Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-2/2021 26.04.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Allahverən Məhərrəm oğlunun sədrliyi, X2 iclas katibliyi, İddiaçı ləğv prosesində olan «xxxx» KB ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı ləğv prosesində olan «xxxx» KB ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan «xxxx» KB ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi» tələbinə dair iddia qaldıraraq bankla cavabdeh Cavabdeh arasında bağlanmış 10 avqust 2015-ci il tarixli 55 nömrəli kredit müqaviləsinə əsasən 2216,26 (iki min iki yüz on altı) ABŞ dolları məbləğində əsas borc, 1859,65 (bir min səkkiz yüz əlli doqquz) ABŞ dolları məbləğində faiz borcu borcu olmaqla, cəmi 4075,91 (dörd min yetmiş beş) ABŞ dolları borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi xx.xx.2020-ci il tarixli maliyyə arayışı təqdim edərək cavabdehin xx.xx.2020-ci il tarixə əsas borcu 1465,56 ABŞ dolları,faiz borcu 1947,41 ABŞ dolları,gecikdirilmiş vaxt üçün 239,60 ABŞ dolları olmaqla, cəmi 3652,57 ABŞ dolları təşkil edir. İddiaçının nümayəndəsi tələbini onunla əsaslandırdı ki, bankla Cavabdeh arasında xx xxxxxx 2015-ci il tarixli 55 nömrəli kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən bank Cavabdeh 24 ay müddətinə illik 25% dərəcəsi hesablanmaqla hər ay 133,43 ABŞ dolları ödəniş etmək şərti ilə 2500 ABŞ dolları məbləğində kredit vermişdir. Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyü öhdəliyin məsuliyyəti izah edilmişd. Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu ödəmir. Kredit müqaviləsinə əsasən cavabdehin xx.xx.2020-ci il tarixinə banka olan əsas borcu 1465,56 ABŞ dolları, faiz borcu 1947,41 ABŞ dolları, gecikdirilmiş vaxt üçün borcu 239,60 ABŞ dolları hesablanmışdır. Cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilməsinə baxmayaraq hazırkı vaxtadək kredit müqaviləsi üzrə hesablanmış borc ödənilməmişdir. Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən,məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə,yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə,işə baxmağa haqlıdır.Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyinidə nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyib, işdəki sənədləri araşdırıb məhkəmə belə qərara gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan: - İddiaçı ləğv prosesində olan «xxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 55 nömrəli kredit müqavilədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 25% olmaqla 2500 ABŞ dolları məbləğində kredit verilməsi, kreditalan tərəfindən isə müqavilənin ayrılmaz hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq krediti kreditora qaytarılması müqavilənin predmetini təşkil etmişdir. -Kredit sazişinin ayrılmaz hissəsi olan kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh 2500 ABŞ dolları məbləğində almış olduğu krediti xx.xx.2015-ci il tarixindən başlayaraq hər ay 133,43 ABŞ dolları ödəniş etməklə xx.xx.2017-cı il tarixinədək ödəməli idi. - ləğv prosesində olan «xxxx» KB ASC-nin xx.xx.2020-cı il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli 55 nömrəli kredit müqaviləsi üzrə 1465,56 ABŞ dolları əsas, 1947,41 ABŞ dolları faiz borcu və gecikdirilmiş vaxt üçün hesablanmış 239,60 ABŞ dolları hesablanmışdır. -İddiaçı ləğv prosesində olan «xxxx» KB ASC tərəfindən cavabdehə göndərilmiş xx.xx.2018-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə, öhdəliyinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. -xx.xx.2019-cu il tarixli mədaxil qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə məhkəmə-mühasibat ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/3949 saylı rəyinə əsasən cavabdehin ləğv prosesində olan «xxxx» KB ASC-yə xx xxxxxx 2015-ci il tarixli 55 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixinə əsas borcunun 2213,34 ABŞ dolları, 891.48 ABŞ dolları faiz borcunun və xx.xx.2018-ci il tarixə əsas borcunun 2213,34 ABŞ dolları, 1039,04 ABŞ dolları faiz borcunun təşkil etdiyi müəyyənləşdirilmişdir. Rəydə göstərilmişdir ki, təqdim olunmuş hesabdan çıxarış məlumatlarında xx.xx.2019-cu il tarixdə 750.70 ABŞ dolları kompensasiya məbləği cavabdehin əsas borcundan silinmişdir. Ekspert qarşısında qoyulmuş suallarda borcun xx.xx.2018-ci il tarixədək hesablanması soruşulduğundan həmin ödəniş hazırkı hesablama zamanı nəzərə alınmamışdı. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli iclasında iddiaçının nümayəndəsi cavabdehin əsas borcundan xx.xx.2019-cu il tarixdə silinmiş 750.70 ABŞ dolları kompensasiya məbləği nəzərə alınmaqla ləğv prosesində olan «xxxx» KB ASC-nin xx.xx.2020-cı il tarixli maliyyə arayışını təqdim edərək iddia tələbinə arayışa müvafiq dəyişiklik edildiyni bildirdi. Həmin arayışla əsasən Cavabdeh xx xxxxxx 2015-ci il tarixli 55 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 1465,56 ABŞ dolları əsas, 1947,41 ABŞ dolları faiz borcu və gecikdirilmiş vaxt üçün hesablanmış 239,60 ABŞ dolları borcu hesablanmışdır. İddiaçının nümayəndəsi müqavilə müddəti üzrə faiz borcunun ilkin iddia tələbindən artıq hesablanmasının əsasına dair süburlar təqdim edə bilmədiyindən məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/108 saylı rəyinə əsasən cavabdehin ləğv prosesində olan «xxxx» KB ASC-yə xx xxxxxx 2015-ci il tarixli 55 nömrəli kredit müqaviləsi üzrə müqavilənin bitdiyi xx.xx.2017-ci il tarixinə əsas borcunun 2213,34 ABŞ dolları, faiz borcunun 891,48 ABŞ dolları və xx.xx.2020-ci il tarixinə əsas borcunun 1462,64 ABŞ dolları, faiz borcunun 1188,97 ABŞ dolları təşkil etdiyi müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsasları kimi Azərbaycan Respublikası MM-nin 385.1,385.2,386,421.2,422.2,445,448,460,739 və 741-ci maddələrinə istinad edilməlidir. İddiaçı ləğv prosesində olan «xxxx» KB ASC ilə Cavabdeh arasında kredit sazişi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında qanunla müəyyən edilmiş qaydada kredit sazişi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəlik yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri pozaraq lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o,kredit müqaviləsi adlandırılır. - 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizləri ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli,iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirlə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki,bunun digər tərəfə vurduğu zərər nəticəsində o,müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla,habelə onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. -222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə,penya) ayrı-ayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyırlar və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır. iddiaçının nümayəndəsinin iddia tələbinə verdiyi dəqiqləşdirməyə dair xx.xx.2020-ci il tarixli maliyyə arayışa əsasən cavabdehin xx.xx.2020-ci il tarixə əsas borcu 1465,56 ABŞ dolları, faiz borcu 1947,41 ABŞ dolları, gecikdirilmiş vaxt üçün 239,60 ABŞ dolları olmaqla, cəmi 3652,57 ABŞ dolları təşkil edir. Məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 9/4885 saylı rəyinə əsasən cavabdehin xx.xx.2020-ci il tarixə 10 avqust 2015-ci il tarixli 55 saylı kredit müqaviləsi üzrə əsas borcunun 1462,64 ABŞ dolları, faiz borcunun 1188,97 ABŞ dolları olduğu müəyyən edilmişdir. Lakin iddia tələbini artırılmasına dair iddia ərizəsinə əlavə vermədiyindən iddia tələb əsas və faiz borcu hissəsində təmin edilməlidir. Keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasıların xərci 295 manat təşkil edir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyində məhkəmə-mühasibatlıq ekspertizasının xərci 147,5 manat iddiaçıdan, 147,5 manat isə cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ləğv prosesində olan «xxxx» KB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 55 nömrəliı kredit müqaviləsinə əsasən Cavabdeh 1462,64 ABŞ dolları əsas borc və 1188,97 ABŞ dolları faiz borcu, cəmi 2 651,61 (iki min altı yüz əlli bir) ABŞ dolları ödənilən vaxtı manata məzənnəsi ilə və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq ləğv prosesində olan «xxxx» KB ASC-nin xeyrinə ödənilsin. İddiaçı ləğv prosesində olan «xxxx» KB ASC-dən 147,5 (bir yüz qırx yeddi) manat və Cavabdeh 147,5 (bir yüz qırx yeddi) manat məhkəmə mühasibatlıq ekspertiza xərcləri X1, kod 210005,VÖEN **********,müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi – VÖEN **********, Hesab № AZ34CTRE******************** büdcə təsnifatının kodu 142319,büdcə səviyəsinin kodu 3 hesabına ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim imza Allahverən Həsənov Əsli ilə düzdür Hakim Allahverən Həsənov
Məhkəmə qərarları › İş №2(077)-2/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-2/2021
26.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver