Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-171/2020 29.09.2020 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, Cavabdeh iştirakı ilə, X3 Kredit Təşkilatı «xxxxxxxxxx» QSC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə əsas borcun,hesablanmış faiz və cərimənin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Kredit Təşkilatı «xxxxxxxxxx» QSC Cavabdeh qarşı iddia qaldıraraq, bankla cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 016-EMB-2421-19 saylı kredit müqaviləsinə əsasən 3164 (üç min yüz altmış dörd) manat məbləğində əsas borcun, 295 (iki yüz doxsan beş) manat 68 (altmış səkkiz) qəpik məbləğində cərimə borcu olmaqla, cəmi 3459 (üç min dörd yüz əlli doqquz) manat 68 (altmış səkkiz) qəpik borc və ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 Təşkilatı «xxxxxxxxxx» QSC ilə Cavabdeh arasında xx xxxxxx 2019-cu il tarixli 016-EMB-2421-19 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən bank borcluya 12 ay müddətinə,hər ay 264 manat,sonuncu ay 260 manat ödəniş etmək şərti ilə 3164 manat məbləğində kredit vermişdir. Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir. Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcundan heç bir ödəniş etməmişdir.Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2020-cı il tarixə əsas borcu 3164 manat və müqavilənin 3.1-ci bəndinə görə cərimə borcu 295,68 manat hesablanmışdır. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki,bankdan kredit götürdükdən sonra ailəsində olan sağlamlıq problemlərinə görə ödəniş edə bilməmişdir.Borcunu ödəməkdən boyun qaçırmır,lakin hazırda heç bir yerdə işləmir və borcunu hissə-hissə ödəyə bilər. X3 Kredit Təşkilatı «xxxxxxxxxx» QSC-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə və məhkəmə bildirişini almasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş,teleqram göndərərək işə onların iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilib,lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə Cavabdeh rəyini nəzərə alaraq işə X3 Kredit Təşkilatı «xxxxxxxxxx» QSC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib,işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki,iş materiallarında olan: - X3 Kredit Təşkilatı «xxxxxxxxxx» QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 016-EMB-2421-19 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə 3164 manat məbləğində kredit verilməsi, kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. - kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh 3164 manat məbləğində almış olduğu krediti xx.xx.2020-ci il tarixindən başlayaraq hər ay 264 manat,sonuncu ay 260 manat ödəniş etməklə xx.xx.2020-ci il tarixinədək ödəməli idi. - X3 Kredit Təşkilatı «xxxxxxxxxx» QSC-nin xx.xx.2020-ci il tarixli MA-0017807-20 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli 016-EMB- 2421-19 saylı kredit müqaviləsi üzrə X3 Kredit Təşkilatı «xxxxxxxxxx» QSC qarşısında yerinə yetirilməmiş öhdəliyi xx.xx.2020-ci il tarixinə 3164 manat əsas borc və 295,68 manat cərimə borcu olmaqla, cəmi 3459,68 manat təşkil edir. - X3 Kredit Təşkilatı «xxxxxxxxxx» QSC tərəfindən Cavabdeh göndərilmiş 8331\20 saylı bildirişdən görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - xx.xx.2020-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,X3 Kredit Təşkilatı «xxxxxxxxxx» QSC məhkəmədə iddia qaldırılmasından ötrü 30,40 manat dövlət rüsumu ödəmişdir. X3 Kredit Təşkilatı «xxxxxxxxxx» QSC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış,həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış,iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş,cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən, iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır. Buna görə də, cavabdehdən kredit müqaviləsi üzrə 3164 manat əsas borc kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq X4 Təşkilatı «xxxxxxxxxx» QSC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir. Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır. Odur ki, məhkəmə ödənilməsi tələb edilən 295,68 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq və tənasübsüz surətdə azaldaraq 30 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki,qanunvericiliyin tələbinə əsasən dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutulmalı olsa da,dövlət rüsumu o halda cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilə bilər ki,cavabdeh qanunla dövlət rüsumunu ödəməkdən azad edilmiş şəxslər sırasına daxil olmasın. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172- 179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. X4 Təşkilatı «xxxxxxxxxx» QSC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 016-EMB-2421-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 3164 (üç min yüz altmış dörd) manat məbləğində əsas borc,30 (otuz) manat məbləğində cərimə borcu olmaqla, cəmi 3194 (üç min yüz doxsan dörd) manat borc tutularaq X4 Təşkilatı «xxxxxxxxxx» QSC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-171/2020
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-171/2020
29.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver