Məhkəmə qərarları › İş №2(077)-15/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-15/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-15/2021 20.05.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı «xxxx» KB ASC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı «kreditin,kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə,ipoteka predmetinə tutmanın yönəldilməsi»nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» KB ASC cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı «kreditin,kredit faizlərinin və cərimənin ödənilməsi,ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair iddia qaldıraraq,bankla Cavabdeh1 arasında bağlanmış 21 fevral 2014-cü il tarixli 15BK/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 05 dekabr 2014-cü il tarixli 120BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 15154,08 (bir on beş min yüz əlli dörd ABŞ dolları səkkiz sent) ABŞ dolları məbləğində əsas borc,843,10 (səkkiz yüz qırx üç ABŞ dolları on sent) ABŞ dolları məbləğində faiz borcu,1373,10 (bir min üç yüz yetmiş üç ABŞ dolları on sent) ABŞ dolları məbləğində cərimə borcu olmaqla,cəmi 17370,28 (bir on yeddi min üç yüz yetmiş ABŞ dolları iyirmi səkkiz sent) ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqının tutulması; tələbin ipoteka predmeti olan X2 mülkiyyətində olan Bakı şəhəri,Sabunçu rayonu,Ramana qəsəbəsi,yeni yaşayış massivi,124 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinə yönəldilməsi,bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 banka olan borcu tutularaq «xxxx» KB ASC-yə ödənilməsi; ipoteka predmetinin ilkin satış qiymətinin 50000 manat məbləğində müəyyən edilməsi; ipoteka predmeti olan Bakı şəhəri,Sabunçu rayonu,Ramana qəsəbəsi,yeni yaşayış massivi,124 saylı fərdi yaşayış evinə tutma yönəldildikdə və satılqdıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi iddia ərizəsinə əlavə verərək,ipoteka qoyan şəxs X2 23.02.2019-cu il tarixdə öldüyünü,lakin Cavabdeh2 və Cavabdeh3 faktiki olaraq ipoteka qoyulmuş əmlakda yaşasalarda,vərəsə qismində həmin əmlakı notarial qaydada qəbul etməmişlər.Hazırda «xxxx» KB ASC iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında 21 fevral 2014-cü il tarixli 15BK/14 saylı əsas kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən bank borcluya ******* manat məbləğində 60 ay müddətinə 21.02.2019cu il tarixədək müddət ərzində bu Müqavilə çərçivəsində Əlavə kredit müqavilələri bağlanılmaqla kredit vermiş və ona bank hesabı açmışdır.Əsas kredit müqaviləsinin təminatı kimi bankla X5 arasında 21 fevral 2014-cü il tarixli 15BKi/14 saylı ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən X5 mülkiyyətində olan Bakı şəhəri,Sabunçu rayonu,Ramana qəsəbəsi,yeni yaşayış massivi,124 saylı fərdi yaşayış evini və onun yerləşdiyi 0,12 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur.İpoteka müqaviləsi 22.02.2014-cü il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən RX №0352029 seriya,********** qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Əsas kredit müqaviləsi çərçivəsində bankla Cavabdeh1 arasında 05 dekabr 2014-cü il tarixli 120BKƏ/14 saylı əlavə kredit müqaviləsi bağlanmış və cavabdehə 36 ay müddətinə illik 22% hesablanmaqla 45000 ABŞ dolları məbləğində kredit verilmişdir.Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir. Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu vaxtlıvaxtında ödəməmişdir.Dəfələrlə tərəflər arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli 120BKƏ/14 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında müxtəlif sazişlər imzalanmış və kredit müqaviləsinin şərtləri dəyişdirilərək cavabdehə güzəşt edilmişdir.Hazırda 05.07.2020-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 15154,08 ABŞ dolları əsas borc,843,10 ABŞ dolları faiz borcu və 1373,10 ABŞ dolları cərimə borcu hesablanmışdır.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. İddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi,cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı «xxxx» KB ASC-nin nümayəndəsi məktub göndərərək iddianı tam həcmdə müdafiə etdiklərini,məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilib,lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb belə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: - «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 fevral 2014-cü il tarixli 15BK/14 saylı əsas kredit müqaviləsinə əsasən borc verən borc alana ******* AZN məbləğində 60 ay müddətinə 21.02.2019-cu il tarixədək bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlamaqla kredit verir. Kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə əlavə və kredit müqavilələri ilə tənzimlənir. - «xxxx» KB ASC ilə X5 arasında bağlanmış 21 fevral 2014-cü il tarixli 15BKi/14 saylı ipoteka müqaviləsinə əsasən Azərbaycan Respublikası DƏDRX tərəfindən 01.02.2008-ci il tarixində 81 nömrəli reyestr kitabında 7385 nömrəli vərəqində,reyestr nömrəsi **********24- 10301,qeydiyyat nömrəsi **********, qeydiyyatı aparılmış MH seriyalı ******* №li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə X3 məxsus olan Bakı şəhəri,Sabunçu rayonu,Ramana qəsəbəsi,yeni yaşayış massivi,124 saylı fərdi yaşayış evini və onun yerləşdiyi 0,12 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 31.01.2018-ci il tarixdə 81 nömrəli reyest kitabının 7385 nömrəli vərəqində,reyestr nömrəsi **********24-10301,qeydiyyat nömrəsi ********** qeydə alınmış RX ******* seriyalı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışına əsasən xüsusi mülkiyyət hüququ üzrə X2 mülkiyyətində olan Bakı şəhəri,Sabunçu rayonu,Ramana qəsəbəsi,yeni yaşayış massivi,124 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsi «xxxx» KB ASC-nin 16 saylı filialı tərəfindən ipoteka ilə yüklü edilmişdir. - «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli 120BKƏ/14 saylı əlavə kredit müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 22% olmaqla 45000 ABŞ dolları məbləğində borc pulun verilməsi,kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. - 120BKƏ/14 saylı əlavə kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 45000 ABŞ dolları məbləğində almış olduğu krediti 05.12.2014-cü ildən başlayaraq hər ay 1719 ABŞ dolları,sonuncu ay 1697 ABŞ dolları ödəniş etməklə 05.12.2017-cı il tarixədək ödəməli idi. - «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli 120BKƏ/14 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 21.04.2015-ci il tarixli sazişdən görünür ki,kredit müqaviləsinin faiz dərəcəsi dəyişdirilərək illik 20,5% müəyyən edilmiş və müddət isə 05.02.2019-cu il tarixədək uzadılmışdır. - 120BKƏ/14 saylı əlavə kredit müqaviləsinə 2 saylı Əlavədən görünür ki, Cavabdeh1 41325 ABŞ dolları məbləğində krediti 05.04.2015-ci ildən başlayaraq hər ay 1336 ABŞ dolları,sonuncu ay 1259 ABŞ dolları ödəniş etməklə 05.12.2019-cu il tarixədək ödəməli idi. - «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli 120BKƏ/14 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 14.03.2016-cı il tarixli sazişdən görünür ki,kredit müqaviləsində nəzərdə tutulmuş məbləğdən istifadəyə görə 1 ay güzəşt tətbiq olunmuşdur. - 120BKƏ/14 saylı əlavə kredit müqaviləsinə 3 saylı Əlavədən görünür ki, Cavabdeh1 36134 ABŞ dolları məbləğində krediti 05.02.2019-cu il tarixədək ödəməli idi. - «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli 120BKƏ/14 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 23.02.2017-ci il tarixli sazişdən görünür ki, kredit müqaviləsinin faiz dərəcəsi dəyişdirilərək illik 18% müəyyən edilmiş və 2 ay güzəşt tətbiq edilmişdir. - 120BKƏ/14 saylı əlavə kredit müqaviləsinə 4 saylı Əlavədən görünür ki, Cavabdeh1 28646 ABŞ dolları məbləğində krediti illik 18% hesablanmaqla 05.02.2019-cu il tarixədək ödəməli idi. - «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 30 yanvar 2018-ci il tarixli sazişdən görünür ki,21 fevral 2014-cü il tarixli 15BK/14 saylı əsas kredit müqaviləsinin bitmə müddəti 21 fevral 2024-cü ilə qədər uzadılmışdır. - «xxxx» KB ASC ilə X5 arasında bağlanmış 21 fevral 2014-cü il tarixli 15BKi/14 saylı ipoteka müqaviləsinə 30.01.2018-ci il tarixli Əlavə Sazişdən görünür ki,kredit müqaviləsinin müddəti 21.02.2024-cü il tarixədək uzadılmışdır. - «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 05 dekabr 2014-cü il tarixli 120BKƏ/14 saylı əlavə kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında 15.02.2018-ci il tarixli sazişdən görünür ki, kredit müqaviləsinin faiz dərəcəsi dəyişdirilərək illik 16% və müqavilənin bitmə müddəti 05.07.2020-ci il müəyyən edilmişdir. - 120BKƏ/14 saylı əlavə kredit müqaviləsinə 15.02.2018-ci il tarixli 2 saylı Əlavədən görünür ki, Cavabdeh1 20811 ABŞ dolları məbləğində krediti illik 16% hesablanmaqla 05.07.2020-ci il tarixədək ödəməli idi. - 21.02.2014-cü il tarixli ərizədən görünür ki, Cavabdeh3 Bakı şəhəri,Sabunçu rayonu,Ramana qəsəbəsi,yeni yaşayış massivi,124 saylı fərdi yaşayış evinin "xxxx" KB ASC-yə ipotekaya qoyulmasına razılıq vermiş,onun yerləşdiyi torpaq sahəsinə tutma yönəldildikdə və o satıldıqda yaşayış evini tərk etməyi öhdəsinə götürmüşdür. - 21.02.2014-cü il tarixli ərizədən görünür ki, Cavabdeh2 Bakı şəhəri,Sabunçu rayonu,Ramana qəsəbəsi,yeni yaşayış massivi,124 saylı fərdi yaşayış evinin "xxxx" KB ASC-yə ipotekaya qoyulmasına razılıq vermiş,onun yerləşdiyi torpaq sahəsinə tutma yönəldildikdə və o satıldıqda yaşayış evini tərk etməyi öhdəsinə götürmüşdür. - «xxxx» KB ASC tərəfindən cavabdehlərə göndərilmiş 05.04.2019-cu il tarixli PKKİED/1832 saylı pretenziyadan görünür ki, cavabdehlərə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - «xxxx» KB ASC-nin 01.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 oğlunun 05 dekabr 2014-cü il tarixli 120BKƏ/14 saylı əlavə kredit müqaviləsinə əsasən «xxxx» KB ASC-yə 05.07.2020-ci il tarixinə 15154,08 ABŞ dolları məbləğində əsas borc,843,10 ABŞ dolları məbləğində faiz borcu və 1373,10 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 17370,28 ABŞ dolları məbləğində borcu vardır. - X4 ödənilmiş 29.04.2019-cu il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. - Azərbaycan Respublikası 5 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 27.02.2019-cu il tarixli AZ-İ № 999055 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki,X5 23.02.2019-cu il tarixdə ölmüşdür.Bu barədə ölüm haqında akt qeydləri kitabında 27.02.2019-cu il tarixdə 290 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə müəyyən etmişdir ki,iddiaçı «xxxx» KB ASC ilə Cavabdeh1 arasında 21 fevral 2014-cü il tarixli 15BK/14 saylı əsas kredit müqaviləsi bağlanmış və 60 ay müddətinə 21.02.2019-cu il tarixədək bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlamaqla ******* AZN məbləğində kredit verməyi razılaşdırmışlar.Əsas kredit müqaviləsinin təminatı kimi bankla X5 arasında 21 fevral 2014-cü il tarixli 15BKi/14 saylı ipoteka müqaviləsi bağlanmış və X5 mülkiyyətində olan Bakı şəhəri,Sabunçu rayonu,Ramana qəsəbəsi,yeni yaşayış massivi,124 saylı fərdi yaşayış evini onun yerləşdiyi 0,12 ha torpaq sahəsini banka ipotekaya qoymuşdur.Əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 05 dekabr 2014-cü il tarixli 120BKƏ/14 saylı əlavə kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 22% hesablanmaqla 45000 ABŞ dolları məbləğində kredit verilmişdir.Müxtəlif vaxtlarda cavabdehə güzəşt edilərək kredit müqaviləsi üzrə müəyyən edilmiş faiz dərəcəsi azaldaraq 16%dək endirilmiş və kredit müqaviləsinin müddəti 05.07.2020-ci il tarixədək uzadılmışdır. Əlavə kredit müqaviləsinin 2.2-ci bəndinə görə Borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və müddətlərdə Borcverənə ödəməlidir ki,kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin müvafiq hissəsinin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə Borcverənə qaytarılmış olsun. Həmin müqavilənin 6.3-cü bəndinə görə Borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 7 təqvim günündən çox gecikdirdikdə 8-ci təqvim günündən başlayaraq Borcverən Borcalana qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməsi olan əsas borc məbləğinin illik 360%-dən – 720%-dək miqdarında və kreditə hesablanmış faizlərin ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan faiz məbləğinin illik 360%-dən – 720%-dək miqdarında cərimə tətbiq edir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,cavabdeh Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış əsas və əlavə kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehdən kredit müqaviləsi üzrə öhdəlik icra edilmədiyinə görə 15154,08 ABŞ dolları əsas borc və 843,10 ABŞ dolları faiz borcu tutularaq «xxxx» KB ASC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsas mənafelər nəzərə alınır. Odur ki,məhkəmə ödənilməsi tələb edilən 1373,10 ABŞ dolları dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq tənasübsüz surətdə azaldaraq 150 ABŞ dolları həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənn 414-416cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır.İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə,ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinin tələbinə görə əsas öhdəliyin,yaxud onun bir hissəsinin vaxtında icra olunmaması,əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətinin ardıcıl olaraq iki dəfə pozulması,ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab olunur. Həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olarsa Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə işin materiallarını araşdırıb hesab edir ki,tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində hər hansı qanun pozuntusu olmadığından iddia tələbi bu hissədə təmin edilməli və tələb ipoteka predmetinə yönəldilməlidir.İşin məhkəmə baxışında “xxxx” MMC-nin 10.03.2021-ci il tarixli 0512/21/UB saylı rəyi alınmış,həmin rəyə əsasən ipoteka predmeti olan Bakı şəhəri,Sabunçu rayonu,Ramana qəsəbəsi,yeni yaşayış massivində olan 0,12 ha torpaq sahəsi ilə birlikdə,həmin torpaq sahəsi üzərində yerləşən 1 mərtəbəli,3 otaqlı,55,97 m2 ümumi, 46,36 m2 yaşayış və 9,61 m2 köməkçi sahədən ibarət 124 nömrəli fərdi yaşayış evinin likvid dəyəri 65000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarında görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə iddia tələbinin ipoteka predmetinin hərracdan satılandan bir ay sonra cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılması hissəsinə münasibətdə qeyd edir ki,cavabdehlər ipoteka predmetində faktiki yaşamaqla həmin mirası qəbul etdiklərini şəksiz nümayiş etdirdiklərindən və qeyd edilən halda mənzili tərk etmələri barədə iddiaçı qarşısında notariat qaydada təsdiqlənmiş yazılı ərizələri olduğundan bu hissədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 20 manatı cavabdehə və 10 manatı iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə,qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli, 21 fevral 2014-cü il tarixli 15BK/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 05 dekabr 2014-cü il tarixli 120BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 15154,08 ABŞ dolları əsas borc,843,10 ABŞ dolları faiz borcu,150 ABŞ dolları cərimə borcu olmaqla,cəmi 16147,18 ABŞ dolları məbləğində borc,ödənilmiş 20 manat dövət rüsumu və 30 manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün dövlət rüsumu tutularaq «xxxx» KB ASC ödənilməli,tələb ipoteka predmeti olan Bakı şəhəri,Sabunçu rayonu,Ramana qəsəbəsi,yeni yaşayış massivində yerləşən 12 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinə yönəldilməli,əmlak açıq hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 banka olan borcu tutularaq «xxxx» KB ASC-yə ödənilməli,ipoteka predmetinin likvid dəyəri 65000 manat müəyyən edilməli,ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 çıxarılmalı,yaşayış sahəsini boşaltmalıdırlar. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 fevral 2014-cü il tarixli 15BK/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış 05 dekabr 2014-cü il tarixli 120BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 15154,08 (bir on beş min yüz əlli dörd ABŞ dolları səkkiz sent) ABŞ dolları əsas borc,843,10 (səkkiz yüz qırx üç ABŞ dolları on sent) ABŞ dolları faiz borcu və 150 (bir yüz əlli) ABŞ dolları cərimə borcu olmaqla,cəmi 16147,18 (bir on altı min yüz qırx yeddi ABŞ dolları on səkkiz sent) ABŞ dolları borc ödənilən vaxtı manata məzənnəsi ilə və 30 (otuz) manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün dövlət rüsumu tutularaq «xxxx» KB ASC-nin xeyrinə ödənilsin. Tələb ipoteka predmeti olan Bakı şəhəri,Sabunçu rayonu,Ramana qəsəbəsi,yeni yaşayış massivində yerləşən 12 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,12 ha torpaq sahəsinə yönəldilsin. İpoteka predmetinin likvid dəyəri 65000 manat müəyyən edilsin. İpoteka predmeti açıq hərracda satılsın,onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 05 dekabr 2014-cü il tarixli 120BKƏ/14 saylı əlavə kredit müqaviləsi üzrə 16147,18 (bir on altı min yüz qırx yeddi ABŞ dolları on səkkiz sent) ABŞ dolları borc,20 (iyirmi) manat dövlət rüsumu və 30 (otuz) manat ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınmasına dair xidmət haqqı tutularaq «xxxx» KB ASC-yə ödənilsin İddia tələbi qismən təmin edildiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manatın 20 (iyirmi) manatı Cavabdeh1 tutularaq iddiaçı «xxxx» KB ASC-yə ödənilməlidir İpoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdan sonra ən geci 1 ay müddətində Cavabdeh2 və Cavabdeh3 tərəfindən boşaldılsın. Qətnamədən, qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar