Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-18/2022 27.01.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borc tələbi»nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC «kredit müqaviləsi üzrə borc tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 07 fevral 2020-ci il tarixli 021R********** saylı kredit razılaşması üzrə 2722,06 (iki min yeddi yüz iyirmi iki manat altı qəpik) manat məbləğində əsas borc,969,11 (doqquz yüz altmış doqquz manat on bir qəpik) manat məbləğində faiz borcu,787,67 (yeddi yüz səksən yeddi manat altmış yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla,cəmi 4478,84 (dörd min dörd yüz yetmiş səkkiz manat səksən dörd qəpik) manat məbləğində borc və ödənilmiş 64,79 (altmış dörd manat yetmiş doqquz qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,İddiaçı QSC ilə Cavabdeh1 arasında 29 may 2019-cu il tarixli 021L**********80 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 07 fevral 2020ci il tarixli 021R********** saylı kredit razılaşması imzalanmışdır.Kredit razılaşmasına əsasən cavabdehə 18 ay müddətinə,aylıq 2,25% hesablanmaqla 3000 manat məbləğində kredit verilmişdir. Uzunmüddətli kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh3 arasında 29 may 2019-cu il tarixli 021S**********04 saylı və Cavabdeh2 arasında 29 may 2019-cu il tarixli 021S**********03 saylı zaminlik müqavilələri bağlanmışdır.Zaminlik müqavilələrinə əsasən cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Kredit razılaşmasının 1.2-ci bəndinə görə cavabdeh Kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş Ödəniş Planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini,ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürmüşdür.Lakin cavabdeh dəfələrlə kredit razılaşmasının müvafiq bəndinin şərtlərini pozmuş və kredit borcunu ödəməyi yubatmışdır.Onunla bank arasında bağlanmış 22 may 2020-ci il tarixli 021R**********S saylı sazişlə kredit razılaşmasına və ödəniş planına dəyişiklik edilməsinə baxmayaraq cavabdeh qalan borcunu ödəməli olduğu halda banka ödəməkdən yayınır.Cavabdehin 18.10.2021-ci il tarixinə banka 2722,06 manat məbləğində əsas borcu,969,11 manat məbləğində faiz borcu və 787,67 manat məbləğində cərimə borcu yaranmışdır.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. İddiaçı QSC-nin nümayəndəsi,cavabdehlər Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.İddiaçı QSC-nin nümayəndəsi ərizə göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.Cavabdehlər Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 isə gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilib,lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdəki sənədləri tam,hərtərəfli araşdırıb belə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki,iş materiallarında olan: - İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 29 may 2019-cu il tarixli 021S**********04 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 29 may 2019-cu il tarixli 021S**********03 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 29 may 2019-cu il tarixli 021L**********80 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 07 fevral 2020-ci il tarixli 021R********** saylı kredit razılaşmasından görünür ki, cavabdehə 18 ay müddətinə aylıq 2,25% hesablanmaqla 3000 manat məbləğində kredit verilmişdir. - kredit müqaviləsinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 3000 manat məbləğində almış olduğu krediti 09.03.2020-ci ildən başlayaraq hər ay 205 manat,sonuncu ay 207,38 manat ödəməklə 09.08.2021-cı il tarixədək ödəməli idi. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 07 fevral 2020-ci il tarixli 021R********** saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 22 may 2020-ci il tarixli 021R**********S saylı sazişdən görünür ki,07 fevral 2020-ci il tarixli 021R********** saylı kredit razılaşmasının müddəti 07.10.2021-cı il tarixədək uzadılmışdır. - İddiaçı QSC-nin 28.10.2021-ci il tarixli 24794 saylı maliyyə arayışından görünür ki,Cavabdeh1 07 fevral 2020-ci il tarixli 021R********** saylı kredit razılaşması üzrə 18.10.2021-ci il tarixinə İddiaçı QSC qarşısında yerinə yetirilməmiş öhdəliyi 2722,06 manat əsas borc,969,11 manat faiz borcu və 787,67 manat cərimə borcu olmaqla,cəmi 4478,84 manat təşkil edir. - İddiaçı QSC tərəfindən cavabdehlərə göndərilmiş xəbərdarlıqlardan görünür ki, cavabdehlərə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - X2 ödənilmiş 03.11.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 64,79 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 472-ci maddəsinə əsasən birgə zamin olmuş şəxslər əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 29 may 2019-cu il tarixli 021S**********03 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 07 fevral 2020-ci il tarixli 021R********** saylı kredit razılaşması imzalanmış və razılaşmaya əsasən Cavabdeh1 18 ay müddətinə aylıq 2,25% hesablanmaqla 3000 manat məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə bağlanmış 29 may 2019-cu il tarixli 021S**********03 və 021S**********04 saylı zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 və Cavabdeh2 borclu Cavabdeh1 29 may 2019-cu il tarixli 021S**********03 saylı uzunmüddətli kredit müqaviləsi üzrə kredit öhdəliklərinin vaxtında və lazımınca icrası üçün bank qarşısında zamin durmuş, borc alanın öhdəliklərinin lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşlər. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki,Cavabdeh1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinə və kredit razılaşmasına,Cavabdeh3 və Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən cavabdehlər üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehlərə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 29 may 2019-cu il tarixli 021S**********03 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 07 fevral 2020-ci il tarixli 021R********** saylı kredit razılaşmasına əsasən 2722,06 manat əsas borc və 969,11 manat faiz borcu kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq İddiaçı QSC-yə ödənilməlidir. Dəbbə pulunun tutulmasına dair iddia tələbini araşdıran məhkəmə hesab edir ki,həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir.Belə ki,cavabdehin öhdəliyini lazımınca icra etmədiyindən müqavilənin şərtlərindən irəli gələn dəbbə pulunu da iddiaçıya ödəməlidir.Lakin Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri,həm də bütün əsas mənafelər nəzərə alınır.Odur ki,məhkəmə kredit razılaşması üzrə ödənilməsi tələb edilən 787,67 manat dəbbə pulunu bütün əsaslı mənafeləri nəzərə alaraq və tənasübsüz surətdə azaldaraq 50 manat həddində müəyyən edilməsini ədalətli hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 32,5 manatı cavabdehlərə aid edilməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə,qeyd olunanlara əsasən məhkəmə hesab edir ki,iddia qismən təmin ediməli,cavabdehlər Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 07 fevral 2020-ci il tarixli 021R********** saylı kredit razılaşması üzrə 2722,06 manat əsas borc,969,11 manat faiz borcu,50 manat cərimə borcu olmaqla,cəmi 3741,17 manat borc və 32,50 manat dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 07 fevral 2020-ci il tarixli 021R********** saylı kredit razılaşması üzrə 2722,06 (iki min yeddi yüz iyirmi iki manat altı qəpik) manat əsas borc,969,11 (doqquz yüz altmış doqquz manat on bir qəpik) manat faiz borcu,50 (əlli) manat cərimə borcu olmaqla,cəmi 3741,17 (üç min yeddi yüz qırx bir manat on yeddi qəpik) manat borc və ödənilmiş 32,50 (otuz iki manat əlli qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-18/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-18/2022
27.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver