Məhkəmə qərarları › İş №2(077)-198/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-198/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-198/2021 01.07.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı Bank “xxxx” ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi,kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank “xxxx” ASC Cavabdeh qarşı iddia qaldıraraq,bankla Cavabdeh arasında bağlanmış 10 iyul 2019-cu il tarixli RPF-00497-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsini,həmin kredit müqaviləsindən irəli gələn 07.04.2021-ci il tarixinə ödənilməmiş 4711,45 (dörd min yeddi yüz on bir manat qırx beş qəpik) manat məbləğində əsas borc,40,40 (qırx manat qırx qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 4751,85 (dörd min yeddi yüz əlli bir manat səksən beş qəpik) manat borc,ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,Bank “xxxx” ASC ilə Cavabdeh arasında 10 iyul 2019-cu il tarixli RPF-00497-16/19A saylı kredit müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən borclu bağlamış olduğu FM-01335-17/15U saylı 23 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləği olan 4715,29 manat məbləğində krediti illik 1% faizlə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür.Həmçinin tərəflər arasında problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri haqqında 10 iyul 2019-cu il tarixli RPF-00497/16/19A saylı kredit müqaviləsinə 2 saylı Əlavə imzalanmışdır.Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu vaxtında ödəməmişdir.Kredit müqaviləsinə əsasən cavabdehin 07.04.2021-ci il tarixə banka olan əsas borcu 4711,45 manat və müqavilənin 1.1.-ci bəndinə görə faiz borcu 40,40 manat hesablanmışdır. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. İddiaçı Bank “xxxx” ASC-nin nümayəndəsi və cavadeh Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq,məhkəmə iclasına gəlməmişlər. İddiaçı Bank “xxxx” ASC-nin nümayəndəsi teleqram göndərərək mülki işə onların iştirakı olmadan baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişlər.Cavadeh Cavabdeh gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Həmin Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki,aşağıdakı göstərilənlərə əsasən iddia ərizəsi təmin edilməlidir. Belə ki,iş materiallarında olan: - iddiaçı Bank “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2019-cu il tarixli RPF-00497-16/19A saylı kredit müqaviləsindən görünür ki,borcverən 4715,29 manat məbləğində krediti 60 ay müddətində borcalanın mülkiyyətinə verir,borcalan isə həmin kreditdən borcalanla Bank arasında bağlanmış FM-01335-17/15U saylı 23.01.2015-ci il tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və onu 10 iyul 2024-cü il tarixədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. - Müqavilənin 1.1-ci bəndinə əsasən borclu kreditora kreditdən istifadəyə görə orta illik faiz dərəcəsi illik 1% ödəyir. - 10 iyul 2019-cu il tarixli RPF-00497-16/19A saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki,Cavabdeh 4715,29 manat məbləğində krediti 09.08.2019-cu il tarixindən başlayaraq ilk 12 ay güzəşt tətbiq edilməklə,qalan aylar hər ay 100,26 manat ödəniş etməklə 10.07.2024-cü il tarixinədək ödəməli idi. - iddiaçı Bank “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış problemli kreditlərin restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri haqqında 10 iyul 2019-cu il tarixli RPF-00497/16/19A saylı kredit müqaviləsinə 2 saylı Əlavədən görünür ki,tərəflər konkret kredit məhsulu üzrə,Fərmana,qaydaya və şətlərin müddəalarına zidd olmayan xüsusi qaydalar və şərtlər barədə razılığa gəlmişlər. - iddiaçı Bank “xxxx” ASC-nin 09.04.2021-ci il tarixli RİED2021/1847 saylı maliyyə arayışından görünür ki,Cavabdeh 10 iyul 2019-cu il tarixli RPF-00497-16/19A saylı kredit müqaviləsi üzrə 01.08.2019-cu il tarixdə 5 manat,02.09.2019-cu il,05.10.2019-cu il,05.11.2019-cu il,05.12.2019-cu il,05.01.2020-ci il,06.02.2020-ci il,02.03.2020-ci il,06.01.2020-ci il,23.05.2020-ci il tarixlərində 4 manat və 02.06.2020-ci il tarixdə 5 manat olmaqla,cəmi 46 manat məbləğində ödəniş etmişdir.Hazırda cavabdehin Bank “xxxx” ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi 07.04.2021-ci il tarixinə 4711,45 manat əsas borc və 40,40 manat faiz borcu olmaqla,ümumilikdə 4751,85 manat borc təşkil edir. - iddiaçı Bank“ xxxx” ASC tərəfindən cavabdehə göndərilmiş 13.01.2021-ci il tarixli HASF-2021/00036 saylı xəbərdarlıq məktubundan görünür ki,cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin,kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - X2 ödənilmiş 14.04.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30,40 manat dövlət rüsumu ödəmişdir. - Azərbaycan Respublikası Şuşa rayon İcra Hakimiyyəti Başçısının 20.11.2020-ci il tarixli 5/465 saylı məktubundan görünür ki,Cavabdeh Bakı şəhəri,Sabunçu rayonu,“Ramana 450” qəsəbəsi,ev 406 ünvanında müvəqqəti olaraq məskunlaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirlə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki,bunun digər tərəfə vurduğu zərər nəticəsində o,müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla,habelə onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,Bank “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2019-cu il tarixli RPF-00497-16/19A saylı kredit müqaviləsi ləğv edilməli,cavabdehdən 10 iyul 2019-cu il tarixli RPF-00497-16/19A saylı kredit müqaviləsi üzrə 4711,45 manat əsas borc və 40,40 manat faiz borcu müqavilədən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq Bank “xxxx” ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Bank “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış 10 iyul 2019-cu il tarixli RPF- 00497-16/19A saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 07.04.2021-ci il tarixinə ödənilməmiş 4711,45 (dörd min yeddi yüz on bir manat qırx beş qəpik) manat məbləğində əsas borc,40,40 (qırx manat qırx qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 4751,85 (dörd min yeddi yüz əlli bir manat səksən beş qəpik) manat borc və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı Bank “xxxx” ASC-nin xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar