Məhkəmə qərarları › İş №2(077)-192/2024

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-192/2024

11.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-192/2024 11.06.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X3 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Oktay qızının Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Oktay qızı Cavabdeh qarşı “alimentin miqdarının artırılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(077)-180/2023 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin artırılaraq, cavabdehdən xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Şuşa Rayon Məhkəməsinnin xx.xx.2022-ci il tarixli 2(077)-38/2022 saylı qətnaməsinə əsasən Cavabdeh ilə aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 onun yanında saxlanılması, cavabdehdən uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Şuşa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(077)-180/2023 saylı qətnaməsi ilə “alimentin artırılması tələbinə dair” iddiası qismən təmin edilərək, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hazırda ölkədə uşaqların yaşayış minimum məbləği 235 manatdır. Ancaq cavabdeh ona hər ay 400 manat aliment ödəyir. Qanuna görə valideyinlər uşaqlarını saxlamağa borcludurlar. Bu səbəblərə və əsaslara görə alimentin minimum həddi dəyişdirilərək müəyyən edilməklə 235 manata artırılmalıdır. Bu günədək Şuşa rayon İcra Şöbəsi cavabdehin aylıq əmək haqqı barədə heç bir məlumat vermir. Ona görə də aliment sabit pul məbləği formasında müəyyən edilərək tutulmalıdır. İşsizdir və heç bir gəliri yoxdur. İddiaçı məhkəməyə teleqram göndərərək mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, yenidən ailə qurmuşdur və himayəsində 1 azyaşlı övladı var. Hazırda işləmir. Buna baxmayaraq, iddiaçıya uşaqların saxlanması üçün hər ay 400 manat alimenti vaxtıvaxtında ödəyir. İddiaçı alimentdən əlavə hər ay 180 manat da çörək pulu alır. Sonuncu nikahından anadan olmuş uşağın da bütün tələbatlarını özü ödəyir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb belə qərara gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tyədqiq edilmiş: Şuşa Rayon Məhkəməsinnin xx.xx.2022-ci il tarixli 2(077)-38/2022 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Oktay qızı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 analarının yanında saxlanılması və onların yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Oktay qızına ödənilməsi qət edilmişdir. Şuşa Rayon Məhkəməsinnin xx.xx.2023-cü il tarixli 2(077)-180/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Oktay qızının Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddiası qismən təmin edilərək, cavabdehdənn xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq hər ay hər uşağa görə 200 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 575707 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X5 xx.xx.2023-cü il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1561 nömrə ilə qeyd edilmişdir. 5 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı 965093 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X4 qeyd edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2024-cü il tarixli MŞB/8/2024-00516 saylı arayışdan görünür ki, İddiaçı Oktay qızı xx.xx.2024-cü il tarixində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüquq vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır.Onlar uşağı sağlam böyütməli,ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli,müstəqil həyata hazırlamalıdırlar.Uşağın qabiliyyətinin inkişaf etdirilməsi,onun maddi və mənəvi tələbatlarının təmin edilməsi,hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 3.1-ci maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir,istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün,istərsə də məhkəmələr,inzibati və ya qanunvericilik orqanları tərəfindən.Həmin Konvensiyanın 18.1-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər.Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar.Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Həmin Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir.Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlara görə 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Sabit pul məbləğinin miqdarı ilə bağlı qeyd olunmalıdır ki, yaşayış minimumu haqqında qanun, adından da göründüyü kimi, yaşayış minimumunu müəyyən edir. Uşaqların tələbatı isə təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də, yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşaqların digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşaqlarını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən, iddiaçı tərəfindən aliment təyin olunduqdan sonra cavabdehin maddi vəziyyətində yaxşılığa doğru dəyişikliklərin olması barədə mötəbər sübutlar təqdim edilməməsini, həmçinin, cavabdehin sonuncu nikahdan bir azyaşlı uşağının olmasını nəzərə alıb, sadalanan qanunvericilik normalarına əsaslanaraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, birgə nikahdan anadan olmuş uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı 215 manat sabit pul məbləğində müəyyən edilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8- 2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası МPМ-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmiş hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlara əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası МPМ-nin 77,88,172-179, 182,183,192,209-214,216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şuşa Rayon Məhkəməsinnin xx.xx.2023-cü il tarixli 2(077)-180/2023 saylı qətnaməsi ilə təyin edilən alimentin məbləği artırılsın. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq hər ay hər uşağa görə 215 (iki yüz on beş) manat olmaqla, cəmi 430 (dörd yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı Oktay qızına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar