Məhkəmə qərarları › İş №2(077)-213/2021

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(077)-213/2021

27.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(077)-213/2021 27.05.2021 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı «xxxx» KB ASC-nin cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» KB ASC cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,onlardan müştərək qaydada 1548,20 (bir min beş yüz qırx səkkiz manat iyirmi qəpik) manat məbləğində əsas borc,381,88 (üç yüz səksən bir manat səksən səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 1930,08 (bir min doqquz yüz otuz manat səkkiz qəpik) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı «xxxx» KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» KB ASC ərizəsini onunla əsaslandırmışdır ki,bankla Cavabdeh1 arasında 16.12.2019-cu il tarixli 808micNFT/19-EM saylı əsas kredit və bank hesabı müqaviləsi imzalanmışdır.Həmin müqaviləyə əsasən bank borcalana illik maksimum 32%,minimum 1% hesablanmaqla 120 ay müddətinə 150000 manat məbləğində bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit vermiş və ona bank hesabı açmışdır.Əsas kredit və bank hesabı müqaviləsi çərçivəsində tərəflər arasında 16.12.2019-cu il tarixli K-2012-01/1 saylı əlavə kredit müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən bank borcluya 12 ay müddətinə illik 28% ödəmək şərtilə 2000 manat məbləğində kredit vermişdir.Əlavə kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 və Cavabdeh3 arasında 16.12.2019-cu il tarixli 808micNFT/19 saylı zaminlik müqaviləsi imzalanmış və onlar zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərlərinə götürmüşlər.Kredit müqaviləsinin 1.1-ci maddəsinə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür.Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində onun 22.04.2021-cu il tarixə banka 1548,20 manat əsas və 381,88 manat faiz borcu olmaqla, cəmi 1930,08 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-2-ci maddəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə müvafiq olaraq, hazırki iş üzrə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə cavabdeh tərəfindən məhkəməyə iddiaçının tələbinə dair etiraz daxil olmamışdır. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, ərizəni və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edir ki, kiçik mübahisələr üzrə iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan: - «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 16.12.2019-cu il tarixli 808micNFT/19-EM saylı əsas kredit və bank hesabı müqaviləsindən görünür ki, bank borcalana 150000 AZN məbləğində 120 ay müddətinə illik maksimum 32% minimum 1% hesablanmaqla bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlamaqla kredit verir.Kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığı ilə əlavə və kredit müqavilələri ilə tənzimlənir. - «xxxx» KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 16.12.2019-cu il tarixli K-2012- 01/1 saylı əlavə kredit müqaviləsindən görünür ki,bank tərəfindən cavabdehə 12 ay müddətinə illik 28% hesablanmaqla 2000 manat məbləğində kredit verilmişdir. - kredit müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh1 2000 manat məbləğində almış olduğu krediti 16.01.2020-ci ildən başlayaraq hər ay 194 manat, sonuncu ay 182,80 manat olmaqla 16.12.2020-ci il tarixədək ödəməli idi. - «xxxx» KB ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 16.12.2019-cu il tarixli 808micNFT19-EM saylı kredit müqaviləsindən görünür ki,Cavabdeh2 və Cavabdeh3 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. - «xxxx» KB ASC-nin 22.04.2021-ci il tarixli BANK/PİKMD/949441 saylı maliyyə arayışdan görünür ki, Cavabdeh1 22.04.2021-ci il tarixinə banka 1548,2 manat məbləğində əsas və 381,88 manat faiz borcu olmaqla,cəmi 1930,08 manat məbləğində borcu vardır. - Hökümət ödəniş portalına ödənilmiş 22.04.2021-ci il tarixli, ********* saylı qəbzin surətindən görünür ki,«xxxx» KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar olaraq 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - «xxxx» KB ASC tərəfindən cavabdehlər Cavabdeh1 göndərilmiş 15.03.2021-ci il tarixli UB-BANK\PİKMD saylı bildirişdən görünür ki, cavabdehə yaranmış borcla əlaqədar rəsmi məlumat verilməklə,öhdəliklərinin icra edilməsi tələb edilmiş və əks təqdirdə kreditin, kredit faizlərinin ödənilməsi barədə məhkəməyə iddia veriləcəyi nəzərinə çatdırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçı «xxxx» KB ASC tərəfindən Cavabdeh1 kredit verilmiş, iddiaçı tərəfindən kredit müqaviləsində nəzərdə tutulan öhdəliklər icra edilsə də, lakin cavabdehlər həmin müqavilədən əmələ gələn öhdəliklərini yerinə yetirməmişlər. Nəticədə cavabdehin banka 1548,2 manat məbləğində əsas və 381,88 manat faiz borcu olmaqla,cəmi 1930,08 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn,pulu ödəməli,əmlakı verməli,iş görməli,xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir,kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə,onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi,mallarda,işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla,onu qaytarmaqdan boyun qaçırmaqla,habelə onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödəməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,cavabdehlər kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən həmin müqavilə üzrə yaranmış 1548,2 manat əsas borc,381,88 manat faiz borcu olmaqla,cəmi 1930,08 manat pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1,Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1548,20 (bir min beş yüz qırx səkkiz manat iyirmi qəpik) manat məbləğində əsas borc,381,88 (üç yüz səksən bir manat səksən səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla,cəmi 1930,08 (bir min doqquz yüz otuz manat səkkiz qəpik) manat məbləğində pul vəsaiti və 20 (iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı «xxxx» KB ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar