Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-163/2021 17.06.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq,bankla Cavabdeh1 arasında bağlanmış 1) 19 iyul 2019-cu il tarixli 3-MZ2-1-0- 461-19 saylı kredit müqaviləsi üzrə 7496,62 (yeddi min dörd yüz doxsan altı manat altmış iki qəpik) manat əsas borc, 1352,14 (bir min üç yüz əlli iki manat on dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 8848,76 (səkkiz min səkkiz yüz qırx səkkiz manat yetmiş altı qəpik) manat pulun, 2) 29 noyabr 2019-cu il tarixli 3-MZ2-2-0-672-19 saylı kredit müqaviləsi üzrə 10083,06 (bir on min səksən üç manat altı qəpik) manat əsas borc, 2287,88 (iki min iki yüz səksən yeddi manat səksən səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 12370,94 (bir on iki min üç yüz yetmiş manat doxsan dörd qəpik) manat pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması, «xxxx» İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 iyul 2019-cu il tarixli 3-MZ2-1-0-461-19 saylı kredit müqaviləsinin və İddiaçı ASC Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli 3-MZ2-2-0-672-19 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» İKB ASC ilə Cavabdeh1 arasında 19 iyul 2019-cu il tarixli 3-MZ2-1-0-461-19 saylı kredit (bank,SİF vəsaiti ilə verilən kreditlər üzrə) müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən bank cavabdehə şəxsi fəaliyyət məqsədilə 24 ay müddətinə illik faiz dərəcəsi 25% müəyyən edilməklə 10000 manat məbləğində kredit vermişdir.Kredit müqaviləsindən irəli öhdəliklərin təmini üsulu kimi «xxxx» İKB ASC ilə Cavabdeh2 arasında 19 iyul 2019-cu il tarixli 3-MZ2-1-0-461-19 saylı və Cavabdeh3 arasında 19 iyul 2019-cu il tarixli 3-MZ2-1-0-461-19 saylı zaminlik müqavilələri imzalanmışdır. Daha sonra İddiaçı ASC ilə Cavabdeh1 arasında 29 noyabr 2019-cu il tarixli 3-MZ2- 2-0-672-19 saylı kredit (bank,SİF vəsaiti ilə verilən kreditlər üzrə) müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən bank cavabdehə biznes fəaliyyəti məqsədilə 24 ay müddətinə illik faiz dərəcəsi 25% müəyyən edilməklə 11000 manat məbləğində kredit vermişdir.Kredit müqaviləsindən irəli gələn öhdəliklərin təmini üsulu kimi İddiaçı ASC ilə Cavabdeh2 arasında 29 noyabr 2019-cu il tarixli 3-MZ2-2-0-672-19 saylı və Cavabdeh3 arasında 29 noyabr 2019-cu il tarixli 3-MZ2-2-0-672-19 saylı zaminlik müqavilələri imzalanmışdır. Müqavilələr bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliklərin məsuliyyəti izah edilmişdir.Lakin cavabdeh tərəfindən kredit borcunun ödənilməsində gecikmələr olduğundan bank tərəfindən ona güzəşt edilmiş və tərəflər arasında 19 iyul 2019-cu il tarixli 3-MZ2-1-0-461-19 saylı kredit müqaviləsinə 29 aprel 2020-ci il tarixli Əlavə saziş imzalanmışdır.Əlavə sazişə əsasən əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay müəyyən edilmişdir.Əlavə sazişə uyğun olaraq Cavabdeh2 və Cavabdeh3 ilə bağlanmış zaminlik müqavilələrinə də 29.04.2020-ci il tarixli Əlavə saziş imzalanmışdır.Həmçinin bankla Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli 3-MZ2-2-0-672-19 saylı kredit müqaviləsinə 29.04.2020-ci il tarixli Əlavə saziş imzalanmış və əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay müəyyən edilmişdir.Həmin Əlavə sazişə uyğun olaraq zaminlərlə də yenidən 29.04.2020-ci il tarixli Əlavə saziş imzalanmışdır. Cavabdehə güzəşt edilməsinə baxmayaraq o,ödəməli olduğu kredit borcunu ödəməmişdir.Cavabdehin 29.03.2021-ci il tarixinə imzaladığı 1) 19 iyul 2019-cu il tarixli 3-MZ2-1-0-461-19 saylı kredit müqaviləsinə görə əsas borcu 7496,62 manat və faiz borcu 1352,14 manat, 2) 29 noyabr 2019-cu il tarixli 3-MZ2-2-0-672-19 saylı kredit müqaviləsinə görə əsas borcu 10083,06 manat və faiz borcu 2287,88 manat hesablanmışdır.Borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək borc ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən,məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə,işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib,işdəki sənədləri,sübutları işin bütün faktiki hallarını tam,hərtərəfli və obyektiv araşdırıb belə qərara gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki,iş materiallarında olan: - iddiaçı «xxxx» İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 iyul 2019-cu il tarixli 3-MZ2-1-0-461-19 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 25% hesablanmaqla 10000 manat məbləğində borc pulun verilməsi, kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. - kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki,Cavabdeh1 10000 manat məbləğində almış olduğu krediti 19.08.2019-cu il tarixindən başlayaraq hər ay 416,67 manat,sonuncu ay 416,59 manat ödəniş etməklə 19.07.2021-ci il tarixinədək ödəməli idi. - iddiaçı «xxxx» İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 19 iyul 2019-cu il tarixli 3-MZ2-1-0-461-19 saylı və Cavabdeh3 arasında bağlanmış 19 iyul 2019-cu il tarixli 3- MZ2-1-0-461-19 saylı zaminlik müqavilələrinə əsasən 19 iyul 2019-cu il tarixli 3-MZ2-1-0- 461-19 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli 3-MZ2- 2-0-672-19 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 25% hesablanmaqla 11000 manat məbləğində borc pulun verilməsi, kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. - kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki,Cavabdeh1 11000 manat məbləğində almış olduğu krediti 29.12.2019-cu il tarixindən başlayaraq hər ay 458,33 manat,sonuncu ay 458,41 manat ödəniş etməklə 29.11.2021-ci il tarixinədək ödəməli idi. - iddiaçı «xxxx» İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli 3-MZ2-2-0-672-19 saylı və Cavabdeh3 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli 3-MZ2-2-0-672-19 saylı zaminlik müqavilələrinə əsasən 29 noyabr 2019-cu il tarixli 3-MZ2-2-0-672-19 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 iyul 2019-cu il tarixli 3-MZ2-1-0- 461-19 saylı kredit müqaviləsinə 29.04.2020-ci il tarixli Əlavə sazişdən görünür ki,əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay müəyyən edilmişdir. - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 iyul 2019-cu il tarixli 3-MZ2-1-0- 461-19 saylı kredit müqaviləsinə 29.04.2020-ci il tarixli Əlavə sazişdən görünür ki,əsas borc məbləğinin ödənilməsi üçün güzəşt müddəti 3 ay müəyyən edilmişdir. - İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 19 iyul 2019-cu il tarixli 3-MZ2-1-0-461-19 saylı kredit müqaviləsinə 29.04.2020-ci il tarixli Əlavə sazişdən görünür ki,19 iyul 2019-cu il tarixli 3-MZ2-1-0-461-19 saylı kredit müqaviləsinin müddəti 19.10.2021-ci il tarixədək uzadılmışdır. - İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli 3-MZ2-2-0-672-19 saylı kredit müqaviləsinə 29.04.2020-ci il tarixli Əlavə sazişdən görünür ki, 29 noyabr 2019-cu il tarixli 3-MZ2-2-0-672-19 saylı kredit müqaviləsinin müddəti 28.02.2022-ci il tarixədək uzadılmışdır. - İddiaçı ASC-nin 29.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki,Cavabdeh1 29.03.2021-ci il tarixinə İddiaçı ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi 1) 19 iyul 2019-cu il tarixli 3-MZ2-1-0-461-19 saylı kredit müqaviləsi üzrə 7496,62 manat əsas borc və 1352,14 manat faiz borcu, 2) 29 noyabr 2019-cu il tarixli 3-MZ2-2-0-672-19 saylı kredit müqaviləsi üzrə 10083,06 manat əsas borc və 2287,88 manat faiz borcu təşkil edir. - İddiaçı ASC tərəfindən cavabdehə göndərilmiş 24.02.2021-ci il tarixli KBD-3015 saylı və KBD-3016 saylı bildirişlərdən görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - X4 ödənilmiş 30.03.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçı ASC ilə Cavabdeh1 arasında kredit müqavilələri bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı ilə Cavabdeh1 arasında qanunla müəyyən edilmiş qaydada kredit müqavilələri,Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış,həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış,iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş,cavabdehlər isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirlə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki,bunun digər tərəfə vurduğu zərər nəticəsində o,müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla,habelə onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. 472-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizləri ilə verilməsini şərtləşdirirlərsə,faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli,borc bir il başa çatanadək qaytarılmalıdırsa borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Sadalanan qanunvericilik aktlarına və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqavilələrinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən,Cavabdeh2 və Cavabdeh3 müqavilə üzrə zamin durduğundan iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,cavabdehlərdən müştərək qaydada 1) 19 iyul 2019-cu il tarixli 3- MZ2-1-0-461-19 saylı kredit müqaviləsi üzrə 7496,62 manat əsas borc və 1352,14 manat faiz borcu, 2) 29 noyabr 2019-cu il tarixli 3-MZ2-2-0-672-19 saylı kredit müqaviləsi üzrə 10083,06 manat əsas borc,2287,88 manat faiz borcu kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq İddiaçı ASC-yə ödənilməli və «xxxx» İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 iyul 2019-cu il tarixli 3-MZ2-1-0-461-19 saylı kredit müqaviləsi və İddiaçı ASC Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli 3- MZ2-2-0-672-19 saylı kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, «xxxx» İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 iyul 2019-cu il tarixli 3-MZ2-1-0- 461-19 saylı kredit müqaviləsi və İddiaçı ASC Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli 3-MZ2-2-0-672-19 saylı kredit müqaviləsi ləğv edilməli,cavabdehlərdən müştərək qaydada 1) 19 iyul 2019-cu il tarixli 3-MZ2-1-0-461-19 saylı kredit müqaviləsi üzrə 7496,62 manat əsas borc və 1352,14 manat faiz borcu olmaqla,8848,76 manat borc 2) 29 noyabr 2019-cu il tarixli 3-MZ2-2-0-672-19 saylı kredit müqaviləsi üzrə 10083,06 manat əsas borc və 2287,88 manat faiz borcu olmaqla,12370,94 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172- 179,209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. «xxxx» İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 19 iyul 2019-cu il tarixli 3-MZ2- 1-0-461-19 saylı kredit müqaviləsi və İddiaçı ASC Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2019-cu il tarixli 3-MZ2-2-0-672-19 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1) 19 iyul 2019-cu il tarixli 3-MZ2-1-0-461-19 saylı kredit müqaviləsi üzrə 7496,62 (yeddi min dörd yüz doxsan altı manat altmış iki qəpik) əsas borc,1352,14 (bir min üç yüz əlli iki manat on dörd qəpik) manat faiz borcu olmaqla,cəmi 8848,76 (səkkiz min səkkiz yüz qırx səkkiz manat yetmiş altı qəpik) manat borc; 2) 29 noyabr 2019-cu il tarixli 3-MZ2-2-0-672-19 saylı kredit müqaviləsi üzrə 10083,06 (bir on min səksən üç manat altı qəpik) manat əsas borc, 2287,88 (iki min iki yüz səksən yeddi manat səksən səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 12370,94 (bir on iki min üç yüz yetmiş manat doxsan dörd qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-163/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-163/2021
17.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver