Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-17/2021 02.03.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Allahverən Məhərrəm oğlunun sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı «İddiaçı» İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən «İddiaçı» İB-yə vurulmuş 5561,50 (beş min beş yüz altmış bir manat əlli qəpik) manat məbləğində zərərin və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 5591,50 (beş min beş yüz doxsan bir manat əlli qəpik) pulun cavabdehdən tutuaraq «İddiaçı» İB-nin AR Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (kod 805153, VÖEN**********,M/H AZ03NABZ********************,SWİFT İBAZAZ2X,İddiaçı İB, VÖEN**********,İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,“İddiaçı" İstehsalat Birliyi ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixli,AK-2/19212 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış müqavilə əsasında “İddiaçı'’ İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana “İddiaçı” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00550 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində xx.xx.2020-ci il tarixdə “ZENNER” markalı, G-4T mexaniki tipli,**********2 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə Qaydalarının 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə,habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş və aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş müxtəlif aktlar əsasında 2616,90 manat məbləğində “İddiaçı” İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Həmçinin 3E ödəniş proqramına (GASREP) əsasən məlum olmuşdur ki, abonentin əvvəlki dövrdən istifadə etdiyi təbii qaza görə 2920,90 manat məbləğində borcu qalmışdır. Yuxarıda göstərilənlərə əsasən cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda qalıq borcla birlikdə ümumi olaraq 5561,50 manat təşkil etməkdədir (saldo üzrə: “AGİS aktları 2616,90 manat + “GASREP”-dən AGİS bazasına qaytarılan qalıq borcu 2920,90 manat + istehlak olunmuş təbii qazın dəyəri 23,70 manat = 5561,50 manat). Cavabdeh onunla bağlanmış "Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə" müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, iddiaçı tərəfindən qeyd olunan ünvan yerləşən ev özbaşına tikili olmaqla orada onun tanışı X4 yaşayır. “İddiaçı” İB ilə müqavilənin onunla bağlanmasının səbəbi isə “İddiaçı” İB-nin əməkdaşları müqavilə bağlamağa gəldiyi zaman o, X2 evinə qonaq getmiş və F.Əhmədovun şəxsiyyət vəsiqəsi yanında olmadığından müqavilə onun adına bağlanmışdır. Lakin qeyd olunan ünvanla onun heç bir əlaqəsi yoxdur. O məcburi köçkün kimi əvvəldən Abşeron rayonu, Masazır qəsəbəsi, “Yeni ünvan 3 ünvanında məskunlaşmış və hazırda da orada yaşayır. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. İş materiallarında olan: -Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, AK-2/19212 saylı müqavilədən görünür ki, Bakı RQSD-nin rəisi ilə Cavabdeh arasında təbii qazdan istifadəyə görə tərəflər arasında öhdəlikiləri və vəzifələri, istifadə şərtlərini müəyyən edən müqavilə bağlanmışdır. - **********00550 saylı abonentin saldosundan görünür ki, Cavabdeh təbii qazdan istifadəyə görə 5561,50 manat məbləğində borcu yaranmışdır. - xx.xx.2017-ci il tarixli, №0115376 saylı, xx.xx.2017-ci il tarixli, №0118889 saylı, xx.xx.2017-ci il tarixli, №0121129 saylı,xx.xx.2018-ci il tarixli, №0184587 saylı,xx.xx.2018ci il tarixli, №0194231 saylı, xx.xx.2019-cu il tarixli, №0206327 saylı, xx.xx.2019-cu il tarixli, №0211453 saylı, xx.xx.2019-cu il tarixli, №0213235 saylı, xx.xx.2019-cu il tarixli, №0217605 saylı, xx.xx.2019-cu il tarixli, №0228723 saylı, xx.xx.2019-cu il tarixli, №0232344 saylı, xx.xx.2015-ci il tarixli, №0235610 saylı, xx.xx.2019-cu il tarixli, №0237986 saylı, xx.xx.2019-cu il tarixli, №0246643 saylı,xx.xx.2019-cu il tarixli, №0249869 saylı, xx.xx.2019-cu il tarixli, №0262834 saylı, xx.xx.2020-ci il tarixli, №0267478 saylı, xx.xx.2020-ci il tarixli, №0256977 saylı aktlardan görünür ki, İddiaçı İBnin işçiləri Bakı şəhəri,Qala qəsəbəsi ünvanında olan Cavabdeh məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deyişildiyi,sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilmiş və itirilmiş qazın bərpası üzrə dəymiş ziyan hesablanmışdır - Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Abşeron rayon MKİS-nin xx.xx.2020-ci il tarixli 675 saylı arayışından görünür ki,Şuşa rayonu,Zarıslı kəndində qeydiyyatda olan məcburi köçkün Cavabdeh Abşeron rayonu,Masazır qəsəbəsi,“Yeni Bakı” yaşayış kompleksi,ev 4D,mənzil 29 ünvanında müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş akt tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktın bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə bütün qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı təşkilat qaz sayğacına müdaxilənin məhz cavabdeh tərəfindən edilməsini,həmçinin cavabdehin həmin ünvanda yaşaması faktını sübuta yetirmədiyindən, cavabdeh tərəfindən kənar müdaxilə etməklə və qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi, həmçinin cavabdehin həmin ünvanda yaşaması məhkəmə araşdırması zamanı öz sübutunu tapmadığından iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadağını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinin tərkibinə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən «Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir,iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçı “İddiaçı” İstehsalat Birliyinə aid edilsin. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı “İddiaçı” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçı “İddiaçı” İstehsalat Birliyinə aid edilsn. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-17/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-17/2021
02.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver