİBAZAZ2X,AzəriqazİB,V ÖEN**********,İBAN:AZ50İBAZ********************) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 295,20 (iki yüz doxsan beş manat iyirmi qəpik) manat məbləğində borc və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq “Azəriqaz" İstehsalat Birliyinin Azərbaycan X5 şöbəsi üzrə (Kod805153,VÖEN**********,M/HAZ03NABZ********************, SWİFTİBAZAZ2X,AzəriqazİB,VÖEN**********,İBAN:AZ50İBAZ********************) xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-146/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-146/2021
08.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver