Məhkəmə qərarları › İş №2(077)-164/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-164/2021

20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-164/2021 20.05.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ İddiaçı və Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair mülki işə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ilə məhkəməyə müraciət edərək,Cavabdeh 5500 (beş min beş yüz) manat borcun, əldən çıxmış faydaya görə 550 (beş yüz əlli) manat,onun pul vəsaitini qanunsuz saxlamaqla ondan faydalanmağa görə 343,75 (üç yüz qırx üç manat yetmiş beş qəpik) manat pulun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla,ümumilikdə 6423,75 (altı min dörd yüz iyirmi üç manat yetmiş beş qəpik) manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 2 il bundan əvvəl Cavabdeh qazanc əldə etmək məqsədi ilə avtomobilin alınması üçün İddiaçı 15000 manat məbləğində borc pul verilməsini xahiş etmişdir.Cavabdeh həmin avtomobili daha baha qiymətə satdıqdan dərhal sonra iddiaçının pulunu qaytaracağını bildirmişdir. İddiaçı cavabdehin sözlərinə inanaraq ona 15000 manat məbləğində pul vermişdir.Cavabdehlə razılaşmalarına baxmayaraq həmin puldan 6 ay müddətinə hissə-hissə olmaqla cəmi 9000 manat məbləğində pul qaytarmışdır.Qalan 6000 manat pul isə borc olaraq qalmışdır.Sonradan cavabdehlə iddiaçı arasında 6000 manat məbləğində borc ilə bağlı 11 fevral 2020-ci il tarixdə yazlı borc müqaviləsi bağlanmışdır.Həmin müqavilənin şərtlərinə görə Cavabdeh 05 mart 2020-ci il tarixdən başlayaraq hər ayın 5-də 1000 manat olmaqla borcunun ödəyəcəyinə dair öhdəlik götürmüş, lakin aradan bir il keçməsinə baxmayaraq cavabdeh borcunu qaytarmamışdır.İddiaçı cavabdehin ona qarşı etibardan sui istifadə edərək dələduzluq etdiyini düşündüyü üçün cavabdehin hərəkətləri ilə bağlı polis orqanına müraciətlər etmiş və bununla bağlı Yasamal RPİ-nin 29-cu Polis şöbəsində müvafiq araşdırmaıar aparılmış və müraciətləri üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə 21.04.2020-ci il tarixli və 23.01.2021-ci il tarixli qərarlar qəbul edilmişdir.Araşdırmanın gedişatında cavabdeh borcunu etiraf etmiş,borcundan 500 manat qaytarmış və qalan borcunuda tezliklə qaytaracağına söz vermişdir.Bütün bunlara baxmayaraq cavabdeh hələ də borcunu qaytarmamışdır.iddiaçı bütün göstərilənlər səbəbindən ağır maddi və mənəvi zərərə düşmüşdür.Cavabdeh iddiaçıdan götürdüyü pulu vaxtında qaytarsa və öhdəliklərini vaxtında icra etsə idi, o,həmin 5500 manat məbləğində vəsaiti Respublika banklarından birinin depozit hesabına əmanət şəklində yerləşdirə bilər və müvafiq faizlər alardı.2020-ci il üzrə banklarda illik depozit faizləri minimum 10 faiz təşkil edir.İddiaçının hüquqlarının pozulması ilə bağlı əldən çıxmış faydaya görə 1il müddəti üçün 5500x10%=550 manat təşkil edir.Cavabdeh borcunu qaytarmaması ilə,pulu əsassız olaraq özündə saxlamaqla iddiaçıya 343,75 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh vəkili X3 iddia tələbini qismən qəbul edib, izahatında bildirdi ki,nümayəndəsi və vəkili olduğu şəxş 5500 manat borcdan 1000 manatını qaytarmış və onun hazırda iddiaçıya 4500 manat məbləğində borcu qalmışdır. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib,işin materiallarını araşdırıb,işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: - 11.02.2020-ci il tarixli yazlı borc müqaviləsindən görünür ki,Cavabdeh 05 mart 2020ci il tarixdən başlayaraq hər ayın 5-də İddiaçı 1000 manat olmaqla borcunu ödəyəcəyinə dair öhdəlik götürmüşdür. - Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı Natiq Abdullayevin 21.04.2020-ci il tarixli və baş təhqiqatçı Ruslan Əfəndiyevin 23.01.2021-ci il tarix qərarlarından müəyyən edilir ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 01.04.2021-ci il tarixli arayışından görünür ki,Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - 19.03.2021-ci il tarixli qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Cavabdeh şifahi borc müqaviləsinə əsasən 15000 manat pul vermiş,cavabdeh həmin borcdan 9000 manat pulu geri qaytarmış,lakin qalan məbləği ödəməmişdir.Ona görə də, tərəflər arasında 11 fevral 2020ci il tarixdə yazılı borc müqaviləsi imzalanmış və cavabdeh 6000 manat borcu 05 mart 2020-ci il tarixdən başlayaraq hər ayın 5-də 1000 manat olmaqla qaytaracağını öhdəsinə götürmüşdür.Lakin cavabdeh həmin borcdan cəmi 500 manat məbləğində pulu qaytarmışdır. Məhkəmə araşdırması zamanı cavabdehin vəkili hazırda Cavabdeh İddiaçı 4500 manat məbləğində borcu qaldığını bildirsə də,bu faktı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.Həmçinin tərəflərin izahatı və iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən müəyyən olunmuşdur ki,cavabdehin iddaçıya 5500 manat məbləğində borcu qalmışdır.Ona görə də,məhkəmə hesab edir ki,iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə iddia tələləbinin əldən çıxmış faydaya görə 550 manat və onun pul vəsaitinin qanunsuz saxlamaqla ondan faydalanmağa görə 343,75 manat hissəsinə gəldikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarında verilmiş şərhə uyğun olaraq hesab edir ki,cavabdeh borcunun yarısından çoxunu iddiaçıya qaytarmış,qalan borcun qaytarılmaması isə onun həmin puldan faydalanması ilə deyil,maddi vəziyyətinin pis olması isə əlaqəlidir.Həmçinin iddiaçı cavabdehin hərəkətləri nəticəsində ona qeyd edilən məbləğdə maddi ziyanın vurulmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi qeyd olunan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi 20 manat Cavabdeh alınaraq həmin rüsumu ödəmiş İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,Cavabdeh 5500 manat məbləğində borc və ödənilmiş 20 manat tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5500 (beş min beş yüz) manat məbləğində borc və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar