Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-178/2022 25.05.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Xırdalan şəhərində Şuşa Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 24 sentyabr 2020-ci il tarixli 305323-1-36201 saylı nağd pul krediti müqaviləsinə əsasən 25 yanvar 2022-ci il tarixinə banka borclu olduğu 2574,12 (iki min beş yüz yetmiş dörd manat on iki qəpik) manat məbləğində əsas borc,280,51 (iki yüz səksən manat əlli bir qəpik) manat məbləğində faiz borcu,218,35 (iki yüz on səkkiz manat otuz beş qəpik) cərimə borcu olmaqla,cəmi 3072,98 (üç min yetmiş iki manat doxsan səkkiz qəpik) manat məbləğində pulun və ödənilmiş 50,73 (əlli manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş lakin,onun iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki,iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 442, 445, 468, 741-ci maddələrini, MPM 119.1-ci maddəsini nəzərə alaraq müəyyən etdi: Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilmişdir,İddiaçı ASC ilə Cavabdeh arasında 24 sentyabr 2020-ci il tarixli 305323-1-36201 saylı nağd pul krediti müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən 3000 manat məbləğində pulu borclu 48 ay müddətinə illik 22% ödəməyi öhdəsinə götürmüşdür.Nəticə etibarilə,cavabdehin kredit müqaviləsi üzrə 25.01.2022-ci il tarixinə İddiaçı ASC-yə 2574,12 manat əsas, 280,51 manat faiz və 218,35 manat cərimə olmaqla,cəmi 3072,98 manat borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.Bu mənada,öhdəliyin pozulmasıöhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur.Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir.Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi,xammalın,işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır.Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tələb olunan 218,35 manat məbləğində cərimənin azaldılaraq 25 manat məbləğində müəyyən olunması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki,iddia tələbi qismən təmin edilməli,cavabdehdən 2574,12 manat əsas,280,51 manat faiz,25 manat cərimə borcu olmaqla,cəmi 2879,63 manat borc və 50,73 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin,məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 24 sentyabr 2020-ci il tarixli 305323-1-36201 saylı nağd pul krediti müqaviləsi üzrə 25 yanvar 2022-ci il tarixinə 2574,12 (iki min beş yüz yetmiş dörd manat on iki qəpik) manat məbləğində əsas borc,280,51 (iki yüz səksən manat əlli bir qəpik) manat məbləğində faiz borcu,25 (iyirmi beş) cərimə borcu olmaqla,cəmi 2879,63 (iki min səkkiz yüz yetmiş doqquz manat altmış üç qəpik) manat məbləğində pul və ödənilmiş 50,73 (əlli manat yetmiş üç qəpik) manat məbləğində rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-178/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-178/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver