Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-20/2025 23.01.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2400 manat pulun və 44 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin may ayında Binəqədi rayonunda yerləşən “Aristokrat” tibb mərkəzində stomatoloq Cavabdeh adlı diş həkiminin qəbulunda olmuş, həkim onun ağız boşluğunu müayinə edərək üst damaqda olan boşluğun implantla düzəlməli olduğunu,12 ədəd implantüstü protezin hazırlanması və müalicəsinin ümumi olaraq 2400 manat xərc tutduğunu bildirmişdir. Həkimə həmin pulu bütöv olaraq ödəyə bilməyəcəyini bildirdikdə, əvvəldən 1000 manat ödəniş etməsini, daha sonra isə 4 ay ərzində 350 manat ödənişlə dişlərini düzəldə biləcəyini bildirmişdir. Cavabdehlə razılaşaraq, 2023-cü ilin may ayında 1000 manat pulu ona vermişdir. Həkim həmin günü 4 diş çıxarmış və dişlərin yerinin sağalması üçün 4 ay vaxt gözləməsini istəmişdir. Həmin 4 ay ərzində (iyun, iyul, avqust, sentyabr) hər ay 350 manat ödənişləri ardıcıl olaraq ödəmişdir. 2023-cü ilin sentyabr ayında dişlərinin yeri sağaldıqdan sonra cavabdehin işlədiyi yerə getmiş, lakin onu tapa bilməmişdir. Həkimin işlədiyi yerin soruşanda, çox adamları aldatdığı üçün iş kobinetindən qaçıb başqa yerə getdiyi bildirilmişlər. Həmin vaxtdan sonra uzun müddət Cavabdeh axtarmağa başlamış, hər dəfə tez-tez yerinin dəyişdiyini öyrənmişdir. Cavabdehi tapa bilmədiyi üçün Binəqədi rayon 5-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş, cavabdeh izahatında ondan 2400 manat pul aldığını, lakin müxtəlif səbəblərdən dişlərini düzəltmədiyini qeyd etmişdir. Cavabdeh həmin pulu imkanı olanda ödəyəcəyini qeyd etmişdir. Lakin bugünə kimi həmin borcdan 1 manat da olsa geri ödəməmişdir. Hal-hazırda cavabdehin ona 2400 manat məbləğində borcu var. Dəfələrlə borcunu ödəməsini tələb etsə də, cavabdeh onu ələ salır, telefon zənglərinə cavab vermir. Yuxarıda göstərdiyi səbəblərdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, toplanmış materialları tam və hərtərəfli araşdıraraq, məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-nin polis sahə rəisi, polis mayoru Kamran Hüseynzadə tərəfindən verilmiş “Vətəndaş İddiaçı Sövdüməlı qızının müraciətinə baxılmasının nəticəsinə dair” xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı Sövdümalı qızı xx.xx.2024-cü il tarixdə Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirmişdir ki, təxminən 1 il 3 ay əvvəl özünü diş həkimi kimi təqdim edən Cavabdeh qəbulunda olmuş, dişi ilə bağlı 2400 manat ödəniş etmiş, Cavabdehlə bu günə kimi heç bir əlaqə saxlamaq mümkün olmamışdır. İzahatı alınmış İddiaçı Sövdüməlı qızı göstərmişdir ki, 2023-cü ilin aprel ayının 29-da “İnstagram" sosial şəbəkəsində tanış olduğu Cavabdeh adlı stomotoloq ilə danışmış, xx.xx.2023-cü il tarixdə “Aristokrat" kilinikasında 1000 manat ödəniş etmiş, Cavabdeh əməliyyat edərək onun 5 dişini çəkib yerinə implant əkmişdir. Bundan sonra hər ay 350 manat olmaqla 4 ay ödəniş etmiş, həkimə ümumilikdə 2400 manat pul ödəsə də, Cavabdeh onun dişlərini tam düzəltməmişdir. 2400 manat ödəməsinə baxmayaraq Cavabdeh gördüyü işin dəyəri təxminən 1500 manatdır. İzahatı alınmış Cavabdeh göstərmişdir ki, İddiaçı Sövdüməlı qızı dişlərinin düzəldilməsi üçün ona 2400 manat ödəniş etmiş, 4 ədəd implant qoysa da, müəyyən səbəblərə görə üstünə dişləri qoya bilməmişdir. Bu səbəbdən aldığı 2400 manat pulun 1500 manatını xx.xx.2024-cü il tarixinədək İddiaçı qaytaracağı barədə söz verir. Araşdrıma zamanı İddiaçı Sövdümalı qızına müraciətinin mülki xarakterli, həllinin isə məhkəmənin səlahiyyətində olması barədə ətraflı məlumat verilmiş, bununla bağlı məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 44 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması мülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən зərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən мülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən дelikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən мülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh aralarında olan razılaşmaya əsasən cəmi 2400 manat müqabilində İddiaçı Sövdüməlı qızına diş implantları və implantüstü protezlərin qoyulmasını öhdəsinə götürsə də, lakin öhdəliyini lazımi qaydada icra etməmişdir. Tərəflərin Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci PB-də verdikləri izahatlardan da müəyyən olunur ki, cavabdeh gördüyü işlərin məbləğinin 900 manat təşkil etməsini, iddiaçıya 1500 manat məbləğində pulu qaytarmalı olduğunu etiraf etmiş və həmin məbləği xx.xx.2024-cü il tarixinədək qaytarmağa söz vermişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən qoyulmuş implantların yararsız olduğunu göstərərək, verdiyi 2400 manat pulun tam məbləğdə qaytarılmasını tələb etsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələblərinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına əsasən, məhkəmə araşdırması nəticəsində Cavabdeh tərəfindən cəmi 2400 manat müqabilində İddiaçı Sövdüməlı qızına diş implantları və implantüstü protezlərin qoyulmasını öhdəsinə götürməsinə baxmayaraq, cəmi 900 manat məbləğində iş gördüyünü sübuta yetirilməsini nəzərə alıb, göstərilən normaların tələblərinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 1500 manat məbləğində pul vəsaiti alınıb iddiaçıya verilməli, iddia tələbi qalan hissədə əsassız olduğuna görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 63 faiz həcmində təmin edildiyinə görə 44 manat dövlət rüsumunun 27,70 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (bir min beş yüz) manat məbləğində pul vəsaiti və dövlət rüsumunun 27,70 (iyirmi yeddi manat 70 qəpik) manat hissəsi alınıb İddiaçı Sövdüməlı qızına verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(077)-20/2025
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-20/2025
23.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver