Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-165/2020 18.09.2020 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Əhmədova Aysel Zöhrab qızının və Cavabdeh1 iştirakı ilə , İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borc tələbi»nə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia qaldıraraq,bankla Cavabdeh1 arasında bağlanmış xx xxx 2015-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 381,84 (üç yüz səksən bir ABŞ dolları səksən dörd sent) ABŞ dolları məbləğində əsas borc,423,30 (dörd yüz iyirmi üç ABŞ dolları otuz sent) ABŞ dolları məbləğində faiz borcu,147,81 (bir yüz qırx yeddi ABŞ dolları səksən bir sent) ABŞ dolları cərimə borcu olmaqla,cəmi 952,95 (doqquz yüz əlli iki ABŞ dolları doxsan beş sent) ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı onunla əsaslandırdı ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında xx xxxxxxx 2008-ci il tarixli 02L000003986 saylı kredit xətti müqaviləsi bağlanmışdır.Həmin müqaviləyə əsasən cavabdehə 120 ay müddətinə bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün Kredit alana 20000 ABŞ dolları məbləğində kredit xətti açmışdır.Kreditlər tərəflər arasında “Kredit Razılaşması” və “Bank qarantiyası verilməsi haqqında müqavilə” formasında bağlanmış ayrıca razılaşma əsasında verilməsi razılaşdırılmışdır.Kredit xətti müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında xx xxxxxx 2010-cu il tarixli 02S000012533 saylı və Cavabdeh3 arasında xx xxxxxxx 2008-ci il tarixli 02S000004707 saylı zaminlik müqavilələri bağlanmışdır.Zaminlik müqavilələrinə əsasən Cavabdeh2 və Cavabdeh3 bankla Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2008-ci il tarixli 02L000003986 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icra edilməsi üçün birgə məsuliyyət daşıyırlar. Kredit xətti müqaviləsi əsasında bankla Cavabdeh1 arasında xx xxx 2015-ci il tarixli 002R********** saylı kredit razılaşması bağlanmış və cavabdehə 15 ay müddətinə,aylıq faiz dərəcəsi 2,25% hesablanmaqla 3500 ABŞ dolları məbləğində kredit verilmişdir.Müqavilələr bağlanan an cavabdehlərə üzərinə götürdükləri öhdəliyin məsuliyyəti izah edilmişdir.Cavabdeh götürdüyü kredit borcundan hazırkı vaxtadək 3118,16 ABŞ dolları ödəniş etmiş,lakin qalan borcunu ödəməli olduğu halda banka ödəməkdən yayınır.Bankla cavabdeh arasında dəfələrlə xx xxxxxxx 2008-ci il tarixli 02L000003986 saylı kredit xətti müqaviləsi üzrə xx xxx 2015-ci il tarixli 002R********** saylı kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsi haqqında müxtəlif sazişlər imzalanmışdır.Buna baxmayaraq cavabdeh kredit razılaşmasının şərtlərini yenə də pozmuş və xx.xx.2018-ci il tarixinə 305,49 ABŞ dolları əsas borc,kredit razılaşmasının 1.1-ci bəndinə görə 268,59 ABŞ dolları faiz borcu və kredit razılaşmasının 4.2.2-ci bəndinə görə 30,55 ABŞ dolları cərimə borcu hesablanmışdır.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi.Həmçinin bildirdi ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il Fərmanı 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə aid olduğundan cavabdehlə bağlanmış kredit müqaviləsi həmin Fərmanın təsir dairəsinə düşməmişdir. Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, İddiaçı QSC-dən kredit götürdükdən sonra xəstəliyi ilə əlaqədar maddi vəziyyəti pisləşmiş və borcunu vaxtında ödəyə bilməmişdir.Bu barədə bankla danışıqlar aparsa da,nəticə olmamışdır.Hazırda maddi vəziyyətində olan çətinliklərə görə borcunu birdəfəlik ödəməyə imkanı yoxdur. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən,məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə,işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 rəyini nəzərə alaraq işə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib,işdəki sənədləri tam,hərtərəfli araşdırıb məhkəmə belə qərara gəlir ki,iddia tələbi aşağıda qeyd olunanlara əsasən qismən təmin olunmalıdır. Belə ki,iş materiallarında olan: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2008-ci il tarixli 02L000003986 saylı kredit xətti müqaviləsindən görünür ki,iddiaçı tərəfindən cavabdehə 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində borc pulun verilməsi,kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. İddiaçı QSC ilə cavabdehlər arasında bağlanmış Cavabdeh3 xx xxxxxxx 2008ci il tarixli 02S000004707 saylı və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2010cu il tarixli 02S000012533 saylı zaminlik müqavilələrinə əsasən cavabdehlər bank qarşısında xx xxxxxxx 2008-ci il tarixli 02L000003986 saylı kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2015-ci il tarixli 002R********** saylı kredit razılaşmasına əsasən müqavilənin 1.1-ci bəndinə görə cavabdehə 15 ay müddətinə aylıq 2,25% hesablanmaqla 3500 ABŞ dolları məbləğində kredit verilmişdir. kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 3500 ABŞ dolları məbləğində almış olduğu krediti xx.xx.2015-ci ildən başlayaraq hər ay 280 ABŞ dolları,sonuncu ay 273,44 ABŞ dolları ödəniş etməklə xx.xx.2016-cı il tarixədək ödəməli idi. xx.xx.2015-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki,İddiaçı QSC Cavabdeh1 ilə bağlamış olduğu xx xxx 2015-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirərək,sonuncuya xx.xx.2015-ci il tarixdə 70 ABŞ dolları komissiya haqqı ödənilməklə 3500 ABŞ dolları məbləğində nağd kredit vermişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 002R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik ediləsi haqqında müqavilədən görünür ki, xx xxx 2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016-ci il tarixdən başlayaraq aylıq 2,1667% dərəcəsi ilə faiz hesablanır və cavabdeh xx.xx.2017-ci il tarixədək bu borcu ödəməlidir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli 002R**********SA saylı kredit razılaşması və ödəniş planına dəyişiklik ediləsi haqqında müqavilədən görünür ki, xx xxx 2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında verilmiş kreditin qaytarılma tarixi xx.xx.2017-ci il tarixədək uzadılmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2017-ci il tarixli 002R**********SD saylı kredit razılaşması və ödəniş planına dəyişiklik ediləsi haqqında müqavilədən görünür ki, xx xxx 2015-ci il tarixli 002R********** saylı kredit razılaşması əsasında verilmiş kreditin qaytarılma tarixi xx.xx.2018-ci il tarixədək uzadılmışdır. İddiaçı QSC-nin xx.xx.2020-ci il tarixli 21438 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 xx xxx 2015-ci il tarixli 002R**********saylı kredit razılaşması üzrə xx.xx.2018-ci il tarixinə İddiaçı QSC qarşısında yerinə yetirilməmiş öhdəliyi 305,49 ABŞ dolları əsas borc,268,59 ABŞ dolları faiz borcu və 30,55 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə 607,63 ABŞ dolları təşkil edir. İddiaçı QSC tərəfindən cavabdehlərə göndərilmiş xx.xx.2020-ci il tarixli 8090,8091 və 8092 saylı xəbərdarlıqlardan görünür ki,cavabdehlərə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin və cərimənin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərlərinə çatdırılmışdır. xx.xx.2020-ci il tarixli ********* saylı qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış,həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış,iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş,cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktlarına və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit xətti müqaviləsinə və kredit razılaşmasına əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,Cavabdeh1 xx xxx 2015-ci il tarixli 002R**********saylı kredit razılaşması üzrə 305,49 ABŞ dolları əsas borc və 268,59 ABŞ dolları hesablanmış faiz borcu kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə ödənilməsi tələb edilən 147,81 ABŞ dolları dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq və tənasübsüz surətdə azaldaraq 5 ABŞ dolları həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı QSC ilə cavabdehlər Cavabdeh3 arasında xx xxxxxxx 2008-ci il tarixli 02S000004707 saylı və Cavabdeh2 arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli 02S000012533 saylı zaminlik müqavilələrinə əsasən cavabdehlər bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər.Məhkəmə hesab edir ki,zaminlik müqaviləsinin şərtləri AR Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla tətbiq edilməlidir.Həmçinin Mülki Məcəllənin 367-ci maddəsinin tələbləri baxımından nəzərə alınmalıdır ki,müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir və zaminlik müqaviləsi, həmçinin, verilmə müddətinin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan məhkəmə qeyd edir ki, xx xxxxxxx 2008-ci il tarixli 02L000003986 saylı kredit xətti müqaviləsi üzrə xx xxx 2015-ci il tarixli 002R**********saylı kredit razılaşması üzrə zaminlik konkret müddət təyin edilməklə verilmişdir.Buna görə də AR Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir.Bu halda müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrasının vaxtının hansı andan çatdığıdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxxx 2008-ci il tarixli 02L000003986 saylı kredit xətti müqaviləsi üzrə xx xxx 2015-ci il tarixli 002R**********saylı kredit razılaşmasında tərəflər razılaşmışlar ki,borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə,ödəniş cədvəlinə uyğun ödəyir,birinci ödəniş xx.xx.2015-ci il tarixdə,sonuncu ödəniş isə tərəflər arasında bağlanmış xx xxxxxxxx 2017-ci il tarixli 002R**********SE saylı kredit razılaşması və ödəniş cədvəlinə dəyişiklik edilməsi haqqında müqaviləyə əsasən xx.xx.2018-ci il tarixdə həyata keçirilməli idi.Tərəflər arasında bağlanılmış müqavilənin şərtlərindən göründüyü kimi onlar kredit borcunun və ona hesablanmış faizlərin ən geci xx.xx.2018-ci il tarixdə qaytarılmasını razılaşdırmışlar.Beləliklə,məhkəmə hesab edir ki,xx.xx.2008-ci il tarixli kredit xətti müqaviləsi üzrə xx xxx 2015-ci il tarixli kredit razılaşmasından irəli gələn öhdəliklərin icrası üçün borclu və zamin birgə və eyni həcmdə məsuliyyət daşısalar da,iddiaçı zaminə qarşı xx.xx.2019-cu il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda bu hüququndan istifadə etməmiş,əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı zaminlərə qarşı heç bir tələb irəli sürülməmişdir.Bilavasitə qanundan irəli gəldiyi,eləcə də,bankın zaminlərə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində keditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir.Həmçinin məhkəmə qeyd edir ki,zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir.Buna görə də,onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Göstərilənləri nəzərə alaraq məhkəmə iddia tələbinin kredit müqaviləsi üzrə yaranmış borcun zaminlər Cavabdeh3 və Cavabdeh2 tutulmasına dair hissəsi ilə razılaşmır və hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərlər ərzində kreditor tərəfindən zaminlərə qarşı tələb irəli sürülmədiyindən zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir, bu səbəbdən iddia tələbi zaminlər Cavabdeh3 və Cavabdeh2 aid hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki,qanunvericiliyin tələbinə əsasən dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutulmalı olsa da,dövlət rüsumu o halda cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilə bilər ki,cavabdeh qanunla dövlət rüsumunu ödəməkdən azad edilmiş şəxslər sırasına daxil olmasın. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx xxx 2015-ci il tarixli 002R********** saylı kredit razılaşması üzrə Cavabdeh1 305 (üç yüz beş) ABŞ dolları 49 (qırx doqquz) sent məbləğində əsas borc,268 (iki yüz altmış səkkiz) ABŞ dolları 59 (əlli doqquz) sent məbləğində faiz borcu,5 (beş) ABŞ dolları məbləğində cərimə borcu olmaqla,cəmi 579 (beş yüz yetmiş doqquz) ABŞ dolları 08 (səkkiz) sent borc ödənilən vaxtı manata məzənnəsi ilə tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. İddia zaminlər Cavabdeh3 və Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim imza Cəmilə Səfiyeva Əsli ilə düzdür Hakim Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(077)-165/2020
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-165/2020
18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver