Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-181/2021 20.05.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24 mart 2010-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarının artırılaraq Cavabdeh hər ay 175 (bir yüz yetmiş beş) manat məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 16 iyun 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur.Birgə nikahlarından 24 mart 2010-cu il tarixdə qızı Qənifə doğulmuşdur.Şuşa Rayon Məhkəməsinin 01.02.2017-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş,birgə nikahlarından olan qızı onun himayəsində saxlanılmış və 12 dekabr 2016-cı il tarixdən başlayaraq qızı yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136,60 manat məbləğində alimentin Cavabdeh tutulması qət edilmişdir.Məhkəmə tərəfindən uşağın saxlanılması üçün müəyyən olunmuş 136,60 manat aliment məbləği uşağın təminatı üçün kifayət etmir.Qızı Qənifə orta məktəbdə təhsil alır,məsrəfləri yeterincə artmışdır.Cavabdeh ümumiyyətlə qızı ilə maraqlanmır, maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Qızının bütün qayğılarını özü çəkir,onun təlim tərbiyəsi ilə məşğul olur.Hazırda övladı ilə birgə valideynlərinin yanında yaşayır. Qızı Qənifənin tələbatı artmaqdadır və bu səbəbdən də o, hesab edir ki, alimentin məbləği hazırkı uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumuna uyğun təyin edilməlidir. Cavabdeh iddia tələbini qismən qəbul edib izahatında bildirdi ki, Şuşa Rayon Məhkəməsinin 01.02.2017-ci il tarixli qətnaməsi müəyyən edilmiş alimenti hər ay vaxtlıvaxtında ödəyir. Alimentdən başqa azyaşlı qızının saxlanması üçün iddiaçıya müəyyən köməklik də edir.Hər ay 175 manat məbləğində aliment ödəməyə maddi imkanı çatmır.Belə ki,onun daimi iş yeri yoxdur.Ona görə də,hər ay 150 manat məbləğində aliment ödəyə bilər. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş,lakin ərizə göndərərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilib,lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Cavabdehin rəyini nəzərə alaraq işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb,cavabdehin izahatını dinləyib,toplanmış sübutlara məcmu halda hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: - Şuşa rayon Qeydiyyat Şöbəsi tərəfindən 13 may 2010-cu il tarixdə verilmiş AZ-İİ № 431318 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki,Cavabdeh ilə İddiaçı birgə nikahından 24 mart 2010-cu il tarixdə X4 doğulmuşdur. - Şuşa Rayon Məhkəməsinin 2(077)-53/17 saylı 01.02.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Pənahova Elnarə Şəmi qızı ilə Cavabdeh arasında Şuşa rayon Qeydiyyat şöbəsində 16.06.2009-cu il tarixində bağlanmış 81 saylı nikah qeydinin ləğv edilməsi,Pənahova Elnarə Şəmi qızı ilə Cavabdeh birgə nikahlarından anadan olmuş 24.03.2010-cu il təvəllüdlü X4 anası İddiaçı himayəsində saxlanılması və 12.12.2016-cı il tarixdən başlayaraq onun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136,60 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır.Onlar uşağı sağlam böyütməli,ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi,onun maddi və mənəvi tələbatlarının təmin edilməsi,hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3.1-ci maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir,istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün,istərsə də məhkəmələr,inzibati və ya qanunvericilik orqanları tərəfindən.Həmin Konvensiyanın 18.1-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər.Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar.Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki,Cavabdeh ilə Pənahova Elnarə Şəmi qızı 16 iyun 2009-cu il tarixdə nikahlarını bağlamışlar.Tərəflərin birgə nikahlarından 24 mart 2010cu il təvəllüdlü X4 anadan olmuşdur. Şuşa Rayon Məhkəməsinin 2(077)-53/17 saylı 01.02.2017-ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan qızı anası Pənahova Elnarə Şəmi qızının himayəsində saxlanılmış və onun saxlanılması üçün cavabdehdən hər ay 136,60 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.Qənifə hal-hazırda iddiaçı ilə birlikdə yaşayır.Cavabdehin daimi iş yeri yoxdur. Məhkəmə,uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, birgə nikahdan anadan olmuş uşağın saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı 150 manat sabit pul məbləğində müəyyən edilməli və artırılmış aliment məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığı vaxtdan tutulmalıdır. Azərbaycan Respublikası МPМ-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmiş hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlara əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası МPМ-nin 77,88,172-179, 182,183,192,209-214,216-220 və 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şuşa rayon Məhkəməsinin 2(077)-53/17 saylı 01.02.2017-ci il tarixli qətnaməsi ilə təyin edilən alimentin məbləği artırılsın. Cavabdeh 24 mart 2010-cu il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək bu qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Pənahova Elnarə Şəmi qızına ödənilsin. Qətnamədən, qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-181/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-181/2021
20.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver