Məhkəmə qərarları › İş №2(077)-192/2023

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-192/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-192/2023 08.08.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Qəribov Namiq Bəkir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında aşıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Gürcüstandan “Hyundai Elantra” markalı avtomobil gətizdirmək üçün “İnstagram” sosial şəbəkəsində adını xatırlamadığı bir səhifədən götürdüyü mobil nömrə ilə əlaqə saxlamışdır. Həmin vaxt Ucarda istirahət edirdi. Həmin şəxs dedi ki, “Bakıya gəldikdən sonra əlaqə saxlayarıq”. xx.xx.2022-ci il tarixdə Nəsimi rayonu ərazisində yerləşən “Zabitlər Parkı”nda görüşdükləri zaman həmin şəxs ona telefonda bir neçə avtomobil göstərmiş və “Hyundai Elantra” 2015-ci il avtomobilini məsləhət görmüş, o da razılaşmışdır. Həmin şəxs əvvəlcədən 1000 manat beh verməli olduğunu bildirmiş və demişdir ki, behi rəsmi qaydada almaq üçün Nizami rayonunda Xəzər Universitetinin yaxınlığında yerləşən 15 saylı notariusda görüşsünlər. xx.xx.2022-ci il tarixdə həmin notariusda görüşdükdə, beh müqaviləsi bağlayaraq həmin şəxsə 1000 manat pul vermişdir. Notariusda sənədləşmə prosesində həmin şəxsin Cavabdeh olduğunu bilmişdir. Emin ona 10 gün ərzində avtomobili gətirəcəyini demişdir. Eminin söz verdiyi 10 gün müddət bitdikdən sonra onu aldatdığını bilmiş və pulunu tələb etmişdir. Emin onu bir müddət yola vermiş, daha sonra isə tamamilə əlaqəni kəsmiş, nömrələrini bloka atmışdır. Bununla bağlı DİN 102 xidmətinə şikayət etmiş və cavabdehin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işi açılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-130/2023 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4- cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 03 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilimiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 01 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 02 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması hökm edilmişdir. Cavabdeh nə istintaqda, nə də məhkəmədə ona dəymiş ziyanı ödəməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan akı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-130/2023 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilimiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Cavabdeh ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 01 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq, üzərində qəti olaraq 02 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması hökm edilmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Cavabdeh ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, uzun müddət işsiz olduğundan maddi vəziyyəti yaxşı olmamış və pul qazana bilməmişdir. Bunun üçün düşünüb fikrə gəlmişdir ki, özünü maşın alverçisi kimi təqdim edərək insanları aldatsın və pul qazansın. Bunun üçün o "instagram” və “tap.az” saytlarında Gürcüstan Respublikasından avtomobil gətirmək adı altında elanlar yerləşdirmişdir. Həmin elanlarda yazmışdır ki, guya o, ilkin ödəniş etmək yolu ilə müxtəlif markalı avtomobillərin Azəroaycana gətirilməsini təşkil edir. Məhz bu elanla bağlı zərərçəkmiş İddiaçı ona “instagram” sosial şəbəkəsi vasitəsilə yazmış və o, Günaya həmin vaxt işlətdiyi ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrini vermişdir. Günay ona “Hyundai Elantra” markalı avtomobil istədiyini bildirmişdir. O da Günaya demişdir ki, onun üçün bu avtomobili gətirə bilər, lakin bunun üçün ilkin olaraq 1000 manat beh vermək lazımdır. Bu məqsədlə xx.xx.2022-ci il tarixdə Günay xanımla Nizami rayonu ərazisində yerləşən 15 saylı notariusda görüşmüşlər. Orada Günay xanım ona borc müqaviləsi adı altında beh olaraq 1000 manat pul vermişdir. O, Günaya 10 gün ərzində “Hyundai Elantra” markalı avtomobil gətirəcəyini bildirmiş və orada ayrılmışlar. Həmin gündən bir neçə gün sonraya qədər onlar telefonla mütəmadi əlaqə saxlamışlar və o, müxtəlif bəhanələr gətirərək müddəti uzatmış, pulu qaytarmamaq üçün müxtəlif bəhanələr gətirmişdir. Daha sonra isə o, mobil nömrəsini dəyişmişdir ki, bir daha onu tapa bilməsin. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli baxış və götürmə protokollarından görünür ki, təhqiqat araşdırması zamanı İddiaçı 01 ədəd A4 vərəqində olan kredit müqaviləsinin surətini təqdim etmiş və həmin müqavilənin surətində İddiaçı Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisində 1000 manat pul verməsi təsdiq edildiyindən həmin sənəd maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən görünür ki, məhkəməyə iddia verilməsi üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında işin halları və işin materialları ilə Cavabdeh Gürcüstan Respublikasından avtomobil gətirmək adı altında İddiaçı 1000 manat məbləğində pul alması, lakin nə avtomobili gətirməməsi, nədə ki, beh adı altında aldığı məbləği iddiaçıya qaytarmaması müəyyən edilmişdir. Ona görə də, məhhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, 1000 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrin rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat məbləğində pul vəsaiti və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar