Məhkəmə qərarları › İş №2(077)-174/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-174/2021

06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-174/2021 06.05.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı«xxxx» MMC-nin cavabdeh Cavabdeh qarşı“borcun tutulması tələbi” barədə barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq,məhkəmə Müəyyən etdi: İddiaçı«xxxx» MMC iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh: 1) «xxxx» MMC-nin xeyrinə 28.02.2019-cu il tarixli 00535407 saylı müqavilə üzrə İMEİ kodu **********50449 olan «Xiaomi Redmi 6A» markalı telefon üçün 172 (bir yüz yetmiş iki) manat ödənilməmiş hissə,17(on yeddi) manat cərimə borcu, 2) 03.06.2019-cu il tarixli 00699480 saylı müqavilə üzrə İMEİ Kodu **********90020 olan «Hoffmann X Go» markalı telefon üçün 82 (səksən iki) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə borcu, 3)05.07.2019-cu il tarixli ********* saylı müqavilə üzrə İMEİ kodu **********79157 olan «Xiaomi Redmi 7»markalı üçün 312 (üç yüz on iki) manat ödənilməmiş hissə, 31(otuz bir) manat cərimə borcu olmaqla ümumilikdə 622 (altı yüz iyirmi iki ) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxx» MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış 28.02.2019-cu il tarixli 00535407 saylı müqaviləsinə əsasən alqı-satqı qiyməti 324 manat (12 ay x 27 manat) İMEİ kodu **********50449 olan «Xiaomi Redmi 6A» telefon üçün ümumilikdə 189 manat olmaqla ondan 172 manat ödənilməmiş hissə,17 manat cərimə borcu borc yaranmışdır. 2.«xxxx» MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış 03.06.2019-cu il tarixli 00699480 saylı müqaviləsinə əsasən alqı-satqı qiyməti 176 manat (11 ay x 16 manat) İMEİ Kodu **********90020 olan «Hoffmann X Go» markalı telefon üçün ümumilikdə 90 manat olmaqla ondan 82 manat ödənilməmiş hissə,8 manat cərimə borcu borc yaranmışdır. 3.«xxxx» MMC ilə cavabdeh Cavabdeh arasında bağlanmış 05.07.2019-cu il tarixli ********* saylı müqaviləsinə əsasən alqı-satqı qiyməti 362 manat (18 ay x 20 manat + 2 manat ilkin ödəniş) İMEİ kodu **********79157 olan «Xiaomi Redmi 7»markalı telefon üçün ümumilikdə 343 manat olmaqla ondan 312 manat ödənilməmiş hissə,31 manat cərimə borcu borc yaranmışdır. Cavabdehin müqavilələr üzrə cəmi ödədiyi məbləğ 296 manat təşkil edir. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, borcu tam olaraq ödəməmişdir. Cavabdehə müxtəlif vaxtlarda xəbərdarlıq edilib, lakin heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin iki min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinəəsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 07 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdeh Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşıəsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə işüzrəəlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyəçağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinəəsasən, kiçik iddialar üzrəərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günüərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnaməçıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinəəsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarlaəsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinəəsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinəəsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 28.02.2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 12 aya 27 manat aylıq ödəmək şərti ilə İMEİ kodu **********50449 olan «Xiaomi Redmi 6A» markalı telefon almışdır. Kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh 28.02.2019-cu il tarixli 00535407 saylı müqavilə üzrə 327 manat məbləğində almış olduğu avadanlığın qiymətini 07.04.2019-cu il tarixdən başlayaraq hər ay 27 manat ödəniş etməklə 07.03.2020-ci il tarixədək ödəməli idi. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 03.06.2019-cu il tarixli 00699480 saylı müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 11 aya 16 manat aylıq ödəmək şərti ilə İMEİ Kodu **********90020 olan «Hoffmann X Go» markalı telefon almışdır. Kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh 03.06.2019-cu il tarixli 00699480 saylı müqavilə üzrə 176 manat məbləğində almış olduğu avadanlığın qiymətini 08.07.2019-cu il tarixdən başlayaraq hər ay 16 manat ödəniş etməklə 08.12.2019-cu il tarixədək ödəməli idi. “xxxx” MMC ilə Cavabdeh arasında bağlanmış 05.07.2019-cu il tarixli ********* saylı müqavilədən görünür ki, Cavabdeh “xxxx” MMC-dən 18 aya 20 manat aylıq ödəmək şərti ilə İMEİ kodu **********79157 olan «Xiaomi Redmi 7» markalı telefon almışdır. Kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh 05.07.2019-cu il tarixli ********* saylı müqavilə üzrə 362 manat məbləğində almış olduğu avadanlığın qiymətini 10.08.2019-cu il tarixdən başlayaraq hər ay 20 manat ödəniş etməklə 10.01.2021-ci il tarixədək ödəməli idi. -16.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki,cavabdehin 28.02.2019-cu il tarixli 00535407 saylı müqavilə üzrə əsas borc üzrə172 manat, cərimə borcu üzrə 17 manat olmaqla, cəmi 189 manat borcu, 03.06.2019-cu il tarixli 00699480 saylı müqavilə üzrə əsas borc üzrə 82 manat, cərimə borcu üzrə 8 manat olmaqla, cəmi 90 manat borcu, 05.07.2019-cu il tarixli ********* saylı müqavilə üzrə əsas borc üzrə 312 manat, cərimə borcu üzrə 31 manat olmaqla, cəmi 343 manat borcu vardır. - İddiaçı «xxxx» MMC tərəfindən cavabdehə göndərilmiş 10.06.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş vəəks təqdirdəkreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinəçatdırılmışdır. -17.03.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh müqavilə iləüzərinə götürdüyüöhdəliyi lazımi qaydada icra etməmiş, onun iddiaçının qarşısında icra edilməmiş kredit öhdəlikləri vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 205.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görəöz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinəöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsinigecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə görəəgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinəəsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə, məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 28.02.2019-cu il tarixli 00535407 saylı müqavilə üzrə İMEİ kodu **********50449 olan «Xiaomi Redmi 6A» markalı telefon üçün 172 manat ödənilməmiş hissə,17 manat cərimə borcu, 03.06.2019-cu il tarixli 00699480 saylı müqavilə üzrə İMEİ Kodu **********90020 olan «Hoffmann X Go» markalı telefon üçün 82 manat ödənilməmiş hissə, 8 manat cərimə borcu,05.07.2019-cu il tarixli ********* saylı müqavilə üzrə İMEİ kodu **********79157 olan «Xiaomi Redmi 7»markalı üçün 312 manat ödənilməmiş hissə, 31 manat cərimə borcu olmaqla ümumilikdə 622 manat borc və 30 manat məbləğində ödənilmiş manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-280 və 282-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Cavabdeh 28.02.2019-cu il tarixli 00535407 saylı müqavilə üzrə İMEİ kodu **********50449 olan «Xiaomi Redmi 6A» markalı telefon üçün 172 (bir yüz yetmiş iki) manat ödənilməmiş hissə,17(on yeddi) manat cərimə borcu,03.06.2019-cu il tarixli 00699480 saylı müqavilə üzrə İMEİ Kodu **********90020 olan «Hoffmann X Go» markalı telefon üçün 82 (səksən iki) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat cərimə borcu,05.07.2019-cu il tarixli ********* saylı müqavilə üzrə İMEİ kodu **********79157 olan «Xiaomi Redmi 7»markalı üçün 312 (üç yüz on iki) manat ödənilməmiş hissə, 31(otuz bir) manat cərimə borcu olmaqla ümumilikdə 622 (altı yüz iyirmi iki ) manat borc və 30 (otuz) manat məbləğindəödənilmiş manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulub “xxxx” MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar