Məhkəmə qərarları › İş №2(077)-20/2022

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-20/2022

24.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-20/2022 24.02.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı «Finca Azerbaijan» MM QBKT-nın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «Finca Azerbaijan» MM QBKT-nın cavabdehlər Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 qarşı “borc tələbi”nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Finca Azerbaijan» MM QBKT “borc tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 13 noyabr 2019-cu il tarixli **********2345 saylı kredit müqaviləsi üzrə 2981,05 (iki min doqquz yüz səksən bir manat beş qəpik) manat əsas borc,82,38 (səksən iki manat otuz səkkiz qəpik) manat faiz borcu olmaqla,cəmi 3063,43 (üç min altmış üç manat qırx üç qəpik) manat borc, 13 noyabr 2019-cu il tarixli **********2358 saylı kredit müqaviləsi üzrə 5067,79 (beş min altmış yeddi manat yetmiş doqquz qəpik) manat əsas borc,147,03 (bir yüz qırx yeddi manat üç qəpik) manat faiz borcu olmaqla,cəmi 5214,82 (beş min iki yüz on dörd manat səksən iki qəpik) manat borc və ödənilmiş 102,78 (bir yüz iki manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumunun iddiaçı «Finca Azerbaijan» MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,«Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında 13 noyabr 2019-cu il tarixli **********2345 saylı kredit (restrukturizasiya) müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının 6-cı bəndinə uyğun olaraq cavabdeh vaxtı keçmiş kredit müqaviləsinin qalıq borcu olan 2981,05 manat məbləğində pulu borclu 60 ay müdətinə,12 ay güzəşt müddəti tətbiq olunmaqla,illik 1% ödəməyi öhdəsinə götürmüşdür.Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 zamin durmuşlar. Həmçinin «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında 13 noyabr 2019-cu il tarixli **********2358 saylı kredit (restrukturizasiya) müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının 6-cı bəndinə uyğun olaraq cavabdeh vaxtı keçmiş kredit müqaviləsinin qalıq borcu olan 5067,79 manat məbləğində pulu borclu 60 ay müdətinə,12 ay güzəşt müddəti tətbiq olunmaqla,illik 1% ödəməyi öhdəsinə götürmüşdür.Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 zamin durmuşlar. Müqavilələr bağlanan an cavabdehlərə üzərlərinə götürdükləri öhdəliyin məsuliyyəti izah edilmişdir.Lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu vaxtında və lazımi qaydada ödəməmişdir.Hazırda cavabdehin 11.11.2021-ci il tarixinə 13 noyabr 2019-cu il tarixli **********2345 saylı kredit müqaviləsi üzrə 2981,05 manat əsas borc və 82,38 manat faiz borcu olmaqla,cəmi 3063,43 manat borc və 13 noyabr 2019-cu il tarixli **********2358 saylı kredit müqaviləsi üzrə 5067,79 manat əsas borc,147,03 manat faiz borcu olmaqla,cəmi 5214,82 manat borcu vardır.Borcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh1 götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş borcu digər tərəfə ödəməlidir. Məhkəmə iclasında çıxış edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən,məhkəməyə gəlməmişlər.Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib,işdəki sənədləri tam,hərtərəfli araşdırıb məhkəmə belə qərara gəlir ki,iddia tələbi aşağıda qeyd olunanlara əsasən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: - «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 13 noyabr 2019cu il tarixli **********2345 saylı kredit müqaviləsinin surətindən görünür ki,“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının 6-cı bəndinə uyğun olaraq cavabdeh vaxtı keçmiş kredit müqaviləsinin qalıq borcu olan 2981,05 manat məbləğində pulu 60 ay müdətinə,12 ay güzəşt müddəti tətbiq olunmaqla,illik 1% ödəməyi öhdəsinə götürmüşdür. - «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış 13 noyabr 2019cu il tarixli **********2***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 13 noyabr 2019cu il tarixli **********2345-652120 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 13 noyabr 2019cu il tarixli **********2358 saylı kredit müqaviləsinin surətindən görünür ki,“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının 6-cı bəndinə uyğun olaraq cavabdeh vaxtı keçmiş kredit müqaviləsinin qalıq borcu olan 5067,79 manat məbləğində pulu 60 ay müdətinə,12 ay güzəşt müddəti tətbiq olunmaqla,illik 1% ödəməyi öhdəsinə götürmüşdür. - «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış 13 noyabr 2019cu il tarixli **********2***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 13 noyabr 2019cu il tarixli **********2358-652120 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. - «Finca Azerbaijan» MM QBKT-nın 11.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki,13 noyabr 2019-cu il tarixli **********2345 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 11.11.2021-ci il tarixə «Finca Azerbaijan» MM QBKT-na olan borcu 2981,05 manat əsas borc və 82,38 manat faiz borcu olmaqla,cəmi 3063,43 manat təşkil edir. - «Finca Azerbaijan» MM QBKT-nın 11.11.2021-ci il tarixli maliyyə arayışından görünür ki,13 noyabr 2019-cu il tarixli **********2358 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 11.11.2021-ci il tarixə «Finca Azerbaijan» MM QBKT-na olan borcu 5067,79 manat əsas borc və 147,03 manat faiz borcu olmaqla,cəmi 5214,82 manat təşkil edir. - “Asan ödəniş” sisteminə ödənilmiş 15.11.2021-ci il tarixli **********70 saylı mədaxil qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 102,78 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 ilə kredit müqaviləsi,Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmasına baxmayaraq,cavabdehlər həmin müqavilələr ilə üzərlərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən cavabdehlər Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 13 noyabr 2019-cu il tarixli **********2345 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2981,05 manat,faiz borcu üzrə 82,38 manat olmaqla,cəmi 3063,43 manat, 13 noyabr 2019-cu il tarixli **********2358 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 5067,79 manat,faiz borcu üzrə 147,03 manat olmaqla,cəmi 5214,82 manat pul və ödənilmiş 102,78 manat dövlət rüsumu tutularaq «Finca Azerbaijan» MM QBKT-nın xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1,Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 13 noyabr 2019-cu il tarixli **********2345 saylı kredit müqaviləsi üzrə 2981,05 (iki min doqquz yüz səksən bir manat beş qəpik) manat əsas borc,82,38 (səksən iki manat otuz səkkiz qəpik) manat faiz borcu olmaqla,cəmi 3063,43 (üç min altmış üç manat qırx üç qəpik) manat borc, 13 noyabr 2019-cu il tarixli **********2358 saylı kredit müqaviləsi üzrə 5067,79 (beş min altmış yeddi manat yetmiş doqquz qəpik) manat əsas borc,147,03 (bir yüz qırx yeddi manat üç qəpik) manat faiz borcu olmaqla,cəmi 5214,82 (beş min iki yüz on dörd manat səksən iki qəpik) manat borc və ödənilmiş 102,78 (bir yüz iki manat yetmiş səkkiz qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı «Finca Azerbaijan» MM QBKT-nın xeyrinə ödənilsin. Qətnamədən,qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar