Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-19/2025 17.06.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X5 Bəşərəddin oğlunun sədrliyi, X2 iclas katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan satın aldığı “Jaguar XJ minik” markalı, 2010-cu il buraxılışlı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomabilə görə 2 ay ərzində 2024-cü il oktyabr ayından 2024-cü ilin dekabr ayına qədər olan müddət üçün hər ay 975 manat olmaqla hesablanmış 1950 manat məbləğin, 23400 manat avtomobilə vururlmuş zərərin, yəni dəyərinin və 167 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, özünə məxsus olan 2010-cu il buraxılışlı, “Jaguar XJ minik” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili 24 ay müddətində hər ay 975 manat olmaqla Cavabdeh “X1si haqqında iltizam” əsasında satmışdır. Cavabdeh aldığı avtomaşına görə 23400 manat ödəməyi öhdəsinə götürsə də, yalnız bir ay 975 manat pul ödəmiş, daha sonra ödənişi dayandırıb maşının qəzaya uğramasını bildirmişdir. Qəza nəticəsində maşına ciddi zərər vurulub, maşın yararsız vəziyyətdədir. Müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Hal-hazırda avtomobil dayanacaqda yerləşdirilib. Cavabdeh hərəkətlərindən belə məlum olur ki, avtomobilə dəymiş ziyanı, yəni dəyərini ödəmək fikri yoxdur. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin iddiaçı qismində cəlb edilməsini, Cavabdeh 2024-cü il oktyabr ayından 2025-ci ilin yanvar ayına qədər 3 ay üçün, hər ay 975 manat olmaqla hesablanmış 2925 manat icarə haqqının tutularaq iddiaçı "xxxx" MMC-yə, avtomobilə vururlmuş 23400 manat zərərin və 167 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi və həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddialarda müəyyən yanlışlıqlara yol verilmişdir. Belə ki, Cavabdeh avtomobilin satış qiyməti olan 23400 manatdan bir ay 975 manat ödəniş etmişdir, xx.xx.2024-cü il tarixdən bugünə kimi heç bir ödəniş etməmişdir və 313 X4 Cəmiyyətinə maddi ziyan vurmuşdur. 24 ay ərzində ödəməli olduğu hər ay üçün 975 manatdan hesablansa, onun bu günə kimi 7 ay ərzində 313 Cars MMC-yə vurduğu ziyan 6825 manat edir. Maşının dəyəri 23400 manat da həmin məbləğə əlavə edilsə, cavabdehin vurduğu maddi ziyan 30225 manat edir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh "xxxx" MMC-dən icarəyə götürdüyü “Jaguar XJ minik” markalı, 2010-ci il buraxılışlı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinə görə dəymiş maddi ziyanın (avtomobil özü olmadıqda onun dəyəri 23400 manat məbləğində pulun və 7 ay müddətində yaranmış 6825 manat borc pulun), “X3” MMC-yə ödənilmiş 300 manat ekspertiza xərcinin və 167 manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdiyini bildirərək izahatında göstərmişdir ki, “Jaguar XJ minik” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsus olmuşdur. Pul lazım olduğuna görə maşını İddiaçı adına keçirib, ondan 12000 manat pul götürmüş, həmin pulun 10000 manatı ona çatmışdır. 1 ay ödəniş etmişdir. Daha sonra maşını vurmuşdur və düzəltdirə bilməmişdir. Maşını iddiaçıya qaytarmışdır. “X1 Haqqında İltizamıdakı” imza ona məxsusdur. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, təqdim edilən sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - İş materiallarında olan xx.xx.2024-cü il tarixli “X1 haqqında iltizamı”n surətindən görünür ki, "xxxx" MMC-nin direktoru İddiaçı ona məxsus olan “Jaguar XJ minik” markalı, 2010-ci il buraxılışlı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili ödəniş tam həyata keçirildildən sonra adına rəsmiləşdirilmək şərti ilə Cavabdeh icarəyə vermişdir. Müqavilənin şərtlərinə əsasən Cavabdeh 24 ay ərzində hər ay 975 manat olmaq şərti ilə ödəməyi öhdəsinə götürmüşdür. - İş materiallarında olan ƏN-Vİİ seriyalı 165240 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh “Jaguar XJ minik” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2026-cı il tarixinədək idarə etmək üçün etibarnamə verilmişdir. - İş materiallarında olan BA 419953 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Jaguar XJ minik” markalı, 2010-ci il buraxılışlı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. - İş materiallarında olan “Ekspress Servis” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qüsur aktından görünür ki, 2010-cu il buraxılışlı, “Jaguar XJ” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği – 11930 manat ehtiyat hissələrin dəyəri, 4400 manat işçi haqqı olmaqla cəmi 16330 manat təşkil edir. - İş materiallarında olan “X3” MMC-nin xx.xx.2025-ci il tarixli, 46 saylı rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində, Cavabdeh istifadəsində olduğu dövrdə 2010-cu il buraxılışlı, “Jaguar XJ” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği - 16362 manat olaraq müəyyən edilmişdir. Qəbzdən görünür ki, İddiaçı tərəfindən 167 manat dövlət rüsumu ödənilmişdir. “X3” MMC-nin xx.xx.2025-ci il tarixli, 369583 nömrəli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı tərəfindən 300 manat məbləğində ekspertiza xərci ödənilmişdir. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı "xxxx" MMC-nin direktoru İddiaçı müqavilə üzrə bütün ödənişlər tam həyata keçirildikdən sonra adına rəsmişləşdirilmək şərti ilə xx.xx.2024-cü il tarixli “X1 haqqında iltizamı” adlanan sənəd əsasında mülkiyyətində olan “Jaguar XJ minik” markalı, 2010-ci il buraxılışlı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh sahibliyinə və istifadəsinə vermiş, cavabdeh isə 24 ay ərzində hər ay 975 manat olmaq şərti ilə haqq ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh tərəfindən öhdəlikləri icra edilməmiş, cavabdehin təqsirindən avtomobilə külli miqdarda ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Bu mənada məhkəmənin gəldiyi qənaətə görə, hazırki mülki iş üzrə tərəflar arasında yaranmış münasibətlər lizinq müqaviləsindən irəli gələn münasibətlərə daha çox uyğun gəldiyindən, mübahisənin həllinə həmin münasibətləri tənzimləyən normalar tətbiq edilməlidir. Belə ki, "xxxx" MMC-nin direktoru İddiaçı ilə Cavabdeh arasında imzalanmış xx.xx.2024-cü il tarixli “X1 haqqında iltizamı”nda “Jaguar XJ minik” markalı, 2010-ci il buraxılışlı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobilin müəyyən haqla, müəyyən müddətə sonuncunun istifadəsinə verilməsi, cavabdehə əmlakı satın almaq hüququnun verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747-1.2-ci maddəsinə əsasən, lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.3-ci maddəsinə görə, lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. 748-1.12.4.3-cü maddəsinə görə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.” Beləliklə, məhkəmə işin faktiki hallarına qeyd olunan maddi hüquq normalarını tətbiq edərək hesab edir ki, Cavabdeh "xxxx" MMC-nin direktoru İddiaçı ilə aralarında bağlanmış xx.xx.2024cü il tarixli “X1 haqqında iltizamı” üzrə öhdəliklərini lazımınca yerinə yetirməməsi, iddia ərizəsi verilən tarixə ardıcıl olaraq iki ay üçün cəmi 1950 manat məbləğində ödənişin həyata keçirilməməsi, həmçinin, cavabdehin istifadəsində olduğu dövrdə qəza törədərək avtomibilə 16362 manat məbləğində ziyan vurulması təsdiq olunur. Lakin, məhkəmənin gəldiyi qənaətə görə, avtomobil iddiaçının mülkiyyətində olduğuna və cavabdehin istifadəsində olduğu dövrdə avtomobilə 16362 manat məbləğində ziyan vurulduğuna görə, onun tam dəyərinin tələb edilməsi qanunvericiliyə zidd olmaqla, əsassızdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, cavabdehdən məhkəməyə iddia ərizəsi verilən tarixə, yəni, xx.xx.2024-cü il tarixinə ödənilməmiş olan 1950 manat icarə haqqı və avtomobilə dəymiş ziyana görə 16362 manat məbləğində pul tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 70 faiz həcmində təmin edildiyinə görə iddia qaldırmaq üçün ödənilmiş 167 manat dövlət rüsumunun 117 manat hissəsi, ekspertiza tədqiqatının dəyərinin 210 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh icarəyə götürdüyü “Jaguar XJ minik” markalı, 2010-cu il buraxılışlı, **-CE- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə 16362 (on altı min üç yüz altmış iki) manat məbləğində pul vəsaiti, 1950 (bir min doqquz yüz əlli) manat icarə haqqı, ekspertiza xərcinin 210 (iki yüz on) manat hissəsi və dövlət rüsumunun 117 (bir yüz on yeddi) manat hissəsi olmaqla, cəmi 18639 (on səkkiz min altı yüz otuz doqquz) tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-19/2025
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-19/2025
17.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver