Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-206/2021 08.07.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia qaldıraraq,Cavabdeh 11737,90 (bir on bir min yeddi yüz otuz yeddi manat doxsan qəpik) manat məbləğində əsas borcun,49,83 (qırx doqquz manat səksən üç qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 11787,73 (bir on bir min yeddi yüz səksən yeddi manat yetmiş üç qəpik) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, 13 iyun 2019-cu il tarixli 18-19-23-088255 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırdı ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09.02.2015-ci il tarixli 7259 saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə qaytarmaq şərtilə 13700 manat məbləğində kredit verilmişdir.Sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc “Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüş və tərəflər arasında 13 iyun 2019-cu il tarixli 18-19- 23-088255 saylı kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğini,yəni 11746,79 manatı 60 ay müddətinə illik 1% hesablanmaqla ödəməyi öhdəsinə götürmüşdür.Müqavilə bağlanan an cavabdehə üzərinə götürdüyüi öhdəliyin məsuliyyəti izah edilmiş, lakin buna baxmayaraq cavabdeh ödəməli olduğu kredit borcunu vaxtında ödəməmişdir.Cavabdeh imzaladığı kredit müqaviləsi üzrə 15.03.2021-ci il tarixinə əsas borcu 11737,90 manat və faiz borcu 49,83 manat hesablanmışdır.Müqavilə şərtləri müqavilə bağlayan tərəflər üçün məcburidir və müqavilənin bütün bəndləri icra edilməli və ya müqavilə şərtlərini pozmuş tərəf müqavilə ilə nəzərdə tutulmuş cəriməni əsas borcla birgə digər tərəfə ödəməlidir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə,işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin rəyini nəzərə alaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyib,işdəki sənədləri,sübutları işin bütün faktiki hallarını tam,hərtərəfli və obyektiv araşdırıb məhkəmə belə qərara gəlir ki,iddia tələbi təmin olunmalıdır. Belə ki,iş materiallarında olan: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2019-cu il tarixli 18-19-23- 088255 saylı kredit müqaviləsindən görünür ki, cavabdeh restrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğini,yəni 11746,79 manatı 60 ay müddətinə illik 1% hesablanmaqla ödəməyi öhdəsinə götürmüşdür. - 18-19-23-088255 saylı kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh 11746,79 manat məbləğində almış olduğu krediti 13.06.2019-cu ildən başlayaraq ilk 12 ay 9,79 manat,sonrakı aylar 249,75 manat ödəniş etməklə 13.06.2024-cü il tarixədək ödəməli idi. - İddiaçı ASC-nin 27.11.2020-ci il tarixli 26587 saylı maliyyə arayışından görünür ki,Cavabdeh 13 iyun 2019-cu il tarixli 18-19-23-088255 saylı kredit müqaviləsi üzrə cəmi 130 manat məbləğində ödəniş etmiş,həmin məbləğin 8,89 manatı əsas borca və 121,11 manatı faiz borcuna silinmişdir.Hazırda cavabdehin 15.03.2021-ci il tarixinə İddiaçı ASC qarşısında yerinə yetirilməmiş öhdəliyi 11737,90 manat əsas borc və 49,83 manat faiz borcu olmaqla, ümumilikdə 11787,73 manat təşkil edir. - İddiaçı ASC tərəfindən cavabdehə göndərilmiş 01.02.2021-ci il tarixli BKX-018 saylı xəbərdarlıqdan görünür ki, cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. - 20.04.2021-ci il tarixli ********* saylı qəbzdən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırılmasından ötrü 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli,i ş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə,borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; İş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.İddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının cavabdehə qarşı irəli sürdüyü kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsaslıdır.Buna görə də,Cavabdeh 13 iyun 2019-cu il tarixli 18-19-23-088255 saylı kredit müqaviləsi üzrə 11737,90 manat əsas borc və 49,83 manat faiz borcu kredit müqaviləsindən irəli gələn öhdəlik icra edilmədiyinə görə tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilməlidir. Həmin Məcəllənin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu,ziyan və dəbbə pulunu (cərimə,penya) ayrıayrılıqda müəyyən etməklə alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutları məcmu halında qiymətləndirərək və yuxarıda qeyd olunan qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki,iddia tələbi təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2019-cu il tarixli 18-19-23-088255 saylı kredit müqaviləsi ləğv edilməli,Cavabdeh 11737,90 manat əsas borc və 49,83 manat faiz borcu olmaqla,ümumilikdə 11787,73 manat məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183,192, 209-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 13 iyun 2019-cu il tarixli 18-19-23- 088255 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 11737,90 (bir on bir min yeddi yüz otuz yeddi manat doxsan qəpik) manat məbləğində əsas borc,49,83 (qırx doqquz manat səksən üç qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 11787,73 (bir on bir min yeddi yüz səksən yeddi manat yetmiş üç qəpik) manat məbləğində borc və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(077)-206/2021
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-206/2021
08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver